GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gədəbəydə sahibkarlar icra başçısının əməllərindən təngə gəliblər

Gədəbəydə sahibkarlar icra başçısının əməllərindən təngə gəliblər

Tarix: 8-02-2016, 21:32 Bölmə :Ölkə Baxış: 0
Gədəbəydə sahibkarlar icra başçısının əməllərindən təngə gəliblər

Çoxsaylı qanunsuzluğa söykənən addımların atılması bir daha onu söyləməyə əsas verir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı bəzi sahibkarların, o cümlədən Oqtay Qaraoğlunun problemini həll etmək əvəzinə, onu “şantaj” etməkdən belə çəkinmir Son günlər Gədəbəyli sahibkarlarla bağlı yaşananlar, yenə də mətbuatın gündəmini zəbt etməkdədir. Buna səbəb, rayona rəhbərlik edən Ramiz Yediyarovun həyata keçirdiyi idarəçilik və yerli sakibkarlara qarşı bəslədiyi ögey münasibətin varlığıdır. Düzdür, ötən illər ərzində yaşanan problemlərlə əlaqədar, yəni bir neçə sahibkara məxsus obyektlərin heç bir məhkəmə qərarı olmadan darmadağın edilməsi və onlara verilməli olan kompensasiyanın ödənilməsi ilə bağlı vədlər verilsə də, təəssüflər olsun ki, problemlər bu günədək də həllini tapmayıb. Nəticə o olub ki, sahibkarların ayrı-ayrı banklara olan borcları fantastik həddə çatıb, dolanışıq vəziyyətləri minimuma enib, tərəflər arasında inamsızlıq hissi əmələ gəlib və digər problemlər də baş qaldırıb. Gədəbəyli sahibkarlardan olan Oqtay Qara oğlu da, üzü-üzə qaldığı problemlə bağlı bir daha “Gündəm Xəbər”ə bildirir ki, “mən bu gün nə edəcəyimi bilmirəm. Çünki, rayon rəhbərliyi 12 fevral 2015-ci il tarixdə qanuni sənəd-sübutla mülkiyyətimdə olan 38.5kvm-lik obyektimi, heç bir məhkəmə qərarı olmadan dağıtdırıb. Obyektimi yerlə-yeksan edərkən, adicə mənə məlumat belə verməyiblər. Əgər vaxtında məlumat versəydilər, o halda mağazamın içərisində olan avadanlıqlarımı, ayrı-ayrı firmalardan nisyə aldığım mallarımı götürərdim. Belə bir səbəblər üzündəndir ki, həmin vaxt firmalardan götürdüyüm malların pulunu vaxtında qaytara bilmədim və bu gün də sıxıntılar içərisindəyəm”. Gədəbəydə sahibkarların müraciətləri qulaqardına vurulur Bir məqamı da qeyd edək ki, Oqtay Qaraoğlu üzləşdiyi probleminin həlli ilə bağlı, hələ on ay bundan əvvəl icra hakimiyyəti aparatına yazılı müraciətini ünvanlasa da, onun müraciətinə bir kimsə cavab vermir. Yəni, açıq-aydın şəkildə onun müraciəti qulaqardına vurulur. Hələ bu azmış kimi, müxtəlif dövlət qurumlarının rəhbərlərinə, o cümlədən ölkə rəhbəri cənab İlham Əliyevə, Baş Prokurorluğa, Milli Məclisə, Dövlət Təhlükəsizlik İdarəsinin rəhbərliyinə və digər qurumlara ünvanladığı məktublar da, tədbir görülməsi üçün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına göndərilsə də, daşdan səs çıxır, amma göndərilmiş məktublardan heç bir cavab çıxmır. Buna səbəb deyəsən o olur ki, aidiyyəti qurumlardan tədbir görülməsi üçün göndərilmiş məktublar, icra hakimiyyəti aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərovun iş otağında ya itbata salınır, ya da ki, toz-torpaqla elə örtülür ki, görünməz olurlar. Bu da onu söyləməyə əsas verir ki, icra hakimiyyəti strukturunda vətəndaşların qəbulu, ünvanlanan şikayətlərə baxılması, problemlərinin həlli qaydası belə bir formada həyata keçirilir. Sözsüz ki, “balıq başdan iylənər” deyiblər. Yəni, Ramiz Yediyarovun tətbiq etdiyi idarəçilik, Zülfüqar İsgəndərov və digər vəzifə sahibləri tərəfindən belə bir formada həyata keçirilir. Məqsəd nədir ki, sahibkara “qara yaxılır?” Bundan əlavə, rayon rəhbərliyi Oqtay Qaraoğluna qara yaxmaqdan da ehtiyat etmir. Məsələn, o, “Gündəm Xəbər”in əməkdaşına bildirib ki, “mən problemimin həlli bağlı yuxarı instansiyalara müraciət edirəm, yuxarı instansiyalar da tədbir görülməsi üçün müraciətlərimi Gədəbəy rayon İcra Hakimiyyətinə göndərirlər. Bu zaman hansı tədbir görüldü deyə, verilən cavab məktubunda yazırlar ki, “Oqtay Qaraoğlu müxalifətçidir və özü də xəstədir”. Çox maraqlı və gülüncdoğuran cavab olur ki, bunun da heç bir hüquqi əsası yoxdur. Çünki, əldə etdiyimiz məlumata görə o, heç bir siyasi qurumun üzvü deyil və sağlamlıq durumunda da ciddi problemi yoxdur. Belə bir addımın atılması bir daha onu söyləməyə əsas verir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı çoxsaylı sahibkarların, o cümlədən Oqtay Qaraoğlunun problemini həll etmək əvəzinə, onu “şantaj” etməkdən belə çəkinmir. Ölkə rəhbərinin sahibkarlarla bağlı tapşırığı necə yerinə yetirilir? Diqqəti o hal da cəlb edir ki, ölkə rəhbəri cənab İlham Əliyev bir neçə gün bundan əvvəl də, keçirdiyi müşavirədə bir daha büdcə vəsaitlərinin israf edilməsinin qarşısının alınması, maliyyə və iqtisadi sahədə şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblərin irəli sürülməsi və.s kimi neqativ halların aradan qaldırılması istiqamətində, mübarizə tədbirlərinin gücləndirilməsi üçün lazımi tapşırıqlarını da verdi. Hətta, o, sahibkarların üz-üzə qaldıqları problemlərin həllində, onlara yaradılan süni maneələrin aradan qaldırılması üçün, yerli vəzifə sahiblərinə müvafiq addımlar atmalarını da tapşırdı. Amma verilmiş tapşırıqlara baxmayaraq, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov heç nəyə məhəl qoymur, necə deyərlər, verilmiş tapşırıqları bu gün də qulaqardına vurmaqla məşğul olur. Belə bir səbəblər üzündəndir ki, təkcə sahibkarlarla bağlı deyil, sıravi sakinlərlə də bağlı problemlərin həddi-hüdudu yoxdur. Yəni, rayonun mərkəzi ərazilərində, ucqar kəndlərində sosial problemlər tüğyan edir, vətəndaş narazılığı günü-gündən artmağa başlayır. Büdcədən müxtəlif məqsədlər üçün vəsaitlər ayrılır, amma təyinatı üzrə istifadə olunmur. Belə bir halların yaşanması da, Gədəbəydə hökm sürən sosial ədalətsizlik mühitinin varlığını göstərir. PA-sı səlahiyyətlisinin vədi, problemin həllinə kömək etmədi Adicə bir məqama da toxunaq ki, bir neçə gün bundan əvvəl Oqtay Qaraoğlu və digər sahibkarlar üzləşdikləri problemlərinin həlli naminə təkrar Prezident Administrasiyasının qəbul şöbəsində də olurlar. Şöbənin əməkdaşı şikayətçi sahibkarlara bildirir ki, “rayon rəhbərliyinə tapşırıq verilib, o, sizi qəbul edəcək və üzləşdiyiniz problem həllini də tapacaq”. Neçə illərdir ki, Gədəbəylə Prezident Administrasiyası arasında qalan sahibkarlar, bu dəfə də verilən məsləhətə qulaq asıb Gədəbəyə getməli olurlar. Bu zaman nələr baş verir, nələr dəyişir? Əslinə baxsan heçnə!? Yalnız dəyişən o olur ki, əgər əvvəllər şikayətçi sahibkarlar icra hakimiyyətində müavin səviyyəsində qəbul olunurdularsa, bu dəfə onları Ramiz Yediyarovun özü qəbul edir. Düzdür, ümumi görüş baş tutur, amma sahibkarların problemlərinin həlli istiqamətində ümidverici addımlar atılmır. Bu da onu söyləməyə əsas verir ki, verilən vəd, heç də əvvəlki vədlərdən fərqlənməyəcək. Namiq Məmmədovun qüdrəti, yaxud da təsir gücünün imkanları Gədəbəyin əsas fiqurlarından biri hesab olunan və bu gün rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədov olduqca qüdrətli, təsir gücü isə yetərli olan vəzifə sahibidir. Əslinə baxsan bu cür yanaşmamızı ortaya qoymaqla, biz heç də yanılmırıq. Çünki, “Gündəm Xəbər”in ötən saylarında silsilə açıqlamaları geniş ictimaiyyətin diqqətinə də çatdırmışdıq ki,bu şəxs Gədəbəydə əsas söz sahibidir. Yəni, kimin hansı vəzifəni daşıması, kimin daşıdığı vəzifəsinə “əlvida vəzifə” deməsində, onun rolu olduqca təsirli olur. Namiq Məmmədovun belə bir təsir gücünə malik olmasının kökündə, həm uzun müddətdən bəri maliyyə idarəsinə rəhbərlik etməsi, kifayət qədər var-dövlətə sahib olması, həm də tabe olduğu nazirlikdə söz sahibi olan şəxslərlə sıx bağlılığının da olmasıdır. “Maliyyənin şefi” qohum-əqrəbasını hansı yollarla imkanlı edir? Məsələn, adicə bir məqama toxunaq ki, rayonun Saratovka kəndinə aid bir çox problemlərin həlli naminə büdcədən ayrılan vəsaitlər, ötən ilin noyabr ayında elə mənimsənilib ki, nə izi, nə də ki, tozu qalıb. Bundan əlavə, həmin kənddə uşaq bağçası olduğu halda, yeni bir uşaq bağçasının tikintisinə də qərar verilir. Tikintisi davam etdirilən uşaq bağçasının ərazisi başqa bir şəxsə məxsus olduğu halda, həmin ərazi qeyri-qanuni yolla zəbt edilir və tikinti işlərini aparmaq Namiq Məmmədovun yaxın qohumu Məmmədov Qoşqar Oqtay oğluna həvalə olunur. Hələ bu azmış kimi, rayonun Samanlıq, Qoşabulaq kənd orta məktəblərinin, MRX-na aid tikinti işlərinin aparılması də, Qoşqar Məmmədova tapşırılır. Baxmayaraq ki, aparılacaq tikinti işləri ilə bağlı tender keçirilir və tenderdə başqa bir şəxs qalib gəlsə də, son anda tikinti işlərini aparmaq Namiq Məmmədovun qohumuna nəsib olur. Bu haqda “Gündəm Xəbər”ə məlumatı çatdıran mənbə bildirir ki, tikinti işlərinin Qoşqar Məmmədova verilməsinin də, bir çox özəl səbəbləri var. Yəni, Namiq Məmmədovun maliyyə nazirliyinin əsas fiqurlarından biri olan Azər Bayramovla qurduğu işbirliyi, bir çox məsələlərin həllində olduğu kimi, belə bir məsələlərdə də əsas rol oynayır. Araşdırmamız davam edəcək. Bizi izləyin.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45

  • 
  • İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu

    İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu ...

    4-03-2015, 13:48

  • 
  • PA-dan verilən tapşırıq, yenə də saya salınmadı

    PA-dan verilən tapşırıq, yenə də saya salınmadı ...

    19-10-2015, 19:34

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2015, 23:15

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2016, 23:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu