Zərdab rayonunda kəndə hücum edən canavarlar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub.
Hadisə gecə saatlarında rayonun Bıçaqçı kəndində baş verib. Canavarlar kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Kamal oğlu Musayevin fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb, 7 qoyunu isə aparıb.
Həmin gecə digər kənd sakini, 1963-cü il təvəllüdlü Kazım Məhəmməd oğlu İbrahimova məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb.
Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?