Şəkidə yol hərəkəti qaydalarına məhəl qoymayan sürücülərə qarşı reyd keçirilib. Reyd zamanı avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
gundemxeber.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə birgə keçirdiyi reyd zamanı avtomobillərin sürətlə idarə edilməsi, qaza şəraiti və digər sürücü və piyadaların həyatına təhlükə yaradan faktlar aşkar edilib. Bu kimi hərəkətlərə yol verən avtoxuliqanlar saxlanılıb. Şəki sakinləri Bəxtiyar Səfərli, Tərlan Quliyev, Möylan Mövlamov, Sabir Həmidli və Toğrul Məmmədli saxlanılaraq polis şöbəsinə gətiriliblər. Məlum olub ki, onlar şəhərin Səməd Ziya küçəsində bir yerə toplaşaraq abtomobillərlə təhlükəli manevrlər edib, hətta bunu kameraya çəkməyi də yaddan çıxarmayıblar. Onlar asayiş keşikçilərinin gəldiyini gördükdə görüntüləri pozub, qaçmağa çalışıblar. Onlardan bir nəfər aradan çıxıb və hazırda həmin şəxsin axtarışları davam etdirilir. Polisdən verilən məlumata görə, saxlanılıan şəxslər çəkdikləri kadrları sosial şəbəkələrdə paylaşmaq niyyətində olublar.
Onlar dindirilmə zamanı törətdikləri əməldən peşman olduqlarını bildiriblər. Hazırda bu şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Belə reydlərin davamlı surətdə keçiriləcəyi nəzərdə tutulur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?