GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR

“Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR

Tarix: 9-02-2016, 17:07 Bölmə :Ölkə Baxış: 0
“Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR

Mehriban Hüseynova həbsinin gerçək səbəbi bilindi - ortada İlhaməni titullarından edəcək kompromat materialı var

Müğənni İlhamə Quliyevanın həbsə aldırdığı köməkçisi Mehriban Bəylər qızı Hüseynova redaksiyamıza məktub yollayıb. Soyğunçuluğa cəhd ittihamı ilə üz-üzə qalan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan M.Hüseynova məktubunda müğənnini yalan danışmaqda ittiham edir.

Məktubu bəzi ixtisarlarla təqdim edirik: “İlhamə Quliyevanın aldığı nəfəsdən başqa dedikləri hamısı yalandır. Belə ki, İ.Quliyevanın evində onun “bandası” tərəfindən mənliyim alçaldılıb, təhqir edilib və adi telefonla çəkilən süjeti ATV kanalı qarşı tərəf kimi mənə zəng etmədən, fikrimi bilmədən efirə verib və ictimaiyyətdə mənə qarşı mənfi rəy yaradıb. Bu hansı qanuna uyğundur? Bəs MTRŞ-nın rəhbəri Nuşirəvan Məhərrəmli niyə bu süjetin qanunsuz olaraq efirə getməyinə indiyəcən göz yumur? Yuxarıda adları çəkilən hər bir verilişin heyəti və aparıcıları qanun qarşısında cavab verəcəklər”.

“Güzgüyə bax, keçmişini xatırla...”

M.Hüseynova məktubunda müğənniyə keçmişi ilə bağlı suallar da ünvanlayıb: “İlhamə hər dəfə müsahibələrində məni qulluqçusu, xadiməsi kimi təqdim edir. Qulluqçu və xadiməçi olmaq ayıb deyil, onlar halal zəhmətilə, alın təriylə pul qazanırlar. Daha sənin kimi kimlərisə şərləyərək əsassız təzminatlar almırlar. Əgər sənin qulluqçun idimsə mənim dövlət tədbirlərində, xarici səfərlərdə, səyahət və qonaqlıqlarda, sənin əvəzində televiziyalarda nə işim var idi? Məgər qulluqçunu efirlərdə jurnalist-şairə kimi təqdim edirlər? Mən sənə qədər də efirlərdə jurnalist-şairə kimi çıxış etmişəm. Və iş fəaliyyətimə görə telekanallardan biri məni yüksək maaşla işə götürmək istəyəndə də sən razılaşmayıb məni öz yanına çağırdın. Onda hələ iş birliyimiz olmadığına görə səni yaxşı tanımırdım. İlhamə, deyəsən sən keçmişdə kim olduğunu yadından çıxartmısan? Güzgüyə bax, keçmişini xatırla və yadına sal ki, oxuduğun institutdan niyə və nəyə görə qovulmusan?”

“Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR

“Səndə tamah, nəfs və pula hərislik o qədərdir ki...”

M.Hüseynova məktubunda bıçaqlanması haqda yazır: “Xalqın səni artıq necə tanıdığını isə internet saytlarında, statuslarda onların yazdıqları rəylərdən görə bilərsən. Sənin nəinki məni, sənətilə sevilən digər xanım sənətçiləri də görməyə gözün yoxdur. Səndə tamah, nəfs və pula hərislik o qədərdir ki, hər kəsi şərləyib pul təzminatı kəsdirməyə çalışırsan. Necə ki, mənim də istintaqımın ilk günündə 45 min manat bizdən pul tələb edirdin. Nazpəri Dostəliyevadan ağzında şirə qaldığından Elza Seyidcahanın da üstünə haqsız yerə şığıdın. Budurmu ATV kanalının sənin timsalında vurğuladığı mədəniyyətimizin sərvəti. Mədəniyyət Nazirliyi bir kənara qalıb İ.Quliyeva mədəniyyəti idarə edir. İstənilən aparıcı və müğənnini efirdən uzaqlaşdırır və ya hansı müğənnilərisə efirə çıxmağa qadağa qoydurur. Biz görmüşük ki, bu yaşda olan ahıllardan gənc nəsil ibrət götürər. Bu isə 73 yaşında adını məcburən AzTV-yə yazdırıb yüksək maaş alır. İ.Quliyeva “Arxadan vurulan zərbə” kinosunda “qurd Cəbrayıl”-in (Fəttah obrazı) qadın surətidir ki, mən də onun yəqin ki, son qurbanı oldum. Ataraq mənim ayağıma vurduğu səlist bıçaq zərbəsi buna bariz nümunədir. Bu haqda mənim təsdiqedici ekspert rəyim də var”.

“Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR

“Efirdə deməyimə baxma, məcburam, ondan zəhləm gedir”

M.Hüseynova İ.Quliyevanın onu tutdurmasının səbəbinə də aydınlıq gətirdi: “Əslində, İlhamə ekrana çıxıb mənim xalqım, mənim dövlətim, mənim kimim... və s. deməsi yalan və süni sözlərdir. Çünki evdə dövlətimizin mötəbər, yüksək xanımların televiziyada görəndə onları söyür, haqlarında nalayiq sözlər işlədirdi. Mən iradımı bildirəndə isə üstümə qışqıraraq “sən səsini kəs! Efirdə deməyimə baxma, məcburam, ondan zəhləm gedir” – deyirdi. İlhamə Quliyevanı yaxından tanıyan hər bir kəs bilir ki, o, özünü nəinki Azərbaycanda, Qafqaz və bütün türk dünyasında ən birinci xanım hesab edir. Ona görə də hər kəsə yuxarıdan aşağı baxaraq öndə gedən xanımları görməyə gözü yoxdur. Həmin ərəfədə rəfiqəm Kəmalə Rüstəmovaya pul lazım olduğundan mən bankdan kredit götürərək üst-üstə 5 min manat ona pul vermişdim. Kəmalə mənimlə bir iki dəfə İlhamənin evinə getdiyindən onlar artıq bir-birlərini tanıyırdılar. İlhamə oğulluğu Orxanı isə heç evinin kandarına belə buraxmırdı. Orxana da pul lazım olduğuna görə dostu Vüqar Bəkirovun vasitəsilə İlhaməyə sifarişlər göndərirdi. Nəhayət Orxanla Vüqar İlhaməyə və mənə qarşı birgə plan qururlar. Kəmalə Rüstəmovanın da bu plandan xəbəri olur və ona da sərf edir ki, mən tutulum, beləcə bankdan götürüb ona verdiyim 5 min manatı rahatca mənimsəsin. Ona görə də Orxanla Vüqara qoşulur. Kəmalənin mənə qarşı belə edəcəyini heç ağlıma da gətirməzdim. Orxanla Vüqarın iyrənc və yalançı planları həyata keçəndən sonra İlhamə mənimlə mübahisə etdi, qışqırdı və onunla da mən ayrılaraq çıxıb evə gəldim, İlhamə ilə işləməyə son qoydum. Səhəri gün Kəmalə bu işin belə qurtardığını görüb İlhaməyə deyir ki, sənin səsini, o “adam” haqda dediyin nalayiq sözləri Mehriban telefonuna yazıb.

“Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR

“İlhamə başa düşür ki, bu informasiya gedib, harasa çatsa...”

Onun bütün titulları əlindən alınaraq həbs olunacaq. Ona görə də əvvəlcədən tədbir görüb öz “bandasını” evə toplayır. Kəmalə Rüstəmova da həmin gün mənə zəng edib şirin dillə ora çağıraraq bildirdi ki, İlhamə üzr istəyib səninlə barışmaq istəyir. Kəmalə and-aman edib məni ora çağırdı. Mən Kəmaləyə inanıb, İ.Quliyevanın evinə getdim. ATV-nin yayımladığı süjetdə gördüyünüz kimi mən içəri girən kimi mənə elə ilk şillə vuran da Kəmalə oldu. İlhamə də onun məni vuran əllərindən öpüb sağ ol, canım dedi. Mən nə baş verdiyini anlamadığımdan şokda idim. Qalanlarını isə onların necə məni təhdid və təhqir etmələri artıq ATV-dən başqa hər kəsə bəllidir. Sumkamdan Vüqar 300 manatı götürərək güldü. O pul isə mənim həyat yoldaşımın dərman pulu idi.

Daha sonra İlhamənin bandasının üzvlərindən imkanlı müğənnilər haqda ona məlumat çatdıran jurnalist Faiq Ələkbərli və özünü prezidentin qohumu kimi təqdim edən Aidə adlı qadın da var idi. Onlar tez mənim telefonumu götürüb o biri otağa keçdilər. Otaqdan qayıdandan sonra İ.Quliyeva stolun üstündəki bıçağı zərbə ilə mənə atdı. Bıçaq mənim ayaq nahiyəmin yuxarı hissəsindən batıb zədələdiyindən çoxlu qan axmağa başladı. Yara dərin olduğundan yod vursalar da qan dayanmırdı. Yaramın qanını sildiyim paltar büsbütün qan idi. Həmin qanlı paltar da İlhamənin evindədir. Çox güman ki, indi onu yoxa çıxardıb. Halımın getdikcə pis olduğunu görüb neçə saatdan sonra telefonumu da özümə verib məni evdən buraxdılar və bu barədə bir kimsəyə deməyəcəyim haqda məni hədələdilər. Onlar telefonumda özlərinə lazım olan nömrə və yazıları silmişdilər. İlhamənin hegemonluğundan və ona arxa dayanan bir neçə nəfər yüksək orqan işçilərindən çəkinib bu barədə heç kimə bildirmədim. Lakin səhəri Bakı Şəhəri Baş Polis İdarəsinə istintaqa çağırılanda mən də gedib aldığım bıçaq xəsarətinin ekspert rəyini çıxartdırdım. Bakı Şəhər BPİ-də izahatımı alandan bir gün sonra məni hələlik evə buraxdılar. Yoldaşımın dərmanlarına pul lazım olduğu üçün axşam rəfiqəmgilə getməli oldum. Gecə saat 2 radələrində rəfiqəm məni öz maşını ilə evə gətirərkən binanın həyətində İlhamənin, Orxanın və Vüqarın dayanıb məni gözlədiyini görüb qorxumdan bilmədim nə edim.

“Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR

Orxanla Vüqar əllərində “dubinka” və bıçaqla...

Bizim maşının üstünə gəlirdilər. Rəfiqəm tez maşının qapılarının düyməsini içəridən bağlayaraq mənə dedi ki, tez “102”-yə zəng et. Mən əllərim əsə-əsə zəng etdim. İlhamə maşının qabaq hissəsini əllərilə bərk-bərk döyərək qışqırırdı ki, səni mən tutdurub içəri atdırmışam, hansı köpəkoğlu cürət edib səni buraxıb! Rəfiqəm vəziyyətin gərgin olduğunu görüb gecənin o saatında əlini siqnalın üstünə qoyub birdəfəyə ətrafa səs saldı. Bizim binadan başqa qonşuluqda olan 3 binanın da sakinləri kimi balkona, kimi həyətə çıxıb nə baş verdiyini anlamaq istəyirdilər. Həm çoxlu insanların toplaşdığını, həm də polisin gələcəyini eşidib İlhaməgil maşına oturub tələsik getdilər. Lakin polislər gəlmədiyindən mən qorxumdan maşından çıxmırdım. Qonşu binada yaşayan polis müstəntiqi də səsə gəlib nə baş verdiyini biləndən sonra polisə zəng edib niyə hadisə yerinə gəlmədiklərini soruşdu. Polisdən bildirdilər ki, özləri təzədən zəng edib dedilər ki, hər şey yaxşıdır, gəlməyin. Bunu isə Vüqar bizim həyətdən çıxan kimi polisə zəng edib yalandan deyib ki, biz zəng eləmişdik, indi də zəng etdim ki, hər şey yaxşıdır, sağ olun. Həyətdəki polis işçisi bunun yalan olduğunu deyəndən sonra 5-ci bölmənin polisləri gəlib məni maşından düşürdüb evə apardılar. Polislər bu haqda akt tərtib edib istintaqa təhvil verdilər. Həmin gecə keçirdiyim stress və qorxudan üstümə 2 dəfə təcili yardım gəldi. Bundan bir neçə gün sonra Bakı Şəhər Prokurorluğuna çağırılmışam və orada da ağır maddə ilə haqqımda həbs-qətimkan tədbiri seçilib. İ. Quliyeva hüquq-mühafizə orqanlarında çalışan yüksək vəzifəli bir iki dostuna arxalanaraq bu hegemonluğu edir. Mənim bir qardaşım şəhid, biri də Qarabağ uğrunda əlil oldu ki, İlhamə kimilər və ona havadar olanlar tutduqları mövqedən istifadə edərək günahlı-günahsız bizləri azadlıqdan məhrum etsinlər? Dövlətimizin qanunlarına hörmətlə yanaşıram və əminəm ki, aparılan istintaq ədalətlə yekunlaşaraq əsl cinayətkar öz cəzasını alacaq”.

“Bilirsənmi, o səsyazma ilə səni nə gözləyir?” - İlhamənin həbsdəki köməkçisindən şok məktub - FOTOLAR

Məktub müəllifi müğənninin 4 nömrə telefon “nömrə”sinin detallarını yazır: “Bəli, İlhamə Quliyeva ətrafda elə imic yaratmışdı ki, guya istədiyi vaxt 4 rəqəmlə zəng edib prezidentlə danışır. Hər hansı bir məkanda görüşdüyü orta məmurlarla da söhbət əsnasında razılıq olaraq deyirdi ki, “prezidentlə danışanda bu haqda deyərəm”. Bunun doğruluğunu onun ətrafında olan hər bir kəs bilir. İndi mən həqiqəti sübutla deyəndən sonra İlhamənin və ona havadar olanların aqibəti necə olacaq?”

“Elə bilirsən, sənin səs yazman yoxdur?”

M.Hüseynova müğənnini ifşa edəcək səs yazısının əlində olduğunu da qeyd edir: “İlhamə Quliyeva, elə bilirsən, sənin səs yazman yoxdur? Düşün ki, o səsyazma ilə səni nə gözləyir? Sənin həmin söyüşlərinin səsyazması artıq istintaqa təqdim olunub”.

“Hörmət anlamayan, qanmaz, utanmaz...”

Məktub müəllifi Elza Seyidcahanın şeirinə şeirlə cavab verir: “Elza Seyidcahanın şeirinə dəstək olaraq bu günlərdə yazdığım “Nə yazım” adlı şeirimi də ünvanlayıram:

Hər şeir yazanda titrəyir əlim,
Bilmirəm nə yazım, nədən başlayım.
Bu baş alıb gedən haqsızlıqdanmı,
Yoxsa ki, tüfeyli insandan yazım.
Çoxunda qalmayıb nə namus, nə ar,
Hər elin, obanın bir cür dərdi var.
Vətən, millət deyib özünü öyən,
Yoxsa cildə girmiş iblisdən yazım?
Gözü ac insan heç zaman doymaz,
Kimsənin qeydinə, halına qalmaz.
Hörmət anlamayan, qanmaz, utanmaz,
Tək özünü sevən xəbisdən yazım".

E.HÜSEYNOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlhamə Quliyevanın köməkçisi suçlu bilinərək... azadlığa buraxıldı

    İlhamə Quliyevanın köməkçisi suçlu bilinərək... ...

    8-02-2017, 01:28

  • 
  • “Şubanı oğurlayıb mənim boynuma atdı” — İlhamə Quliyevanın köməkçisindən ŞOK FAKTLAR

    “Şubanı oğurlayıb mənim boynuma atdı” — İlhamə ...

    19-12-2018, 14:36

  • 
  • İlhamə Quliyevanın köməkçisinə cəza istənildi

    İlhamə Quliyevanın köməkçisinə cəza istənildi ...

    21-12-2016, 15:10

  • 
  • Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza istədi

    Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza ...

    20-12-2016, 20:05

  • 
  • İlhamənin həbsdəki köməkçisinin əri Baş prokurora müraciət etdi - ŞOK

    İlhamənin həbsdəki köməkçisinin əri Baş prokurora ...

    15-02-2016, 23:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu