GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məcburi köçkünlər prezidentə müraciət edəcək

Məcburi köçkünlər prezidentə müraciət edəcək

Tarix: 15-03-2013, 10:48 Bölmə :Ölkə Baxış: 985
Məcburi köçkünlər prezidentə müraciət edəcək

Sarıqaya sakinləri problemin həlli üçün başqa yol görmür

Qəzetimizin ötən saylarında Sumqayıt şəhəri Sarıqaya massivində məskunlaşan məcburi köçkünlərin işıq sayğacları ilə bağlı üzləşdikləri problemdən bəhs etmişdik. Bugunlərdə məlum məsələ ilə bağlı redaksiyamızı bilgiləndirən mənbə, köçkün düşərgəsində vəziyyətin getdikcə mürəkkəbləşdiyini bildirib. Mənbənin sözlərinə görə, buna səbəb əlaqədar qurumların köçkün düşərcəsini sayğaclaşdırmaqda qərarlı olmasıdır: “Məskunlaşdıqları ərazidə qazın mövcud olmadığını əsas gətirən məcburi köçkünlər iddia edir ki, indiki məqamda onların mənzilinə işıq sayğaclarının qoyulması faktiki olaraq yüzlərlə ailəni acığa və səfalətə məhkum etmək deməkdir. Çünki qaza olan tələbatın da işıq enerjisi hesabına ödəndiyi köçkün düşərgəsində bunca böyük kommunal xərci ödəmək mümkün deyil. Bu səbəbdən də məcburi köçkünlər öncə ərazinin qazlaşdırılmasını tələb edir ki, onların bu tələbi işıq işçiləri tərəfindən qəbul edilmir. İşıq idarəsinin əməkdaşları hesab edir ki, “hərənin öz işi var” və əgər sakinlər ərazinin qazlaşdırılmasını tələb edirsə, o zaman bu tələbi əlaqədar qurumlar qarşısında qaldırmalıdır”.

“İşıq idarəsi pula sahiblənir, problemə yox”

Mənbənin bildirdiyinə görə, bugünə qədər məcburi köçkünlərin məskunlaşdığı düşərgədə işıqla bağlı çoxsaylı problemlər yaşansa da, işıq idarəsi məlum problemlərin həllinə yardım göstərməyib. Nəticədə, məcburi köçkünlər bu problemləri öz imkanları və vəsaitləri hesabına həll etməli olublar: “bu vaxta qədər məcburi köçkün düşərgəsində işıqla əlaqədar xeyli problemlər yaşansa da, işıq işçiləri vətəndaşların müraciətini cavabsız qoyur, problemlərin həllinə yardım etmirdi. Bu səbəbdən də yalnız sıradan çıxan kabellərin deyil, çürüyən, aşmaq təhlükəsi olan işıq dirəklərinin də möhkəmləndirilməsi işi məcburi köçkünlər tərəfindən həyata keçirilidi. Lakin indi öz varlığını köçkün düşərgəsinə qoymaq istədiyi sayğaclarla yada salan işıq idarəsi qaçqınlardan işıq pulu yığmaq üçün dəridən-qabıqdan çıxır, bunun üçün bütün vasitələri sınaqdan çıxartmağa çalışır. Başqa sözlə desək, işıq idarəsi məcburi köçkünlərin probleminə deyil, yalnız puluna sahiblənməyə çalışır. Belə ögey münasibət isə məcburi köçşkünlər tərəfindən haqlı etirazla qarşılanır”.

Kim kimə borcludur – idarə köçkünlərə, yoxsa köçkünlər idarəyə?

Bilgili qaynağın sözlərinə görə, əslində bəzi məcburi köçkünlər hesab edir ki, onlar işıq idarəsinə deyil, işıq idarəsi onlara vəsait ödəməlidir. Buna səbəb işıq enerjisinin kəskin surətdə artıb-azalması və çox tez-tez kəsilib-verilməsi nəticəsində çoxlu sayda məişət cihazının sıradan çıxmasıdır: “İşıq idarəsinin əməkdaşları məcburi köçkün düşərgəsinin işıq enerjisi ilə fasiləsiz olaraq təmin edilməsinə diqqət yetirmir, əksinə düşərgəyə enerji verilişini əsaslı-əsassız kəsir və beləliklə də onların rahatlığımnı əllərindən alırlar. Habelə, işıqların tez-tez yanıb-sönməsi, enerjinin gün ərzində bir neçə dəfə kəskin şəkildə artması və azalması mənzillərdəki məişət cihazlarını da sürətlə sıradan çıxardır. Bu gün məcburi köçkün düşərgəsində elə bir mənzil yoxdur ki, orada enerjinin qeyri-stabilliyi səbəbilə sıradan çıxmış ən azı bir məişət cihazı olmasın. Bu baxımdan məcburi köçkünlər hesab edir ki, söhbət puldan gedirsə, onlar işıq idarəsinə deyil, işıq idarəsi onlara borcludur. Məcburi köçkünlər hesab edir ki, əgər bunca müddət ərzində işıq enerjisinin artıb-azalması nəticəsində sıradan çıxan televizorların, soyuducuların və s. pulu hesablansa, işıq idarəsi köçkünlərə ciddi miqdarda kompensasiya ödəmək məcburiyyəti qarşısında qalacaq”.

Son çarə - prezident

Mənbənin sözlərinə görə, hazırda mövcud durumla əlaqədar olaraq məcburi köçkünlər ölkə başçısına müraciət etmək niyyətindədir. Onların fikrincə, bu gün Azərbaycanda elə bir problem yoxdur ki, ölkə başçısı bu problemə müdaxilə etmədən həll edilmiş olsun: “Bu gün Azərbaycanda məmur özbaşınalığı, məhkəmə ədalətsizliyi, polis haqsızlığı və s. ilə üzləşən vətəndaşlar nicat yolunu yalnız ölkə başçısında axtarır ki, bu da ölkədəki ümumi ab-hava ilə əlaqədardır. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, hansısa problemin həll edilməsi üçün ölkə başçısının özünün bilavasitə həmin problemə müdaxilə etməsi zəruridir. Məhz bu baxımdan məcburi köçkünlər də işıq sayğaclarının qoyulmasının qarşısını almaq üçün ölkə başçısına müraciət etmək niyyətindədir. Məcburi köçkünlər ümid edir ki, bəlkə ölkə prezidentinin qayğısı sayəsində öz problemlərinin həllinə nail ola bildilər”.
Məlumatylı qaynağın bildirdiyinə görə, prezidentdən öncə məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət edəcək ki, bu da sırf formal xarakter daşıyacaq: “Məcburi köçkünlər hesab edirik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlum problemi həll etmək iqtidarında deyil. Lakin bununla belə əlaqədar qurumların əlinə əsas verməmək üçün öncə sözügedən dövlət komitəsinə müraciət edərək problemi onların diqqətinə çatdıracaqlar. Yalnız bundan sonra prezidentə müraciət ünvanlanacaq ki, bu müraciətin nə ilə sonuclanacağını, hansı nəticə verəcəyini zaman göstərəcəkdir”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda növbəti etiraz aksiyayasına hazırlıq- AKSİYA

    Bakıda növbəti etiraz aksiyayasına hazırlıq- ...

    10-07-2013, 13:18

  • 
  • AZİNKO yetkililəri köçkün düşərgəsində

    AZİNKO yetkililəri köçkün düşərgəsində ...

    9-04-2013, 11:38

  • 
  • Bakıda məcburi köçkün ailəsində faciə

    Bakıda məcburi köçkün ailəsində faciə ...

    9-05-2013, 11:34

  • 
  • Bakıda məcburi köçkünlər aksiya keçirir

    Bakıda məcburi köçkünlər aksiya keçirir ...

    20-08-2013, 15:08

  • 
  • Yataqxanada məcburi köçkünlər qaranlığa qərq oldu

    Yataqxanada məcburi köçkünlər qaranlığa qərq oldu ...

    20-02-2015, 22:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu