GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlhamənin həbsdəki köməkçisinin əri Baş prokurora müraciət etdi - ŞOK

İlhamənin həbsdəki köməkçisinin əri Baş prokurora müraciət etdi - ŞOK

Tarix: 15-02-2016, 23:16 Bölmə :Ölkə Baxış: 0
İlhamənin həbsdəki köməkçisinin əri Baş prokurora müraciət etdi - ŞOK

Müğənni İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova məktub ünvanlayıb.

Musavat.com-un məlumatına görə, T.Hüseynov məktub vasitəsilə Baş prokurordan M.Hüseynova barəsindəki istintaq işinin nəzarətə götürülməsini xahiş edib: “Sizə artıq üçüncü dəfədir ki, ərizə ilə müraciət edirəm. Mənim heç bir arxam və köməyim yoxdur. Mən Azərbaycan Respublikası dövlətinə, cənab prezidentə və sizə güvənirəm. İlhamə Quliyeva və onun havadarları mənim həyat yoldaşımı əsassız və qanunsuz tutublar və onu uzunmüddətli (6 ildən 12 ilədək) azadlıqdan məhrumetmə cəzasına məhkum etdirmək istəyirlər. Xahiş edirəm ki, mənim ərizəmin araşdırılmasını şəxsən öz nəzarətinizə götürəsiniz.

İlhamə Quliyeva öz təxəyyülündə canlandırdığı və həqiqətdə olmayan hadisələri öz ərizəsində ona qarşı hər hansı bir cinayət hadisəsi törədilməsi barədə uydurma arqumentlər yazır və həmin ərizəyə əsasən absurd bir maddə ilə 29, 180.3.2-ci maddəsi ilə cinayət işi başlayıb və mənim həyat yoldaşımı onların sifarişi ilə işləyən məhkəmələr həbs edib. Sizin baş vermiş hadisənin cinayət hadisəsi olub-olmamasına qiymət verməyinizi xahiş edirəm” - deyə T. Hüseynov bildirib.

Mehriban Hüseynovanın həyat yoldaşı iddia edib ki, ibtidai istintaq başlanarkən təqsirləndirilən şəxs ifadəsini polis əməkdaşlarının psixoloji təziqləri əsasında verib: “İlhamə Quliyeva mənim həyat yoldaşım Hüseynova Mehriban Bəylər qızını bıçaqla vuraraq xəsarət yetirib. Bu barədə Mehriban Hüseynova Yasamal RPİ-nin 26-cı polis bölməsinə müraciət edib. Yasamal rayonunda Məhkəmə Tibbi-Ekspertizasınından keçib. Hüseynova Mehribanın sağlamlığıma vurulmuş zərər MTE-nın rəyində sağlamlığa yüngül zərərvurma kimi göstərilib. Həmin material cinayət işinə birləşdirilsə də, İlhamə Quliyevanın barəsində cinayət işi başlanmayıb. İbtidai istintaq başlanarkən həyat yoldaşım izahatı və ifadəsi alınarkən BŞBPİ-də qanunsuz olaraq saxlanılıb və izahatını və ifadəsini psixoloji təzyiqlər əsasında verib. BŞBPİ-nin İstintaq və Təhqiqat idarəsində həyat yoldaşıma edilən təzyiqlərə dözməyərək, verdiyi “etirafedici” ifadə əsasında həyat yoldaşımın barəsində cinayət işi başlanılıb və o, həbs edilib.

Qeyd etməliyəm ki, tutulduqdan və barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra Xətai rayon Pİ-nin MSY-də və Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçərkən və həmin vaxt aldığı xəsarətlər MSY-nin və Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən qeyd edilib. Xahiş edirəm Xətai rayon Pİ-nin MSY-də və Bakı İstintaq Təcridxanasına sorğu edilərək, həmin aktlar götürülsün”.

T.Hüseynov İ. Quliyevanın evində həyat yoldaşının başına gələnlərdən də bəhs edib: “04.10.2015-ci il tarixdə İlhamə Quliyeva Mehribana zəng edərək, onu evinə çağırtdırdı. Mehriban evə girərkən Kəmalə adlı qadın Mehribanın sifətinə 2 şillə ilə zərbə endirib. Bundan sonra Mehribanın çantasını Vüqar onun əlindən alıb və içərisindən 300 manat pulu götürüb. Bundan sonra Vüqar, Orxan və Kəmalə həyat yoldaşımı soyundurub, başını keçəl qırxmaqla və namusunu ləkələməklə hədələyərək, Mehribandan İlhamənin qarşısında diz çökərək, üzr istəməyə məcbur ediblər. Vüqar və Faiq mənim həyat yoldaşımın İlhamə Quliyevadan üzr istəməyini və qarşısında diz çökdüyü səhnəni videoya çəkib, sonradan internet saytlarında yerləşdiriblər. Bununla da onun razılığı olmadan videoya çəkərək, onun Konstitusion hüquqlarını pozublar. Həmin gün həyat yoldaşımın azadlığını məhdudlaşdıraraq, İlhamə Quliyeva, Vüqar, Orxan, Faiq və Kəmalə qanusuz olaraq, axşama kimi İlhamə Quliyevanın evində saxlayıblar”.

T.Hüseynov baş prokurordan M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqalığı ilə əvəz edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib: “Sizdən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına, araşdırılan cinayət işi üzrə verdiyim ərizə əsasında göstərdiyim xüsusatların yoxlanılmasına, həyat yoldaşımın xəsarət alması ilə bağlı Yasamal RPİ-nin 26-cı Polis Bölməsində toplanmış material əsasında Quliyeva İlhamə Məzahir qızının barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmasına, Hüseynova Mehribanın qanunsuz olaraq, azadlığının məhdudlaşdırılması epizoduna hüquqi qiymət verilməsinə, Mehribanın BŞBPİ-də 07.10.2015-ci il tarixdən 08.10.2015-ci il tarixədək qanunsuz olaraq, saxlanılmağına hüquqi qiymət verilməsinə, həmin günə aid BŞBPİ-nin inzibati binasında olan video görüntülərin götürülməsinə, Mehriban Hüseynova ilə İlhamə Quliyeva arasında əmək müqaviləsi bağlanmadan onun yanında işləməyi ilə bağlı müvafiq araşdırma aparılmasına, DSMF-na və Dövlət Əmək Müffətişliyi Xidmətinə sorğular verilməsinə və həmin epizoda hüquqi qiymət verilməsinə, Hüseynova Mehriban Bəylər qızının barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqalığı ilə əvəz edilməsinə və həyat yoldaşım Hüseynova Mehriban Bəylər qızı barəsində olan cinayət işinin icraatına xitam verilməsinə göstəriş verməyinizi xahiş edirəm”.

Könül İbrahim,
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlhamə Quliyeva: "Çox gözəl işlər görmüsüz"

    İlhamə Quliyeva: "Çox gözəl işlər ...

    5-02-2016, 15:22

  • 
  • İlhamənın keçmiş köməkçisi həbs olundu

    İlhamənın keçmiş köməkçisi həbs olundu ...

    20-10-2015, 11:27

  • 
  • “Şubanı oğurlayıb mənim boynuma atdı” — İlhamə Quliyevanın köməkçisindən ŞOK FAKTLAR

    “Şubanı oğurlayıb mənim boynuma atdı” — İlhamə ...

    19-12-2018, 14:36

  • 
  • Aygün: "İlhamə Quliyeva məni də şərləməyə çalışıb..." - FOTO

    Aygün: "İlhamə Quliyeva məni də şərləməyə ...

    2-02-2016, 22:27

  • 
  • İlhamə Quliyevanın köməkçisinə cəza istənildi

    İlhamə Quliyevanın köməkçisinə cəza istənildi ...

    21-12-2016, 15:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu