GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yüksək vəzifəli Azərbaycan diplomatının Vyanada sensasion müsahibəsi...

Yüksək vəzifəli Azərbaycan diplomatının Vyanada sensasion müsahibəsi...

Tarix: 16-02-2016, 16:50 Bölmə :Ölkə Baxış: 0
Yüksək vəzifəli Azərbaycan diplomatının Vyanada sensasion müsahibəsi...

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu günlərdə Vyanaya səfər edib. Xəbər verildiyi kimi, yüksək vəzifəli diplomat ATƏT-in Daimi Şurasının toplantısında iştirak edib və daha sonra Avstriya-Azərbaycan münasibətlərinə dair rəsmi görüşlər keçirib.

Virtualaz.org xəbər verir ki, Əzimov Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibə verib. Bakının Suriya böhranında kimin tərəfində olmasından tutmuş manatın ucuzlaşmasına və Amal Kluninin jurnalist Xədicə İsmayılı müdafiə etməsinə qədər bir çox mövzularda suallara cavab verib. Qəzetin əməkdaşı Jutta Sommerbauer-in götürdüyü həmin müsahibənin xülasəsini təqdim edirik:

- Azərbaycan Suriya müharibəsində kimin tərəfindədir?

- Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq. İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş verənlərdən narahatıq. Biz islam dünyasında şiələrlə sünnülər arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı döyüşür.

Hesab edirəm ki, Rusiyanın və digərlərinin hava zərbələri o qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa gələrdi.

Atı arabadan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik.

- Bu məsələdə siz Türkiyə ilə razı deyilsiniz...

- Biz Türkiyənin narahatlıqlarını başa düşürük. İraq Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir. Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir. Əgər sabah Əsəd getsə biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq. Qurudan hücum əməliyyatlarının deyil, çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə xaos daha da böyüyəcək.

- Azərbaycana Suriyadan qaçqınlar gəlir?

- Biz qaçqınların marşrutu üzərində yerləşmirik. Bundan əlavə, qaçqınlar Avropada komfort həyat yaşamaq istəyirlər. Bizim özümüzün də qaçqın və məcburi köçkünlərimiz var. Bunu yaddan çıxarmayın.

- Neftin ucuzlaşmasına görə manat dollara nisbətdə dəyərdən düşdü, 2016-cı ilin büdcəsinə yenidən baxılacaq. Azərbaycan üçün “Qızıl İllər” arxada qaldımı?

- Xeyr. Bu böhran iqtisadi deyil, siyasidir. Onlar qiyməti aşağı salmaq üçün neft hasilatını artırırlar.

- Bəs belə vəziyyətdə siz necə yaşayacaqsınız?

- Azərbaycanda vəziyyət stabildir. Ötən il bir az gərginlik oldu. Lakin prezident İlham Əliyev son vaxtlar hökumətə bildirdi ki, nefti yaddan çıxarın! Qeyri-neft sektorunu inkişaf etdirin! Onsuz da ÜDM-in dörddə üçü neftdən kənar sahələrdə idi.

Hökumət addımlar atır. Sənaye və ixracyönümlü məhsulların istehsalı, regionlarda sənaye zonalarının yaradılması, Bakıya yükün azaldılması üçün regionlarda böyük sayda iş yerlərinin açılması istiqamətində işlər gedir. İlham Əliyev yerli hakimiyyətlərə xəbərdarlıq etdi ki, büdcəyə arxayın olmasınlar, onlar özləri vəsait cəlb etməlidir. Hətta vergilər aşağı salınıb və şirkətlərin qeydiyyatı sadələşdirilib. Qiymətlər kəskin artmayacaq. İndi Vyanda Bakıdan bahaçılıqdır. Və Bakıda Vyanadan daha yaxşı alış-veriş etmək olar.

- Ancaq bəzi rayonlarda məhz qiymətlərin artmasına görə etirazlar baş verdi...

- Bu tip informasiyalar düzgün olmayan mənzərə yaradır. Siz özünüz ölkəyə gəlib stabilliyin şahidi ola bilərsiniz. Ola bilsin, kreditlərini qaytara bilməyən bir neçə işçinin və ya əməkhaqqını vaxtında ödəyə bilməyən şirkətlərin problemləri var. Lakin nümayişlər yoxdur.

- Bəs siyasi islahatlar açıq siyasi sistemə keçid olacaq?

- Vətəndaşlara elektron xidmətlər sahəsində nümunəvi islahatlar aparılır. Biz yeni şəxsiyyət vəsiqəsini cəmi bir neçə dəqiqəyə ala bilirik. Əvvəllər buna günlərlə vaxt tələb olunurdu. İndi bunu vəzifəli şəxslər bizim gözümüzün önündə hazırlayıb verirlər. Mən öz vəsiqəmi cəmi 7 dəqiqəyə aldım. Bir çox digər xidmətlər də “ASAN Xidmətə” verilib. Bunlar siyasi islahatlar deyil? Əlbəttə, elədir.

- Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini necə qurur?

- Aİ ilə Assosiasiya sazişi anlayışı bizim üçün deyil, çünki bu Ukrayna və Gürcüstan kimi ölkələrin istədiyi üzvlük istiqamətində addımdır. Biz bunu istəmirik. Müxtəlif ölkələrə eyni şeyi təklif etmək olmaz. Mən Aİ-nin indiki əsasda sonsuz genişlənməsinə inanmıram. Ona görə də, “Hamı üçün bir model” devizi işləmir.

Bizim konkret situasiyada öz üstünlüklərimiz var. Nə kimdənsə asılı deyilik, nə kiməsə ehtiyacımız var. Aİ də bizdə hər şeyi maliyyələşdirmir. Əgər siz axırda duş qəbul etməyəcəksinizsə, saunaya niyə gedirsiniz? Biz Aİ ilə partnyorluq istəyirik. Bizim xarici işlər naziri Elmar Məmmədyarov Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd təqdim edib. Söhbət institusional partnyorluqdan gedir. İndi top Brüsseldədir. Fevralın sonunda Federika Mogerini Bakıya gələcək.

- Ötənilki parlament seçkiləri ərəfəsində ATƏT DTİHB Bakıya müşahidə missiyası göndərmədi, çünki Bakı 350 müşahidəçidən ancaq 125-nə icazə verirdi.

- Bakı DTİHB direktoru Mixael Linkə 125 müşahidəçi göndərməyi təklif etmişdi.

- Çox aşağı rəqəmdir.

- Biz suveren dövlətik. Təklifimizi verdik, dəvət etdik, onlar isə imtina etdilər. Ancaq bizimlə danışıq apara, haradasa orta rəqəm razılaşdıra bilərdilər.

- Niyə 350 yox, bəyəm bu həddən artıq çoxdur?

- 125 bizim deputatların sayıdır. Bizim təklifmizdə məntiq var idi. İstəyirdik ki, standartlar və kriterilər olsun. Ancaq süni şəkildə böhran yaradıb guya bizim müşahidəçilərə əngəl yaratdığımızı nümayiş etdirmək istədilər. DTİHB ATƏT-in institutudur. Biz üzvlük haqqı ödəyirik. DTİHB heç bir izah vermədən bizim dəvətimizi necə rədd edə bilər?

- Bu, gələcək üçün nə deməkdir?

- Heç nə. Onlar bəzi adamlar tərəfindən Twitter-informasiyalarla yaxşı hazırlanmışdılar.

- Mən informasiya agentliklərindən oxumuşam.

- Əgər sizin sualınıza geri qayıtsaq, Azərbaycan DTİHB-lə əməkdaşlığı dayandıracaqmı? Yox. Biz DTİHB-lə əməkdaşlıq etmirik, biz ATƏT-in bir hissəsiyik, üzvlük haqqı veririk. Haqqımız var tələb edək ki, bütün prinsiplərə əməl olunurmu və ATƏT bizim maraqlarımıza uyğun fəaliyyət göstərirmi. Biz onu başqa ölkələrlə birlikdə formalaşdırmışıq, onların yox deməyə ixtiyarı yox idi, dəvəti qəbul etməli idilər. Gözləyirik ki, onlar bunu dərk edəcəklər və səhvlərini görəcəklər.

- Onlardan üzrxahlıq tələb olunur?

- Bəli, Mixael Link və DTİHB rəsmi üzr istəməlidir, çünki onlar Azərbaycanın imicinə zərbə vurublar. Biz dözmək fikrində deyilik.

- Amal Kluniyə görə narahatsınız?

- İndi də Amal Kluni? Mən Corc Klunini yaxşı aktyor və rejissor hesab edirəm. Amal Kluni isə, deyəsən, onun xanımıdır, hüquqşünasdır. O, Livan əsillidir, eşitmişəm ermənidir. O, kimi təmsil edir?

- O, Xədicə İsmayılı müdafiə edir, Strasburqda, insan haqları məhkəməsində...

- Amal Kluninin doğrudan da işi-gücü yoxmuş...

- Ancaq sizin ölkəniz gələcəkdə məhkəmədə bu işlə qarşılaşacaq.

- Amal Kluni yaxşı hüquqşünas deyil. O, ancaq buna görə məşhurdur ki, Corc Kluninin arvadıdır. Öz istedadını üzə çıxarmaq üçün daha yaxşı məşğuliyyət tapa bilərdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Araz Əzimov ABŞ Dövlət Departamentinin hesabatı barədə

    Araz Əzimov ABŞ Dövlət Departamentinin hesabatı ...

    3-03-2014, 16:21

  • 
  • Araz Əzimov niyə görünmür? - Adı nazir postuna əsas namizəd kimi hallanırdı...

    Araz Əzimov niyə görünmür? - Adı nazir postuna ...

    15-07-2019, 12:02

  • 
  • Yüksək vəzifəli diplomatın qızı İŞİD-ə qoşuldu

    Yüksək vəzifəli diplomatın qızı İŞİD-ə qoşuldu ...

    1-07-2015, 18:48

  • 
  • Paşinyanla görüşdən sonra İlham Əliyev şərhdən imtina etdi - YENİLƏNİB

    Paşinyanla görüşdən sonra İlham Əliyev şərhdən ...

    29-03-2019, 21:14

  • 
  • "Bəli, biz tərəfik! Qardaşlığın, haqqın, hüququn tərəfiyik" - Türkiyə Müdafiə Nazirindən İrəvana SƏRT CAVAB

    "Bəli, biz tərəfik! Qardaşlığın, haqqın, ...

    27-08-2020, 14:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu