GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ABŞ-ın Sol cəbhəsi: Sanders kapitalizmə qarşı...

ABŞ-ın Sol cəbhəsi: Sanders kapitalizmə qarşı...

Tarix: 11-02-2016, 19:53 Bölmə :Ölkə Baxış: 0
ABŞ-ın Sol cəbhəsi: Sanders kapitalizmə qarşı...

Sol hipsterlər üçün müsbət emosiyalarla zəngin xəbər: Nyu-Hempşir ştatındakı praymerizdə antikapitalist Berni Sanders ən yaxın rəqibi Hillari Klinton üzərində böyük üstünlüklə qələbə qazandı.

Qeyri-hipsterlər və soyuq ağlını emosiyalarına güdaza getməyən Solçular üçün isə heç nə dəyşməyib. Onlar anlayırlar: 75 yaşlı Sanders nə Salvador Alyendedir, nə də Xose Muxika. Sandinist, yaxud fidelistə bənzərlikdən isə, ümumiyyətlə, söhbət getmir.

Və biz olsa-olsa növbəti dəfə köhnə həqiqətin təkrarının şahidiyik - xoş niyyəti məhv etməyin yollarından biri onu imitasiya etməkdir. Barak Obama irqi bərabərliyi imitasiya edirdi - halbuki, onun hakimiyyəti illərində irqi seqreqasiya 1960-80-ci illərdəki pikinə döndü. Sanders isə “sosial bərabərlik” üçün fasad olmalıdır. Ki, obıvatel yenidən məzmunla formanı, məğzlə vitrini səhv salıb sakitləşsin, hətta məzmunda peşman da olsun.

ABŞ-ın Sol cəbhəsi: Sanders kapitalizmə qarşı...

Bu tendensiyanı izləmək onun təkrar-təkrar tətbiqinə qarşı immunitet əldə etmək üçün arxi-faydalıdır.

***

Beləliklə, gözlənilməz fakt qeydə alındı: özünü sosialist adlandıran Berni Sanders Nyu-Hempşirdəki praymerizdə Demokratlar partiyasının favorit namizədi sayılan Klintonu düz 22 faiz üstələdi - müvafiq olaraq, 60 faiz və 38 faiz. Əlbəttə, irəlidə hələ çox ştatlar var, ancaq bu, Sandersin üstünlüyünün gözlənilməzliyinə qətiyyən kölgə salmır. Nədir, amerikalı seçicilər Sistemin “qəbirqazıyanı”namı səs vermək niyyətindədir? Bəlkə sabah-birigün ABŞ-da Uoll-Strit çökəcək, monopoliyalar hakimiyyəti siyasətçilərə təhvil verəcək, məktəblərdə isə Marksı (ya da heç olmasa Markuzeni) tədris edəcəklər? Əlbəttə, yox. Harada görünüb ki, kapital sistemi mövqelərini elə-belə, qan-qadasız təhvil versin? Xüsusilə də, söhbət kapitalizmin (və imperializmin) mərkəzi həlqəsindən gedirsə.

Sadəcə, ABŞ-da fərqindədirlər - Sol ideyalar və sosial ədalət ritorikası dəbi qayıdıb gəlir. Elə isə bunu niyə sonu əvvəldən bəlli olan oyuna, əyləncəyə çevirməsinlər ki?

Sandersin çıxış və proqramına nəzər yetirmək yetərlidir ki, anlayaq - hətta Demokratlar partiyası onun namizədliyi üzərində dayansa və hətta isteblişment məhz onu prezident etməyə qərar versə belə, ABŞ-ın siyasi və iqtisadi sistemində heç nə dəyişməyəcək.

ABŞ-ın Sol cəbhəsi: Sanders kapitalizmə qarşı...

O ritorika isə Vermont ştatından senator olan Berni Sandersin dilində Sistemə qarşı əsl dinamit kimi səslənir.

Nələr danışır Sanders? O, özünü “xalqın namizədi” adlandırır və seçki kampaniyası üçün vəsaitlər toplayarkən monopoliyaların yardımından imtina edir (bütün vəsait fərdi ianələrdən ibarətdir). O, özünə “demokratik sosialist” deyir və Skandinav modelini təbliğ edir. Üstəlik, Sandersin bioqrafiyası da təsdiqləyir ki, o, uzun illərin sınağından çıxmış sosialistdir. Yəni, əqidəsini onillərdir qoruyub saxlayıb.

Gəlin, bioqrafiyadan bəzi ştrixlərə baxaq. 1941-ci ildə Bruklində Polşadan qaçmış yəhudilərin ailəsində dünyaya gələn Sanders artıq “60-lar hərəkatı”nda fəallığı ilə seçilib. Gəncliyində ABŞ Sosialist partiyasına yaxın olub, qardaşı isə Yaşıllar partiyasının fəalıdır. Bir müddət İsraildə kibusda yaşayıb, ABŞ-a döndüyündə bir neçə sənət dəyişib - dülgər, rejissor, yazıçı kimi fəaliyyət göstərib. İndi özünü “fəhlə sinfinin müdafiəçisi” adlandıranda da o, qeyri-səmimilik etmir. Yəni, muzdlu işçinin problemləri ona doğmadır.

Məşhur “Vaşinqton marş”ında, habelə Vyetnam müharibəsi əleyhinə nümayişlərdə iştirak edib. Bruklin kollecində və Çikaqo universitetində psixologiyanı öyrənib. 40 yaşında Berlinqton şəhərinin meri seçilib. 1985-ci ildə - ABŞ-ın Nikaraquaya qarşı “Kontras” əməliyyatının qızğın çağında Manaquaya gedib və Daniel Orteqa ilə görüşüb - həmin vaxt o, sandinistlərlə görüşən ən yüksək mövqeli ABŞ siyasətçisi idi. Və daha bir maraqlı fakt: “Bal ayı”nı SSRİ-də, Yaroslavlda keçirib.

Əlbəttə, ABŞ kimi beyinlərin antikommunizm təbliğatı ilə onillərdir “yuyulduğu” bir ölkədə Sol əqidəni qoruyub saxlamaq, hətta prezidentlik mübarizəsinə uğurla qatılmaq qeyri-adi hadisədir. Ancaq bu fenomen uğurla bitərsə belə, çıxış və proqramındakı notları ilə Sistemin bazisinə qarşı çıxan Sandersin öz ölkəsində sosialist inqilabı edəcəyi ehtimalı sıfırdır. Sistem qalacaq, dəyişən isə Sanders və onun indiki ritorikası olacaq.

ABŞ-ın Sol cəbhəsi: Sanders kapitalizmə qarşı...

Onun hazırkı tələbləri isə Amerika üçün çox radikal səslənir. “Uoll-Striti işğal et!” hərəkatının da dəstəyini alan Sanders varlıların vergilərinin artırılmasını, təhsil haqlarının 2 dəfə azaldılmasını və bir sosialist kimi hamının təhsil hüququnun reallaşdırılmasını tələb edir. O, bank diktatına qarşıdır, iri bankları bölməyə, Federal Rezerv Sistemini isə xırda və orta biznesə dəstək verməyə çağırır. O, hamı üçün sosial ədalət, tibbi sığorta istəyir, xüsusi türmələrin ləğvinə çalışır. İrqi ayrı-seçkiliyə və polis zorakılığına qarşı illərdir mübarizə aparır.

Sanders dövlətin öz vətəndaşlarını total dinləməsinə qarşıdır. O, ABŞ-ın imperialist müharibələrini (İraq başda olmaqla) pisləyir, “İŞİD”ə qarşı mübarizədə ABŞ-ı səylərini Rusiya ilə birləşdirməyə çağırır. Hətta Krımı da Ukraynanın yox, Rusiyanın tərkib hissəsi sayır. Onun fikrincə, ABŞ hərbi büdcəsinin böyük hissəsini terrorla mübarizəyə yox, Rusiyaya qarşı “Soyuq müharibə”yə xərcləyir.

Maraqlıdır ki, ötən il o, prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayanda ciddi fiqur kimi qəbul olunmurdu. Xüsusən də, onu Hillari Klintona rəqib saymaq ağlagəlməz görünürdü. Hazırda isə vəziyyət kökündən dəyişib.

Bir sözlə, ötən dəfə ABŞ-da oyun irq və dinindən asılı olmayaraq bərabər imkanlar illüziyası ilə aparılmışdısa, bu dəfəki oyun siyasi ideologiyalara formal bərabər imkanlar kartı ilə davam etdirilir.

İstənilən halda, Sol düşərgədəki eyforiya aldadıcı və efemerdir. Fasadlar sistemi olan neoliberalizmdə vitrinlərin çoxluğu və rəng müxtəlifliyi məzmun üçün heç bir əhəmiyyət kəsb etmir...

Məmməd Süleymanov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sanders Trampa qarşı Klintonla birgə mübarizə aparmağı planlaşdırır

    Sanders Trampa qarşı Klintonla birgə mübarizə ...

    10-06-2016, 00:38

  • 
  • Cənubi Karolinada Hillari Klinton qalib oldu

    Cənubi Karolinada Hillari Klinton qalib oldu ...

    28-02-2016, 06:38

  • 
  • ABŞ sərhəd boyunca hasara alınacaq

    ABŞ sərhəd boyunca hasara alınacaq ...

    11-02-2016, 11:47

  • 
  • Tramptan Klintona “ÖN SEÇKİ” İTTİHAMI

    Tramptan Klintona “ÖN SEÇKİ” İTTİHAMI ...

    4-11-2017, 13:40

  • 
  • Hillary Clinton-a qalib gəldi

    Hillary Clinton-a qalib gəldi ...

    10-03-2016, 00:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu