Bakı şəhəri, Pirşağı qəsəbəsində olümə səbəb olan yanğın hadisəsi baş verib. gundemxeber.az Report-a istinadən bildirir ki, Ə.Xəlil küçəsi, Bağlar massivindəki evdə elektrik qızdırıcısının yaxınlığında qurudulmaq üçün sərilmiş paltar alışaraq yanıb. Hadisə nəticəsində evdə tək yaşayan 79 yaşlı Eldar Həsrətov ağır dərəcəli yanıq xəsarətləri alıb.
O, 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?