Səbəb kimi isə hakimin cinayət materialları ilə tanış olmaması göstərilib
AXCP Gənclər Komitəsinin fəalı Daşqın Məlikovun məhkəməsi təxirə salındı. Sumqayıt şəhərini təmsil edən fəalın işinə Sumqayıt apellasiya məhkəməsində baxılmalı idi. Vəkili Əsabəli Mustafayevin redaksiyamıza bildirdiyi məluata görə məhkəmə 5 aprel saat 15:00-a təxirə salınıb. Səbəb kimi isə hakimin cinayət materialları ilə tanış olmaması göstərilib. Xatırladaq ki, mart ayının 26-da Sumqayıt polisləri tərəfindən saxlanılan Daşqın Məlikovun cibindən 1.49 qram narkotik maddə tapılıb və məhkəmənin qərarı ilə iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur. Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?