Ağır Cinayətlər Məhkəməsində “NİDA” Vətəndaş Hərəkatının həbs olunmuş yeddi üzvünün növbəti məhkəmə prosesi keçirilir. 14.00
"Nida" vətəndaş hərəkatının həbs edilmiş üzvlərinin bu gün keçirilən məhkəmə prosesi başa çatıb. Bu günkü məhkəmə Şahin Novruzlu, Bəxtiyar Quliyev və şahid qismində çıxış edən Qasım Tağıyevə verilən qarşılıqlı suallarla davam edib. Şahin Novruzlunun eyni suala verdiyi cavablarla şahidin verdiyi cavablar üst-üstə düşməyib. Bəxtiyar Quliyev onu saxladıqları vaxt arxadan vurduqlarını bildirib. Şahid qismində çıxış edən Qasım Tağıyev isə buna cavab olaraq bildirib ki, B.Quliyev müqavimət göstərib, ona görə də ona qarşı sərt davranmalı olublar.
Şahin Novruzlunun vәkili Elton Quliyev şahidə suallar verib. Şahid suallara cavab verә bilmәdiyi ucun hakim ona yönəldici suallar verib. Buna gorә vәkillә hakim arasında munaqişә yaranıb.
***
11.57
Məhkəmə prosesini izləmək üçün Ağır Cinayətlər Məhkəməsinə Milli Şuranın sədri Cəmil Həsənli, NİDA-çı gənclər və təqsirləndirilən şəxslərin ailə üzvləri gəliblər.
Proses zamanı vəkil Nemət Kərimov vəsadət qaldırıb. O bildirib ki, ifadə verən şahidin ya psixi problemi var ya da yalan ifadə verir: "Şahid qismində iştirak edən Qasım Tağıyevin keçən prosesdə çıxışı zamanı bir çox suallar ortaya çıxır. Şahidin çıxışı zamanı verilən suallara xatırlamıram, dəqiq bilmirəm, yadımda deyil, gecə ilə axşam vaxtını ayırd edə bilməməsi bəzi şübhələr yaradır. Ya şahidin psixi problemi var, ya da yalan ifadə verir. Bunun başqa açıqlaması ola bilməz".
Bundan sonra hakim müşavirə elan edib. Müşavirədən dönən hakim Cavid Hüseynov vəkilin təqdim etdiyi vəsadəti təmin etməyib. Proses şahidin dindirilməsi ilə davam edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?