Audit yoxlaması icrabaşçısının borcun təsdiqləyib, Prezident Adminstrasiyasından isə sahibkarlarla problemin həll olunması tapşırılıb
Son zamanlar dövri mətbuatda Rayon İcra Hakimlərinin -“kiçik padşahların” sahibkarların müflis olunması istiqamətində apardıqları “çirkin kampaniyalar” haqqında çox yazılır. Abadlıq işləri adı altında aparılan bu “müflisetmə” əməliyyatları günü-gündən sürətlənir. Bəzi icra başçıları Prezidentin Regionlara ayırdığı subsidiyaları mənimsəmək üçün bütün vasitələrdən istifadə edirlər. İmişli Rayon icra hakimiyyətinin yeni təyin edilmiş başçısı, Vilyam Hacıyevin də, rekord sayda sahibkarları aldadaraq, İmişlinin abadlaşdırılması üçün ayrılan vəsaiti naməlum şirkətlərin hesabına köçürməkdə adının hallandığı barəsində məlumatlar var. Redaksiyamıza daxil olan məlumata görə İmişlidə baş verən son aksiyadan sonra Vilyam Hacıyev Prezident Adminstrasiyasına çaxrılıb. Mənbəmiz bildirir ki, burkonstitusion sərbəst toplaşmaq hüququndan istifadə edən şəxsləri «ünsür» adlandırması, indi isə İsmayıllı hadisələrinə görə əslində məsul olanların cəzalandırılmaması, bu hadisələrin günahkarlarının müxalifət cəbhəsində axtarılmasıda Zeynal Nağdaliyev tərəfindən qəbul olunan icra başçısı tənbeh olunub və ona qısa müddət ərzində sahibkarlarla problemi həll etmək tapşırılıb. Bu yaxınlarda İmişli sahibkarlarının, yerli güc strukturlarının, audit yoxlayıcılarının iştirakı ilə, müşavirəsi keçirilib. Müşavirədə V.Hacıyevin sahibkarlara borclu olması audit əməkdaşları tərəfindən də təsdiq edilib. Bu məsələdən əsəbiləşən V.Hacıyev iclası tərk etməklə sahibkarlara olan borcunu ödəməkdən imtina edib. Hətta müşavirədən sonra V. Hcıyevin audit yoxlayıcılarına, onun tərəfini saxlamadıqlarına görə ciddi iradlar bildirdiyi barəsində də yerli mənbələrdən məlumat verənlər var. Bəlli səbəblərdən adlarının çəkilməsini istəməyən müşavirə iştirakşıları tərəfindən isə mətbuata sızdırılan məlumatlara görə, İcra başçısının sahibkarlara borclu olduğu pulun ümumi miqdarı 2 milyon 650 min manat civarındadır. Dövlər başçısının İmişlinin sosial inkişafına ayırdığı vəsait isə 2 milyon manatdır. Yeri gəlmişkən, başçının borclu olduğu iş adamlarının sırasında məşhur futbolçu Maşallah Əhmədovun da olduğu gələn məlumatlardan bəlli olur. Fərid
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?