GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədova qarşı qiyam

Ziya Məmmədova qarşı qiyam

Tarix: 25-03-2013, 10:43 Bölmə :Ölkə Baxış: 1 149
Ziya Məmmədova qarşı qiyam

Dəmiryolçular naziri fakt qarşısında qoydu

“Cənab nazir, söz verdiyiniz, maaş və mənzil vədlər ilə bağlı
biz hələ də ümidli olaq, ya da biz həmişəki kimi aldanmış qalacağıq?”


Azərbaycan dəmir yolu Biləcəri lokomotiv deposunun çilingəri.Ə.Əliosmanov bir qrup dəmiryolçu adından redaksiyamıza məktub göndərib. Müəllif bildirir ki, bugünkü Azərbaycanın reallıqlarını tam dərk edərək və dövlət başçısına həqiqəti çatdıran dəmiryolçulara qarşı mənəvi və maddi pressinqin səviyyəsini yadına salaraq, bu müraciətin müəllifi öz həmdərdlərini və onların ailələrini yeni və tamamilə real təhlükələrə salmaq istəmədi. Müraciətə imza atmaq istəyənlərin sayı çox olsa da, altında ancaq bir adamın qolu var.
Nəqliyyat naziri Ziya Məmmədova ünvanlanan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: “ Yarım il əvvəl bir qrup dəmiryolçu internet vasitəsi ilə (www.contact.az, 30.08.12. və 05.10.12. tarixli “Прошу слова” və “Deməyə sözüm var” rubrikalarının arxivi) bərbad vəziyyətə düşmüş Azərbaycan dəmir yolunun bərpası üçün kömək xahişi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə iki dəfə açıq məktubla müraciət etmişdir. Müraciətlərimizin heç birinə cavab gəlmədi, prezident bizi eşitmədi. Heç bir nəticə də olmadı: dəmir yolunun və dəmiryolçuların durumunda heç olmasa hansısa yaxşı dəyişikliklərə biz nail ola bilməmişik. Doğrusu, tam əksinə oldu – vəziyyət keçən ilkindən də ağırlaşdı. Yeganə nail olduğumuz o olub ki, Azərbaycan dəmir yolunun rəhbərliyi tam heyyətlə bizə qarşı səfərbərlik elan edib. Yəqin ki, yolun hazırki durumu onları nədənsə qane edir. Nailiyyətimiz o da olub ki, yol rəisi, cənab Əsgərov, əvvəlki müzəffər raportlardan fərqli olaraq, Azərbaycanda dəmiryol nəqliyatının acınacaqlı vəziyyətini etiraf etdi və jurnalistlərin qarşısında 2012-ci ilin oktyabr ayının 13-də Azərbaycan dəmiryolçularının gününə həsr olunmuş təntənəli tədbirdə iştirak edən dəmiryolçulara növbəti dəfə vəd verib ki, : “Azərbaycanda dəmiryolçuların əmək haqqısı imkan daxilində mərhələ-mərhələ artırılacaq”. Deyirlər ki, siz də bu tədbirdə iştirak etmisiz və bundan sonra da gücünüz və imkanınız daxilində dəmir yoluna və dəmiryolçulara daha da çox kömək edəcəyinizə söz verib, 2012-ci ilin sonuna kimi maaşların artması və mənzil qeydiyyatında olan dəmiryolçular üçün 150 mənzilin ayırılacağı xəbərləri ilə hamını sevindirdiniz.
2012-ci il arxada qaldı, 2013-ci ilin birinci rübü yekunlaşmaq üzrədir. Acı təcrübəmizə əsaslanaraq və hec də bu sualla xətrinizə dəymək istəməyərək, soruşmaq istərdik: cənab nazir, söz verdiyiniz, maaş və mənzil vədlər ilə bağlı biz hələ də ümidli olaq, ya da biz həmişəki kimi aldanmış qalacağıq? Hər ilki inflyasiyaya və qiymət artımına, dəmir yol və nəqliyyat nazirliyi rəhbərliyinin hər ilki vədlərinə baxmayaraq, on ildən artıqdır ki, dəmiryolçuların əmək haqqısi artmır. Həmin acı təcrübəmiz bizə xatırladır ki, 2010-ci ilin əvvəlində siz dəmiryolçulara mənzil orderlərini təqdim edilməsinə dair tədbirdə təntənəli şəkildə söz vermisiz – bundan sonra mənzillər hər rüb paylanacaq. O vaxtı bu sözləriniz dəmiryolçuların qəlbinə böyük bir ümid salmışdır: on illərlə həll olunmayan və ağırlığı ilə boğan onların mənzil problemləri nəhayət ki, həll olunacaq, - sonradan acı ümüdsizliklə nəticələndi. Bundan sonra da hər ildə bir neçə dəfə mənzil vədləri verilsə də, o vaxtdan bir dənə də olsun mənzil verilməyib.
Bir halda ki, söhbət dəmiryolçuların mənzil problemlərindən düşdu, cənab nazir, diqqətinizi Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə həvalə olunmuş, - verilən mənzillərə ehtiyacı olanların ədalətli qeydiyyatı və verilmə növbəliliyi məsələlərinə yönəltmək istərdik. Çox təəssüf ki, dəmir yol müəssisələrinin həmkarlar komitələri və onların, dəmir yol idarəsində rahatlıqla əyləşən, mərkəzi rəhbərliyi bu məsələlərə çox özünəməxsus şəkildə yanaşırlar: tam məxfilik və qeyri müəyyənlik şəraitdə bacardıqları qədər aşkarlığın və şəffaflığın qarşısını almaq. Özü də, hər həmkarlar komitəsinin öz meyyarı: öz normativ aktları, öz qanunları, öz dəlil-sübutları vardır, - yaşayış sahələrinə ehtiyac olanların qeydiyyatı üçün, Qanunvericiliklə nəzərdə tutulmuş, vahid normativ-hüquqi bazası yoxdur. Razılaşın ki, belə şəraitdə, özü də yaşayış sahələrinin paylaşdırılmasına nəzarət edən insanların elementar hüquqşünaslıq bilgilərə malik olmadığı halda, Qanunlara hörmət gözləmək də artıq olmur.
Azərbaycan dəmir yolunda təkzibedilməz korrupsiya faktları ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanmış cavabsız və nəticəsiz müraclətlərimizə qayıdaraq, həmin müraciətlərdə verilən sualların cavabını sizdən almaqa ümid edirik: nə vaxt Azərbaycan dəmir yolunda real, - istehsalat və sosial müsbət dəyişikliklər, nəhayət ki, başlayacaq? Dəmir yolu saytının (www.addy.gov.az) baş səhifəsində təsvir olunmuş və bu müraciətin əvvəlində yerləşdirilmiş, qürur və nüfuz hissləri oyadan, - belə Azərbaycan Dəmir Yolunu bizim nəticələrimiz reallıqda görə biləcəklərmi? Nəzərə alsaq ki, dövlət başçısına kütləvi informasiya vasitələri ilə göndərilmiş bizim iki açıq müraciətlərimizdən sonra da, dəmir yolunun idarəetmə texnoloqiya və üsullarında heç bir dəyişiklik olmayıb, onda Azərbaycanın dövlətçiliyinə dağıdıcı zərbə vuran və ölkəni, böyük fəlakətlərlə nəticələnən, xaosa sürükləyən – dəhşətli bir həqiqətlər birmənalı şəkildə üzə çıxır:
-Dövlət başçısı öz nazirlərinə nəzarət və işlərinə təsir göstərmək səlahiyyətlərinə malik deyildir
-Çoxsaylı Dövlət Proqlamlarına və inkişafı üçün böyük maliyə vəsaitlərinin ayırılmasına baxmayaraq, ölkənin iqtisadi və ictimai həyatında mühüm strateji funksiyasını yerinə yetirən, Azərbaycan dəmir yolu, - korrupsiyanın belə səviyyəsi və idarəetmənin belə üsulları ilə indiki vəziyyətdən heç vaxt çıxa bilməyəcək və bu vəziyyət daha da pisləşəcək.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədova 2 həftə vaxt verilib

    Ziya Məmmədova 2 həftə vaxt verilib ...

    15-01-2014, 13:45

  • 
  • Telekanallar Ziya Məmmədova qarşı

    Telekanallar Ziya Məmmədova qarşı ...

    7-11-2013, 12:00

  • 
  • Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü

    Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü ...

    13-05-2014, 10:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu