GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kəbirə Məmmədova sahibkarlara divan tutur

Kəbirə Məmmədova sahibkarlara divan tutur

Tarix: 15-03-2013, 10:49 Bölmə :Ölkə Baxış: 998
Kəbirə Məmmədova sahibkarlara divan tutur

Üsyandan sonra “Binə” ticarətçilərinə qarşı zülm
daha da artıb; obyekt sahibləri cana doyublar


“Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova sahibkarlara qan uddurur. “Binə” sahibəsi 19 yanvar üsyanından sonra da ticarətçilərə zülm edir, qanunsuz xərac yığdırır, işçiləri təhdid altında saxlayır, bir sözlə sahibkarlara divan tutur. “Binə” hadisələrindən sonra K.Məmmədovanın cəzalandırılacağı, xüsusilə 12 fevral müşavirəsindən sonra onun barəsində tədbir görüləcəyi təxmin edilirdi.
Amma gözlənilənlərin tam əksi baş verdi və K.Məmmədovanın istibdadı davam etməkdədir. Hazırda “Binə” bazarında çalışan sahibkarlar çıxılmaz vəziyyətdədir, onlardan üsyana səbəb olan 250 manat xərac toplanır, etiraz edən isə hədələnir. Baş verən olaylardan sonra “Binə”də olan gərginlik artan xətt üzrə inkişaf edir, ticarətçilər aksiyalara başlamaq istəyir və bəziləri isə yaxınlıqdakı “Karvansaray” ticarət mərkəzinə köç edirlər. Bununla belə, əksər ticarətçilər üsyandan sonra “Binə”də qalmağa üstünlük veriblər. K.Məmmədovanın inadından dönməməsi, sahibkarlardan tələb etdiyi pulu yığması gərginliyi daha da artırıb.
Ancaq redaksiyamıza gələn məlumata görə, K.Məmmədovanın taleyi ilə bağlı müəmmalı vəziyyət yaranıb. Hakimiyyətin daxilində müəyyən qruplar ona qarşı cinayət işi açılmasının, bazarın əlindən alınmasının tərəfdarıdır və bu istiqamətdə təzyiqləri artırıblar. Amma K.Məmmədovanın himayəçiləri onu qoruyaraq “Binə”də rəhbər postunda qalmasında maraqlıdırlar. Buna görə də iki qruplaşma arasında “Binə” uğrunda savaş gedir. Yaxınlıqda yenicə fəaliyyətə başlayan “Karvansaray” yarmarkası da bu rəqabətin tərkib hissəsidir və məqsəd “Binə” bazarını çökdürməkdir. Elə söhbətləşdiyimiz bəzi ticarətçilər də təsdiqləyirlər ki, 19 yanvar üsyanından sonra bir qrup sahibkar “Karvansaray”a köçüb.
Onlara təklif olunan şərtlər və yarmarkanın ticarətçini 3 aylıq yer haqqından azad etməsi sahibkarları razı salıb. Bu yarmarka sahibi K.Məmmədovanı diz çökdürmək, oradakı alverçiləri də bura cəlb etmək üçün bütün səylərini gücləndirib. Ticarətçilər deyirlər ki, K.Məmmədova tədricən zəiflədiləcək və nüfuzdan salınacaq. İndisə K.Məmmədova “Binə”də “at oynadır”, istədiyi tələbi yeridir və sahibkarlara zülm verir. Sahibkarlar müəyyən müddət səbr etməyi və proseslərin hara kimi cərəyan edəcəyini gözləyirlər.
Hazırda “Karvansaray”ın elit univermaq cərgəsində çalışan ticarətçilərin 90 faizi “Binə”dən gələnlərdir. Sahibkarlar məlum olaylardan sonra “Binə”də işləməyin mümkünsüzlüyünü dərk edib bura axışıblar. “Karvansaray”da 300-ə yaxın obyekt artıq icarəyə götürülüb. Qiymətlərin burada daha ucuz olması da müştərilərin diqqətini çəkib.
Ancaq “Binə”də qalanlar qorxurlar ki, “Karvansaray”a köçsələr, birdən müflis olarlar, müştərilərini itirərlər. Ona görə də hələlik qəti qərar verə bilmirlər. Sahibkarlar fikirləşirlər ki, qarşıdan yaz-yay ayları gəlir və “Karvansaray”da icarə haqqı ödəmədən işləyib böhrandan çıxmaq olar.
“Binə”də ticarətçilərdən üsyana səbəb olan xəracların yığılması isə paralel olaraq davam etməkdədir. Artıq mağazalardan tələb olunan yer haqları 250 manatdan yığılır. Ticarətçilər məcburiyyət qarşısında deyilən haqları verməli olublar. Bu xəracların yığıldığını təsdiqləyən satıcılardan bir qrupu bizimlə söhbətdə söylədilər ki, K.Məmmədova sahibkarlara qan uddurur. Onların sözlərinə görə, bazarın sahibi 19 yanvar mitinqindən sonra acığa düşərək qəsdən həmin pulları yığdırır.
Satıcı Vahid deyir ki, K.Məmmədovaya hamı nifrət edir: “Bu adam bizim iş yoldaşlarımızın həbsinə, onlarla ailənin çörəksiz qalmasına səbəb oldu. Camaat aksiya keçirib haqqını istədi. Hökumət isə xalqı onun ayağına verdi. Bizim tələblərimizi yerinə yetirmək əvəzinə Kəbirəyə dayaq oldular. İndi istədiyini edir. Bu adamın məqsədi soyğunçuluqdur, bizə zülm etməkdir, haram yeməkdir”.
Digər ticarətçi Nadir isə bildirdi ki, K.Məmmədova etdiklərinin bir gün cavabını alacaq: “Bu haqsızlığı Allah götürməz. Kəbirə Məmmədova özünü ağa sayır. Amma unutmasın ki, çoxlarını axırını görmüşük. Onun əlindən işləyə bilmirik. Qazandığımız onun cibinə gedir. Biz bilirik ki, burda tək Kəbirə yemir. Milyonlar var və çox iri məmurların maraqları toqquşur. Ancaq heç olmasa milləti də yola versinlər”.
Onu da deyək ki, “Binə”yə giriş pullu oldu. Əvvəlcə bu taktikadan “Sədərək”də istifadə edildi. İşə yaradığını görüb analoji addımı Kəbirə Məmmədova da atdı. Nəqliyyat Nazirliyinin balansında olan maşınlardan başqa bütün maşınların bazara girməsi 50 qəpikdir. Gün ərzində “Binə”yə yüzlərlə maşın girir. Bu da onu göstərir ki, Ziya Məmmədovun burada öz payı var və onun maşınlarına “yaşıl işıq” yandırılır. Əksər dükan sahiblərinin maşını var. Bundan başqa, nə qədər alıcı şəxsi maşını ilə bazara təşrif buyurur. Orta hesabla bazara gündə 10 mindən çox maşın gəlirsə, bunu hesabalayanda fantastic rəqəm ortaya çıxır. Bu qədər pulun hara getdiyi isə bilinmir. “Binə”də sahibkarların narazılığı varsa deməli növbəti üsyan da istisna deyil. Problem həll olunmursa o yenidən bir gün alovlanıb püskürəcək.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Binə" ticarət mərkəzinin sahibkarları etiraz edir

    "Binə" ticarət mərkəzinin sahibkarları ...

    25-12-2013, 15:26

  • 
  • "Binə" Ticarət Mərkəzi də "plana düşdü" - Kəbirə Məmmədovanın "kitabı bağlanır"

    "Binə" Ticarət Mərkəzi də "plana ...

    24-03-2014, 17:22

  • 
  • “Azadlıq” qəzeti sahibkarlara müraciət etdi

    “Azadlıq” qəzeti sahibkarlara müraciət etdi ...

    26-07-2013, 13:46

  • 
  • Kəbirə Məmmədovanın iddiasına əsasən, Ramin Deko müsadirə oluna bilər

    Kəbirə Məmmədovanın iddiasına əsasən, Ramin Deko ...

    27-11-2013, 17:40

  • 
  • Vergilər Nazirliyi Kəbirə Məmmədovaya cinayət işi açdı

    Vergilər Nazirliyi Kəbirə Məmmədovaya cinayət işi ...

    4-08-2013, 18:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu