Heç bur hüquqi əsas olmadan Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin sədrinin ölkədən çıxışına qadağa qoyulub
Məlum olduğu kimi uzun müddətdir ki Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin sədri Azad Mursaliyevin ölkədən çıxışına qadağa qoyulub. A.Mursaliyev hüquqlarını məhkəmə qaydasında müdafiə etmək üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı qəbul etdiyi inzibati aktın ləğv olunması, həmin inzibati aktın nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə 10 000 manat pulun Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ödənilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Lakin Baki 1 saylı İnzibati-İqtisadi Məhkəməsi mənim iddiama mahiyyəti üzrə baxmadan iddianın mumkun sayılmaması haqqında 2-(81)-287/2013 saylı, 06.03.2013-cu il tarixli qərardad qəbul etdi. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin nümyəndəsi tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə olunan Azərbaycan respublikası Baş prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin kriminalistika şöbəsinin kriminalistika texnikası xidmətinin rəhbəri ədliyyə müşaviri Dəyanət Qanbayevin ağır cinayətlərinə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar əhmədova ünvanladığı 04.10.2012-ci il tarixli “Arayışdan çıxarışdan” dan görnür ki, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun göstərişinə əsasən 105157 saylı cinayət işi uzrə Mursaliyev Azad Oqtay oğlu “Giriş –çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “ sərhədkeçməyə məhdudiyyət “ altsisteminə 04.10.2012-ci il tarixdə saat 10.12-dən 13.55-dək “ saxla “ statusu ilə fəallaşdırılaraq daxil edilmişdir. “Inibati icraat haqq;nda “ Azərbaycan respublikasının qanunun 3.2.1-ci maddəsinə əsaslanaraq Məhkəmə qeyd etmişdir ki, Mursaliyev Azad Oqtay oğlunun “ Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “ Sərhədkeçməyə məhdudiyyət “ altsisteminə 04.10.2012-ci il tarixdə saat 10.12-dən 13.55-dək “Saxla “ statusu ilə fəallaşdırılaraq daxil edilməsi barədə ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin göstərişi inzibati akt hesab oluna bilməz, belə ki, həmin göstəriş arayışdan da göründüyü kimi, 105157 saylı cinayət işi üzrə inayət-prosessual fəaliyyətin həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə bu mövqeyini əsaslandırarkən nəzərə almamışdır ki, istinad etdiyi Qanun hər şeydən əvvəl məhkəmə icraatının prosedur qaydalarını deyil, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin qanunun 3.1-ci maddəsinə əsasən, Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmənin gəldiyi qənaətdən belə çıxır ki, A.Mursaliyevin ölkədən getmək hüququmun məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun aktı cinayət prosessual fəaliyyətlə əlaqədar olduğundan mənim iddiam ümumi məhkəmələrin məhkəmə nəzarəti qaydasında baxışının predimetidir.Lakin cinayət prosesini həyata keçirən orqanların cinayət-prosessual fəaliyyətini tənzimləyən Azərbaycan respublikasının Cinayət Prrosessual Məcəlləsinin müvafiq maddələrinin təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan respublikasının Baş Prokurorluğunun A.Mursaliyevin ölkədən getmək hüququmun məhdudlaşdırılmasına yönəkən aktı konkret olaraq cinayət-prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına dair şikayətlərə Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılır. Həmin məcəllənin 7.0.37-ci maddəsinə əsasən, prosessual hərəkətlər-cinayət prosesi iştirakçılarının bu Məcəllədə nəzərdə tutulmuş və onun müddəlarına uyğun həyata keçirdikləri hərəkətlərdir. Bundan başqa, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Mursaliyev Azad Oqtay oğlu “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “ Sərhədkeçməyə məhdudiyyət “ altsisteminə 04.10.2012-ci il tarixdə yalnız saat 10.12-dən13.55-dək “Saxla “ statusu ilə fəallaşdırılaraq daxil edilmişdir. Odur ki, iddiaçının hal-hazırda da ölkədən getmək huququnun məhdudlaşdırılması ilə bağlı hansı inzibati aktın ləğv edilməsi olması iddia ərizəsində əsaslandırılmamışdır. Maraqlıdır ki. bir tərəfdən prokurorluğun hərəkətini inzibati akt hesab etməyən məhkəmə digər tərəfdən ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı ləğv olunmalı inzibati aktın iddia ərizəsində əsaslandırılmamasını iddianın mümkünsüzlüyünün əsası kimi göstərməklə və bununla da əvvəlki mövqeyini təkzib etməklə, bir-birinə zidd olan və biri digərini istisna edən arqumentləri qərardadının əsaslarına daxil etmişdir. Bununla belə işin faktiki halları (mənim hava limanında sərhəd xidmətinin əməkdaşları trəfindən saxlanılmağım) və cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlər Azərbaycan respublikası Baş prokurorluğunun inzibati aktı əsasında mənim ölkədən getmək hüququmun məhdudlaşdırılmasının mövcudluğunu kifayət qədər təsddiq edir və əsaslandırır. Məhdudlaşdırmanın 04.10.2012-ci il tarixdə yalnız saat 10.12-dən 13.55-dək quvvədə olduğunu, bununla da artıq inzibati aktın mövcud olmadığını nəzərə çatdıran məhkəmə, iddia tələbindən kənara çıxmağa haqlı olmasa da, məhkəmənin iddia ərizəsinin ifadə tərzinin ilə bağlı olmadığını müəyyən edən Azərbaycan respublikasının İnzibati prosrssual Məcəlləsinin 52-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin məcəllənin 36-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia avsitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını mıhkəmədən tələb edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-287/2013 saylı, 06.03.2013-u il tarixli qəratdadının ləğv edilməsi və icraatın davam etdirilməsi üçün işin müvafiq məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilməsi üçün tərəimdən 19.03.2013-u il tarixdə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?