GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əvəz Zeynallıya həbs cəzasına “Azadlıq” şüraı ilə cavab verildi

Əvəz Zeynallıya həbs cəzasına “Azadlıq” şüraı ilə cavab verildi

Tarix: 13-03-2013, 10:27 Bölmə :Ölkə Baxış: 595
Əvəz Zeynallıya həbs cəzasına “Azadlıq” şüraı ilə cavab verildi

Baş redaktorun 9 il azadlıqdan məhrum edilməsilə bağlı hökm oxundu

“Görün biz, Ramiz Mehdiyevin və Əli Həsənovun nə qədər qəzəb və kininə səbəb olacaq bir mətbuat yaratmışıq ki, bu gün də onlar, “Xural”ın yenidən dərc olunacağından qorxur və ehtiyyatlanırlar”.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallnın barəsində hökm oxunub. Hakim Ramella Allahverdiyeva jurnalisti əmlakı müsadirə olunmadan cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda Ə.Zeynallıya həbsdən azad edildikdən sonra bir il ərzində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Bundan əlavə, o vurduğu zərərə görə xəzinəyə 4076 manat köçürməlidir.
Əvəz Zeynallı həbsinin siyasi sifariş əsasında həyata keçirildiyinin bir daha sübut olunduğunu bildirib. O, məhkəmənin onun həbsindən sonra “bir il ərzində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan” etməsini də şərh edib: “Mən jurnalistəm. Və heç bir zaman da bizneslə məşğul olmamışam. Məhkəmə “kommersiya fəaliyyəti” deyəndə “Xural” qəzetinin bərpasını nəzərdə tutub. Görün biz, Ramiz Mehdiyevin və Əli Həsənovun nə qədər qəzəb və kininə səbəb olacaq bir mətbuat yaratmışıq ki, bu gün də onlar, “Xural”ın yenidən dərc olunacağından qorxur və ehtiyyatlanırlar”.
Əvəz Zeynallı 2011-ci il oktyabrında həbs olunub. 2012-ci ilin mayında ona qarşı məhkəmə başlayıb. Məhkəmə Ə.Zeynallını Azərbaycan CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə təqsirli bilib.
Bundan əvvəl prokuror Ə.Zeynallının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Redaktor keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunub. Hazırda G.Əhmədova özü də CM-nin 178-ci maddəsilə - Dələduzluq və 307-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, həbs olunub. Məhkəmədə jurnalist ittihamları rədd edərək bildirib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sifarişi ilə həbs olunub.
Məhkəmə iclası başlayarkən Ə.Zeynallı ANS telekanalının çəkiliş qrupunun zaldan çıxarılmasını tələb edib: “ANS bu gün namuslu və vicdanlı qələmllərin sındırılmasında rol alan tərəfdir. Burada AzTV-nin belə iştirakına etiraz etmirəm. Amma adını müstəqil qoyub, insanlara qərəzsiz nə namuslu xəbər vəd edən bir telekanalizasiya Mirşahinin və İlqar Mikayıloğlunun əlində alətə çevrilibsə, o zaman onun müstəqil mətbuatın sıralarında yeri yoxdur. Həbs olunduğum 16 ay müddətində ANS xəbərlə kifayət qədər monupuliyasiya edib. Buyursun, qərəzli və namussuz xəbər yaymaqda davam etsin. Bizim artıq ANS-dən gözlədiyimiz heç nə yoxdur.” ANS-in Anar adlı müxbirinin israrla zalda qalmasını görən Ə.Zeynallı, “bizim qəzəbimiz sənə deyil, nə vaxtsa XuralTV açılanda məmnuniyyətlə sizi işə götürəcəyimə söz verirəm. Amma sifariş və şəxsi maraqları naminə xəbər yayan bir kanalın əməkdaşının burada iştirak etməsinin qəti əleyhinəyəm” deyib. ANS-in əməkdaşı məhkəmə nəzarətçiləri tərəfindən zaldan çıxarılıb.
Zal hökmün qarşılığında “Azadlıq!” şüarını səsləndirib. Ə.Zeynallı məhkəmədə iştirak edənləri qarşıdan gələn Novruz bayramı ilə əlaqədar çərşənbə axşamı münasibətilə təbrik edib və hamını evə getməyə çağırıb. “Yerli məhkəmələrin ədalətsiz və sifariş əsasında qərar çıxardıqlarını bu ölkədə uşaqdan böyüyə hamı bilir. Təbii ki, biz də bilirdik. Lakin hüquq təhsilim olduğu üçün hüququn və qanunun tanıdığı bütün müstəvilərdə addım atdım ki, məhkəmələrin “ədalətli” qərar çıxarması üçün zəmin yaradaq. Lakin görünür, bu qeyri-mümkün olan bir şeydir. Əgər bu ölkədə Ramiz Mehdiyev bir jurnalisti öz adamları vasitəsilə şər və böhtanla həbs etdirmək üçün sifariş verirsə, o zaman onun sözünün üstünə söz deyən olmayacaq” deyən Ə.Zeynallı Azərbaycanda bütün məhkəmə instansiyalarından keçdikdən sonra Avropa məhkəməsinə müraciət edəcəyini də bildirdi.
Məhkəmə prosesinin davam etdiyi 11 ay ərzində prosesləri müşahidə edən yerli və beynəlxalq təşkilatlar əmindirlər ki, Ə.Zeynallı jurnalistlik fəaliyyətinə görə, əsasən məqalələrində R.Mehdiyev və Ə.Həsənovu, müstəqil mətbuatı qətl edən digər yüksək vəzifəli şəxsləri ifşa etdiyinə görə həbs olunub.
Xatırladaq ki, 13 mart 2013-cü tarixində Əvəz Zeynallının hüquqlarının Müdafiə Komitəsi, baş redaktorun həbsilə bağlı RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcək.
Bütün İnsan və Jurnalist hüquqları müdafiə təşkilatlarının, eləcə də müstəqil mətbuat nümayəndələri prosesi canlı izləmək üçün dəvətlidirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əvəz Zeynallıya yox deyildi

    Əvəz Zeynallıya yox deyildi ...

    28-02-2014, 18:54

  • 
  • Əvəz Zeynallı “Ekspress Servis”i məhkəməyə verdi

    Əvəz Zeynallı “Ekspress Servis”i məhkəməyə verdi ...

    21-05-2013, 11:56

  • 
  • Əvəz Zeynallı yenidən 10 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü

    Əvəz Zeynallı yenidən 10 saylı cəzaçəkmə ...

    24-07-2014, 17:25

  • 
  • Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək

    Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək ...

    26-02-2014, 12:24

  • 
  • Əvəz Zeynallının səhhətində problemlər yaranıb

    Əvəz Zeynallının səhhətində problemlər yaranıb ...

    3-02-2014, 16:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu