Aldadıldıqlarını düşünən köçkünlər daha səbr etmək niyyətində deyil
Bakının Novxanı çimərliyi yaxınlığından yerləşən “Sarıqaya” yaşayış massivindəki köçkünlər “qaz etirazı”na hazırlaşır. Bu barədə Moderato.az saytına özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, cari ilin aprel ayında vətəndaşların qazla təminatı ilə bağlı vəd verilsə də, bu vəd hələ də havadan asılı qalıb: “20 ildən çoxdur ki, məskunlaşdıqları ərazidə qaz üzünə həsrət qalan və enerjiyə olan bütün ehtiyaclarını elektrik enerjisi hesabına ödəmək məcburiyyəti ilə üzləşən məcburi köçkünlər cari ilin aprelində məlum problemi yetkililərin diqqətinə çardırmaq üçün etiraz aksiyası keçirdilər. Həmin aksiyadan sonra olay yerinə gələn əlaqədar qurumların rəsmiləri məcburi köçkünlərə problemin həll ediləcəyini bildirsələr də, ötən müddət ərzində bu yöndə hər hansı bir hərəkətlilik müşahidə edilmiş deyil. Məcburi köçkünlər hesab edir ki, onların qazla təminatı ilə bağlı deyilənlər yalnız insanları təsəlli etmək üçün söylənilib. Bu səbəbdən də köçkün düşərgəsinin bir addımlığından keçən qaz xəttindən məcburi köçkünlərin istifadəsi yönündə əməli addım atılmış deyil. Odur ki, məcburi köçkünlər daha bir etiraz aksiyası keçirməklə problemin həllində israrlı olduqlarını diqqətə çatdırmaq istəyirlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?