Sabiq deputat təcridxanada mütəmadi mətbuatla tanış olur
Vəkil Eldar Qədimi Bakı İstintaq Təcridxanasında sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Eldar Qədimi bildirib ki, Gülər Əhmədova “dünən qan təzyiqindən əziyyət çəkirdi, təzyiqi aşağı düşmüşdü. Hazırda təcridxananın tibb müəssisəsində müalicəsi davam edir”. İstintaqın gedişi ilə bağlı vəkil bildirib ki, “istintaqın işində hələ heç bir yenilik yoxdur. İstintaq hərəkətləri keçirilsə də bizə heç bir məlumat verilmir. Çünki tamamlanmayıb. Onlar hansısa nəticəyə gələndə məni dəvət edəcəklər”. Eldar Qədimi deyir ki, Gülər Əhmədova təcridxanada mütəmadi mətbuatla tanış olur: “Bir neçə qəzetə abunə olmuşuq, vaxtı-vaxtında alır. “Azadlıq” və “Yeni Müsavat” da daxil olmaqla üç qəzet alır. Darıxır, çıxmaq istəyir. Deyir günahım yoxdur. Gözləyir istintaq qurtarsın, həqiqət üzə çıxsın. O da azad olunsun”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?