GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhəmməd Gəncəvi: “Məni ulu öndər Heydər Əliyevin plakatına görə həbs etdilər.

Məhəmməd Gəncəvi: “Məni ulu öndər Heydər Əliyevin plakatına görə həbs etdilər.

Tarix: 3-02-2016, 13:57 Bölmə :Ölkə Baxış: 0
Məhəmməd Gəncəvi: “Məni ulu öndər Heydər Əliyevin plakatına görə həbs etdilər.

Məhəmməd Gəncəvi: “Məni ulu öndər Heydər Əliyevin plakatına görə həbs etdilər. Bu biabırçılığa Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti hələ hələ də dözürlər! Şəhər prokuroru F.Həsənəliyevin, şəhər Polis İdarəsinin rəisi F. Şabanovun və onun müavini İ.Balakişiyevin, Kəpəz rayon polis şöbəsinin rəisi A. Məmmədovun, şəhər səhiyyə İdarəsinin rəisi Ə. Məmmədovun açıqlamaları açıqlama deyil. Çünki, onlar cinayətlərii ört-basdır etməyə çalışsalar da, buna heç cür nail ola bilməyəcəklər”. Cənab Prezident! “Mən bu açıqlamamı yenə də ulu öndər Heydər Əliyevin düz 15 il bundan öncə dediyi sözlərlə başlamaq istəyirəm. O, demişdi: "Gəncə şəhəri nəzarətdən çıxıb, artıq ora “əl gəzdirməyin” vaxtı çatıb." Bütün bunların nəticəsidir ki, Gəncə şəhəri rüşvətxorluğa, dələduzluğa, dövlətin əmlakı olan yataqxana evlərinin, yəni SSRİ dönəmindən qalma evlərin saxta orderlərlə satılmasına, ölüm hadisələrinin hələ də örtülü qalmasına, polis əməkdaşlarının və qadın vəkilin bıçaqlanmasına, istirahət parkında ananın uşaqlarının gözü qarşısında vəhşicəsinə başının kəsilməsinə, YPX rəisinin bir yumruğa öldürülməsinə, kimsəsiz qadınların əlləri-ayaqları məftillə bağlanaraq, üstünə neft töküb vəhşicəsinə öldürülmələrinə, şəhid ailəsinin tək uşağının neft çəninə salınaraq vəhşicəsinə öldürülməsinə, şəhid ailəsinin xəstə uşağının nömrəsiz, sənədsiz motosikletlə vurulub öldürülməsinə, qaçqınların evlərində olan xarici valyutanın oğurlanmasına, yataqxanada Sadiq adlı sakinin yatdığı zaman üstünə yanacaq tökülərək öldürülməsinə, Nadir adlı kişinin oğlunun adam öldürərək cinayətdən gizlənməsinə, 2011-ci ildə hamilə qadına 103 neştər vurularaq vəhşicəsinə öldürülməsinə və nəhayət ulu öndər Heydər Əliyevin, ölkə rəhbəri cənab İlham Əliyevin və Mircəlal Paşayevin plakat-şəkillərinin bir qrup şəxslərlə bərabər, V.Hümbətov adlı şəxs tərəfindən də yarasız hala salınmasına görə, bu gün respublikamızda birinci yeri tutur desək, yəqin ki, yanılmarıq. Nəzərinizə onu da çatdırım ki, belə bir hadisələrin hamısı, kiçik bir ailəvi yataqxanada baş verənlərdir. Bu belə olduğu halda, görün Gəncə şəhərinin başqa yerlərində nələr baş verir?! Möhtərəm Prezident! Siz etdiyiniz çıxışlarınızda hər zaman bildirirsiniz ki, “uşaqlar bizim gələcəyimizdir”. Əgər bu belədirsə, bəs onda uzun illər insan alveri ilə məşğul olan, belə bir əməllərinə görə dəfələrlə saxlanılan və tez bir zamanda da buraxılan, heç bir əsas olmadan ailəvi yataqxanada komendant vəzifəsini daşıyan və daşıdığı vəzifəsindən də sui-istifadə edərək, dörotaqlı yataqxana evlərini mərhum prezidentimiz Heydər Əliyevin sırf düşmənlərindən biri olmuş Füzuli Məmmədovun (Frenk Elkaponi) ofisinə çevirərək, orada özü səviyyəsində olanları partiya üzvlüyünə qəbul edən, eyni zamanda vaxtilə ulu öndərə qarşı təxribatlar aparan və F. Abdullayevanın fahişəxanasında böyüyən qız uşaqlarından hansı gələcəyi gözləmək olar? Bundan əlavə, 2005-ci ildə Gəncə şəhərində bəzi qüvvələrin dövlət çevrilişinə cəhd etdikləri bir vaxtda, başıma elə bir müsibətlər gəlib ki, gəl görəsən. Belə ki, həmin vaxt gecə növbəsində olarkən mərhum prezidentimizin sırf düşmənlərindən biri hesab olunan Füzuli Məmmədovun (Frenk Elkaponi) Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı (hal-hazırda Səbail rayon İcra Hakimiyyətinin başçısı) Eldar Əzizovun, sabiq şəhər prokuroru A. Vəliyevin (hal-hazırda Baş Prokurorluqda hansısa vəzifəni daşıyır), hakim S. Babayevin, müstəntiqlər S. Sadıqovun, F. Ağayevin və R. Mürşüdovun adamı, uzun illər insan alverilə məşğul olan F. Abdullayeva, giriş qapısının üstündən asdığım ulu öndər Heydər Əliyevin, möhtərəm prezidentimiz cənab İlham Əliyevin və Mircəlal Paşayevin plakat-şəkillərini sakinlərin gözü qarşısında təhqir etdikdən sonra, cırıb evinə də aparmışdır. Bu xəbəri mənə, mənimlə qonşu olmuş, 2 saylı poliklinikada xadimə işləyən N. Məmmədova gecə saat 2 radələrində iş yerimə 3 dəfə gələrək, məndən təkrar-təkrar tələb etmişdir ki, gedib F. Abdullayevadan şöbəyə şikayət edim. Belə olan halda F. Abdullayeva işin ağır nəticələnəcəyini başa düşdükdən sonra, Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, mərhum Rasim Musayevin göstərişi ilə onlar barışırlar. Az sonra N. Məmmədova telefonda ulu öndərin və ölkə rəhbərinin şəkillərini təhqir edərək mənə "mən şəkilləri hərləmirəm" sözlərini də dedi. Poliklinikada məni ölümlə hədələyərək, üstümə bıçaq da çəkdi. Bundan sonra, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizovun yerliləri, ləzgi millətindən olan iki bacı, dələduzluq yolu ilə biri özünü Prezident Administrasiyasının əməkdaşı, digər bacı isə, özünü Milli Məclisin deputatı kimi təqdim etdikdən sonra, o, şəkilləri yarasız hala salaraq "sən bunlaramı arxalanırdın”? dedi. “Biz də ləzgi bacıları deyərlər ha..." Hörmətli Prezident! Mən cinayətkar olanlar barəsində, vaxtilə sabiq icra başçısı olmuş Eldar Əzizova küçədə şikayət etsəm də, o, minnətdarlıq etmək əvəzinə, məni ələ salıb küçədə semiçka çırtlayan, bir gözü kor olan mühafizəçiyə tapşırdı. Bir sözlə şikayətimə baxmadı. Məcburiyyət qarşısında qalıb cinayətkarlar barəsində şəhər Polis İdarəsinin sabiq rəisi, mərhum Rasim Musayevə şikayət etdikdə, o da minnətdarlıq etmək əvəzinə, iki dəfə üstümə gəldi və küçə söyüşləri ilə də təhqir etdi. O, üzünü əxlaqsızlıq edən qadınlara və polis əməkdaşlarına tutaraq "ə, bu nə danışır, bu dəli olubdur, nədir, bunu niyə tutmursunuz?" Səhəri gün polis əməkdaşları məni ruhi-əsəb dispanserinə apardılar və çox çətinliklə oradan çıxa bildim. Daha sonra cinayətkarlar barəsində şəhər prokuroru A. Vəliyevə şikayət etdikdə o, əvvəlki vəzifə sahiblərindən fərqli olaraq mənə minnətdarlıq etdi və bildirdi ki, "sən nə danışırsan, heç Əliyevləri, mənim əziz müəllimim Mir Cəlal müəllimi təhqir etmək olarmı? Arxayın ol, özüm bu işə nəzarət edəcəyəm". Səhəri gün şəhər prokuroru da verdiyi vədinə əməl etmədi və biabırçı sanksiya verərək məni həbs etdirdi. Məhkəmə zamanı N. Məmmədova mənə şər və böhtanlar atdı və məni şantaj edərək bildirdi ki, "möhtərəm hakim, prezidentlərin şəkillərini Məhəmmədin özü cırıb". On nəfər polis əməkdaşları və müstəntiqlər də V. Hümbətovun yalandan dediyi sözləri təsdiq etdilər. Bu mənə qarşı bəslənilən alçaldıcı yanaşma oldu ki, buna da terror desək daha yaxşı olar. Belə bir şər və böhtanlara görə hakim S. Babayev, dələduzluqla məşğul olan V. Hümbətovun ayağına verərək, mənə 4 il 6 ay iş verdi. Nəzərinizə çatdırım ki, mən həbs edildikdən sonra V. Hümbətov N. Məmmədovanın ailəsindən ayrılmış qızını kərpic zavoduna işə də düzəltmişdir. Həbsimdən sonra N. Məmmədova məndən əl çəkmədi və 16 saylı həbsxananın müdiriyyətinə şər və böhtanlarla dolu şikayət ərizəsi yazaraq bildirmişdir ki, “guya mən həbsxanadan ona zəng vururam, onu və həkimi Nəzərəlini ölümlə hədələyirəm. Guya demişəm ki, həbsxanadan çıxan kimi hər ikinizi öldürəcəyəm. Nəzərinizə onu da çatdırıram ki, V. Hümbətovla gizlində yaşayan N. Məmmədova, onun hansı əməl sahibi olması haqda məlumat verərək demişdi ki, “V. Hümbətov poliklinikanın qarşısındakı binanın birinci mərtəbəsində fəaliyyət göstərən sexdə fəhlə işləyən və əri Rusiya dövlətində ailəsi üçün pul qazanmağa gedən ərli qadınla görüşür. Mənə hətta onu da deyirdi ki, 14 yaşında yetim qız uşağım var, gətirim onu yanında saxla. Atası Zabitin ürəyi partlayaraq ölübdür”. Mən mətbuat vasitəsilə üzümü V. Hümbətova tutaraq deyirəm: “Gəncə şəhəri onun dərk etdiyi yerlərdən deyil. Burada onun-bunun kəbinli arvadlarına, atası faciəli surətdə ölmüş 14 yaşlı qız uşağına, gizlin yerlər axtaranın boğazını dartıb arxasından çıxararlar. Lazım gələrsə, hətta "ağ dağlara" da apararlar. Sual oluna bilər, V. Hümbətov kimdir? Əldə etdiyim məlumatlara görə, V. Hümbətovun əmisi Gəncə şəhər Dövlət Təhlükəsizliyi Şöbəsinin rəisi olub. Əmisi isə, sabiq Milli Təhlkükəsizlik Naziri E. Mahmudovun dostu olduğundan, onun cinayət işlərini Gəncə şəhər prokuroru F. Həsənəliyev, Gəncə şəhər Polis İdarəsinin rəisi F. Şabanov və Kəpəz rayon polis şöbəsinin rəisi A. Məmmədov, onun cinayət işini ört-basdır etməklə məşğuldurlar. Belə bir cinayət hadisələrindən sonra, şəhər prokuroru F. Həsənəliyev, şəhər polis idarəsinin rəisi F. Şabanov, Kəpəz rayon polis şöbəsinin rəisi A. Məmmədov, hökumətdən, hətta prezident İlham Əliyev cənablarından çəkinmədən, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə saxta arayış verərək bildirirlər ki, “Məhəmməd Gəncəvinin yazdığı faktlar təsdiqini tapmadığından kitaba tikilmişdir”. Möhtərəm Prezident! Sizdən ifadəmə görə üzr istəyirəm. Nəzərinizə onu da çatdırım ki, adı pis əməllərdə hallanan qadının səhiyyə ocağında işləməsi yəqin ki, yolverilməzdir. Əgər səhiyyə naziri O. Şirəliyev və Gəncə şəhər səhiyyə idarəsinin rəisi professor Ə. Məmmədovun yaxınları 2 saylı poliklinikada işləsəydilər, yaxud da N. Məmmədovanın xoşagəlməz addımları ilə üz-üzə qalsaydılar, onların heç xoşuna gələrdimi? Mən mətbuat vasitəsilə yenə də üzümü V. Hümbətova tutaraq deyirəm: Prezidentlərin şəkillərini cıran və yalan danışan kim olar? Deyirəm ki, kişinin gərək kişiliyi, ləyaqəti və dəyanəti olsun. Əsas da "üzdəniraq" olmasın. Cinayət əməllərini də ört-basdır edən hüquq-mühafizə orqanı əməkdaşlarına da ar olsun deyirəm! Mən ölkə rəhbərinin üzləşdiyim problemi şəxsi nəzarətinə götürəcəyinə inanıram. Ardı var... Məhəmməd Qələmmirzə oğlu Gəncəvi

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məhəmməd Gəncəvi “od püskürür”

    Məhəmməd Gəncəvi “od püskürür” ...

    8-02-2016, 21:24

  • 
  • Məhəmməd Gəncəvi nə istəyir?

    Məhəmməd Gəncəvi nə istəyir? ...

    20-03-2016, 03:00

  • 
  • Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, “nahaqqa” qalib gələcək

    Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, ...

    25-04-2016, 14:59

  • 
  • Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, “nahaqqa” qalib gələcək

    Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, ...

    25-04-2016, 15:04

  • 
  • Daşkəsəndə may ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə iməciliyi keçirilmişdir

    Daşkəsəndə may ayının 10-da Ulu öndər Heydər ...

    10-05-2017, 15:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu