GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlhamə Quliyevanı 4 il həbs gözləyir

İlhamə Quliyevanı 4 il həbs gözləyir

Tarix: 3-02-2016, 20:04 Bölmə :Ölkə Baxış: 0
 İlhamə Quliyevanı 4 il həbs gözləyir

Xalq artistinin köməkçisinə qarşı amansızlığı, video çəkdiriyib yaydırması cinayət məsuliyyəti yaradır.

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynovanın xalq artisti İlhamə Quliyeva barəsində səsləndirdiyi ağır ittihamlar ictimaiyyətdə böyük rezonans doğurub. Belə ki, M.Hüseynova redaksiymıza göndərdiyi məktubda xalq artistinin ona qarşı etidiyi amansızlıq, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdən, işgəncələrdən söz açıb. Sabiq köməkçi məktubunda İlhamə Quliyeva tərəfindən ötən ilin oktyabrın 17-də mətbuata təqdim edilən videonun onun iradəsinə əks olaraq, qorxudularaq, namusunu ləkələməklə hədələnib çəkildiyni deyib:

“Hamısı birləşib namusumu ləkələməklə qorxudub, diz çökərək hər şeyi boynuma almağımı tələb etdilər...Onların namusumu ləkələyəcəklərindən qorxaraq dediklərini etdim və onlar məni telefonla çəkirdilər”.

Məktubda mətbuata məlum olmayan bəzi faktlar da yer alıb. Bütün bu məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunub, ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.
“Xalq artisti köməkçisini təhdid edib, ona hədə-qorxu gəlibsə cinayət məsuliyyətinə cəlb oluna bilər”. Bu barədə hüquq müdafiəçisi Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu əməli törədən şəxs hətta iki ilədək azadlıqdan məhrum edilə bilər:

“Köməkçinin təhdid olunub-olunmadığını, ona hansı qaydada hədə-qorxu gəlindiyini dəqiq aydınlaşdırmaq lazımdır. Dəqiq bilmədən məsələyə münasibət bildirmək çətindir. Deyim ki, bu məsələ bir qədər qaranlıqdır. Əgər şəxs öldürülmək və ya sağlamlığına ağır zərər vurmaqla hədələnirsə və hədənin icra ediləcəyi üçün real əsaslar mövcuddursa, bu əməli törədən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu maddəyə əsasən 200 (iki yüz) manatdan 500 (beş yüz) manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etməz cəzası nəzərdə tutulub.

Lakin hər bir halda məsələni dəqiq aydınlaşdırmaq lazımdır, yalnız bu zaman hüquqi qiymət vermək olar. Ola bilsin, həmin köməkçiyə o cür yalvarmaq üçün şirinlikləşdirici vədlər verilib. Bu, artıq onu aldatmaqdır və buna görə heç bir cinayət məsuliyyəti nəzərdə tutulmayıb”.
Hüquq müdafiəçisi Müzəffər Baxış şəxsin icazəsi olmadan barəsində video çəkilməsinin, mətbuatda yayılmasının da cinayət tərkibli olduğunu deyib:

“Əgər bu video şəxsi həyatı ilə bağlıdırsa və video şəxsin razılığı olmadan yayılıbsa bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1 maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub. Həmin maddəyə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 100 (yüz) manatdan 500 (beş yüz) manatadək miqdarda cərimə və ya 240 (iki yüz qırx) saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə Cinayət Məcəlləsinin 156.2-ci bəndinə əsasən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Video görüntülərində sabiq köməkçi İlhamə Quliyevaya yalvarıbsa, bu, şəxsi məsələdir. Əgər görüntü gizli videokamera ilə köməkçinin iradəsi olmadan çəkilibsə, xalq artisti cinayət məsuliyyətinə cəlb oluna bilər. Bütün hallarda məsələ tam obyektiv araşdırlmaldır”.
M.Hüseynova redaksiyamıza göndərdiyi məktubunda onu da qeyd edib ki, barəsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 29,180.3.2-ci - soyğunçuluğa cəhd maddəsi ilə ibtidai istintaqı aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a açıqlamasında bu məlumatı təsdiqləyib. E.Sultanov bununla bağlı prokurorluq tərəfindən tezliklə geniş məlumat veriləcəyini bildirib.
Xalq artisti, “Şöhrət” ordenli İlhamə Quliyeva isə olaya özünəməxsus şəkildə münasibət bildirib. Belə ki, o, lent.az saytına açıqlama verərək sabiq köməkçisini hədələməkdə davam edib:

“Ona demək istəyirəm ki, ay qulluqçu, sənin haqqın çatmır ki, həbsxanada otura-otura cəfəngiyyat məktublar göndərəsən. Bu işlərin axırı sənin üçün çox pis olacaq. Hazırda prokurorluqda barəndə iş gedir. Barəmdə dediyin şərlər, böhtanlar heç vaxt mənə yapışmaz. Sənin söylədiklərinə də kimsə inanmaz... İlhamənin imkanı olsaydı, səni tikə-tikə doğrayardı ki, sən bu dünyada yaşamayasan. Çünki sən insanlara ancaq xələl gətirirsən".

Xalidə Gəray
Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlhamə Quliyeva: "Çox gözəl işlər görmüsüz"

    İlhamə Quliyeva: "Çox gözəl işlər ...

    5-02-2016, 15:22

  • 
  • Aygün: "İlhamə Quliyeva məni də şərləməyə çalışıb..." - FOTO

    Aygün: "İlhamə Quliyeva məni də şərləməyə ...

    2-02-2016, 22:27

  • 
  • İlhamə Quliyevanın köməkçisinə cəza istənildi

    İlhamə Quliyevanın köməkçisinə cəza istənildi ...

    21-12-2016, 15:10

  • 
  • Elgiz Əkbər: "İlhamə Quliyeva ölməyib, öldürülüb"

    Elgiz Əkbər: "İlhamə Quliyeva ölməyib, ...

    25-02-2016, 14:32

  • 
  • Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza istədi

    Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza ...

    20-12-2016, 20:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu