GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Özəl klinikalar əhalini necə soyur? - ARAŞDIRMA

Özəl klinikalar əhalini necə soyur? - ARAŞDIRMA

Tarix: 9-02-2016, 16:52 Bölmə :Ölkə Baxış: 0
Özəl klinikalar əhalini necə soyur? - ARAŞDIRMA

Klinikalarda həkimlərin qəbul qiyməti isə sözlə deyiləsi deyil

Azərbaycanda özəl klinikaların sayı durmadan artır. Vəziyyət o həddə çatıb ki, Bakıda hər küçədə azı bir klinikaya rast gəlmək mümkündür. Sayları nə qədər çox olsa da, klinikalar heç də xəstə qıtlığından, iqtisadi çətinlikdən şikayət etmirlər. Sanki Azərbaycanda hamı xəstəymiş kimi klinikalar gecə-güzdüz işləyir, həkimlər də qaz vurub qazan doldururlar…

Klinikalar necə işləyirlər?

Özəl tibb müəssisələrində çalışan həkimlərin demək olar ki, çoxu dövlət xəstəxanalarında işləyir. Bir həkim eyni vaxtda iki, bəzən 3 xəstəxanada işləyə bilər.

Klinikalarda həkim və digər tibb personalı faiz əsasında maaş alırlar. Hansı həkim çox xəstə gətirsə, onun da maaşı çox olur. Odur ki, Hipokrat andını yada salmayan həkimlərimiz xəstələri dövlət müəssisələrində yox, özəl klinikalara cəlb edib, daha çox qazanmağa çalışırlar.

Kiçik bir misal: dövlət xəstəxanalarına müraciət edən pasientlərin böyük əksəriyyəti analiz vermək üçün özəl klinikalara yönləndirilir. Burada səbəb dövlət xəstəxanalarında lazım tibbi avadanlıqların olmaması deyil. Çoxları bilməsə də, həkimlər klinikalarla qabaqcadan razılaşaraq, göndərilən xəstə sayına görə qonorar alırlar.

Tutaq ki, adi bir analiz üçün dövlət müəssisəsində bizdən 5-10 manat “şirinlik” alırlarsa, klinikalarda ən yaxşı halda 40-50 manat ödəməli oluruq.

Hətta bu azmış kimi, özəl klinikalarda pasientin xəstəliyini bilmədən lazımsız analizlərin verilməsini tələb edilir.

Klinikalarda həkimlərin qəbul qiyməti isə sözlə deyiləsi deyil.

“Modern hospital” klinikasından həkim qəbulu 35-40 manat arasında dəyişir.Yalnız tanınmış ginekoloqun müayinəsi üçün 50 manat ödəmək lazımdır. Bu klinikada qarın boşluğunun UZM müayinəsi 25 manatdır.

Mərkəzi Klinik Xəstəxanada həkim müayinəsi fərqli qiymətədir. Yəni təcrübəli həkim, professor və ya kənardan dəvət olmuş həkimlərin qiyməti 45 manatdan 100 manatadək dəyişir. Adi həkimlərin qəbulu isə 39 manatdır.

Tibb müəssisəsində UZM müayinəsinin qiymətləri də fərqlidir, yəni xəstədən alınan pul təyinata uyğun dəyişir. Xəstəxanada hamilə qadının müxtəlif qan analizindən keçməsi üçün azı 250 manat tələb olunur.

“Baku Medical Plaza”da ümumi qan analizi 14 manat, qanın tərkibindəki mikroblar üçün müayinə 18- 30 manat arasında dəyişir. Hamiləlik üçün qan analizlərinin qiyməti isə 300 manatdır. Adıçəkilən klinikada həkim qəbulu 40-60 manat təşkil edir.

“Atlas” Tibb Mərkəzində də qiymətlər ucuz deyil. Ümumi qan analizi 17 manat, digər qan analizləri isə ayrı-ayrılıqda 20-30 manat civarındadır. Ümumilikdə isə 180 manatla bütün qan analizlərindən keçmək mümkündür. Həkimin qəbulu üçün 30 manat ödənməlidir.

Gördüyünüz kimi, klinalarda müalicə almaq hər adamın işi deyil...

Millət vəkili Çingiz Qənizadə hesab edir ki, özəl xəstəxanalarda idarəolunmaz vəziyyət yaranıb. Deputatın sözlərinə görə, özəl xəstəxanalarda nizam-intizam yaratmağın vaxtı çatıb.

“Özəl klinikalar da Azərbaycan dövlətinin tərkib hissəsidir. Ona görə də bu gün dükanlarda, supermarketlərdə ayrı-ayrı işbazlar istifadə dərək süni şəkildə qiymət artımı yaradırlarsa, insanları çəkidə, ölçüdə, keyfiyyətdə aldadırlarsa və ölkə başçısı buna müdaxilə edirsə, bundan klinikalar da nəticə çıxartmalıdır.

Son illərdə özəl xəstəxanalarda insanların saysız-hesabsız müayinələrdən, analizlərdən keçməsi tələb olunur. Eyni zamanda bir müayinəyə və analizə görə tələb olunan məbləğ həddinən artıq yüksəkdir. İnsanların əməkhaqqı və orta yaşayış səviyyəsini nəzərə alsaq qiymətlər uyğunluq təşkil edə bilməz. Biz özəl müəssisələrin, sahibkarların pul qazanmasının əleyhinə deyilik, sadəcə bu ədalətli olmalıdır”.

Millət vəkili hesab edir ki, özəl klinikalar üzərində dövlət nəzarəti həyata keçirilməlidir.

Ç.Qənizadənin fikrincə, Səhiyyə Nazirliyi bütün klinikalarda analizlər üçün vahid qiymət müəyyən etməlidir: “Ola bilməz ki, bir komponentin gətirilməsinə görə, Binəqədi ərazisindəki klinikada hansısa müayinə 50 manat olduğu halda, digər yerdə bu 80-100 manatdır. Hesab edirəm ki, bu Səhiyyə Nazirliynin problemidir. Ölkə başçısına bu sahədə hər bir şəxs dəstək olmalıdır. İctimai nəzarəti həyata keçirən mətbuat orqanları, Qeyri-Hökumət Təşkilatları ilə bərabər dövlət qurumları və səhiyyəyə birbaşa məsul olan Səhiyyə Nazirliyi, başda nazir Oqtay Şirəliyev buna nəzarət etməlidir. Ölkədə analizlər üçün vahid qiymətlər müəyyən edilməlidir və qiymətlər insanların cibinə uyğun olmalıdır. Hesab edirəm ki, hazırda bu sahədə ciddi nöqsanlar mövcuddur”.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, ölkədə səhiyyə sistemi heç vaxt pulsuz ola bilməz: “Dünya praktikasında da konkret müəyyənləşdirilmiş analizlər var. Məsələn, ürək yoxlanışı, qanın ümumi analizi, Cek-Up müayinə. Əslində bu kimi prokotollar olmalıdır. Səhiyyə Nazirliyi özəl klinikalara məsləhətlər verməlidir”.

A.Qeybulla hesab edir ki, özəl klinikalara dövlətin maliyyə müdaxiləsi əyolverilməzdir. Bu rəqabəti bazar tənzimləməlidir: “Dərmanın qiymətinə müdaxilələr olan kimi bəzi aptek şəbəkəsindən bir sıra dərmanlar yoxa çıxdı. Əgər dərman idxalında monopoliya varsa, onun qiymətini tənzimləmək olmayacaq. Bu məsələdə belədir. Hər hansı qanun qəbul olunsa belə, bunu tətbiq etmək mümkün olmayacaq. Kim deyə bilər ki, filan xəstəlik üçün bu müayinə çoxdur və ya azdır”.

Professorun fikrincə, özəl klinikalardakı “soyğunçuluğun” qarşısını almaq üçün ilk növbədə icbari tibbi sığorta tətbiq etməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda özəl klinikalar morqa çevrilir

    Bakıda özəl klinikalar morqa çevrilir ...

    25-01-2016, 19:52

  • 
  • Nazirlik həkim-klinika alveri qarşısında aciz qalıb

    Nazirlik həkim-klinika alveri qarşısında aciz ...

    22-12-2013, 23:30

  • 
  • Özəl klinikalarda koronavirus testlərinin qiymətləri endirilə bilər? - AÇIQLAMA

    Özəl klinikalarda koronavirus testlərinin ...

    16-10-2020, 13:08

  • 
  • “MedEra Hospital”da ağzımı elə tikdilər ki, dodaqlarım açıq qalır yumulmur ...-ŞİKAYƏT

    “MedEra Hospital”da ağzımı elə tikdilər ki, ...

    25-08-2020, 09:47

  • 
  • "Laçın" Klinikasında daha bir fırıldaq

    "Laçın" Klinikasında daha bir fırıldaq ...

    12-01-2015, 21:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu