Onların şahid, yoxsa ittiham olunan şəxs qismində dindirilməsi haqda hər hansı məlumat verilmir
Martın 14-də «N!DA» Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənovu mülki geyimlilər saxlanıb. O, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib. Bu haqda Azadlıq Radiosuna vəkil Əshabəli Mustafayev məlumat verib. Vəkil Rəşad Həsənovun nəyə görə saxlandığını bilmir. NİDA Hərəkatının koordinatoru Elmin Bədəlov deyir ki, təxminən saat 18:00 radələrində Milli Demokratiya İnstitutunun əməkdaşı Ruslan Əsəd də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib: «Hazırda hərəkat üzvləri idarənin qarşısındadırlar. Bizə onların şahid, yoxsa ittiham olunan şəxs qismində dindirilməsi haqda hər hansı məlumat vermirlər». Baş Prokurorluğun mətbuat xidmətindən isə saxlanan gənclərlə bağlı onlarda hər hansı məlumat olmadığını bildiribər. Bir qədər əvvəl Milli Demokratiya İnstitutunun əməkdaşı Ruslan Əsəd buraxılıb. O, jurnalistlərə müsahibə verməyib. Ötən həftə isə «N!DA» Hərəkatının 3 üzvü - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizova qarşı cinayət işi açılıb. Prokurorluq və MTN-nin məlumatına əsasən, «Nida»çıların evlərində axtarış zamanı 22 ədəd «Molotov kokteyli», 507.67 qram həşiş qatranı, 190.02 qram qurudulmuş marixuana və 94 min manat pul aşkarlanıb. «N!DA» Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifariş hesab edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?