"Rusiya iddiaları ortaya atana kimi özünün verdiyi silahların hesabını versin".
gundemxeber.az anspress-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyada atəşkəsin pozulması barədə iddialarına cavab olaraq deyib.
Onun sözlərinə görə, Rusiyanın iddiaları doğru deyil. "Rusiyanın göndərdiyi silahlar yaxın məsafəli də deyil. Böyük, ağır və ən modern silahlar Suriyaya yerləşdirilib. Bilirsiniz ki, Lazkiyenin şimalında hava limanı qurublar. Orada 50 rus təyyarəsi yerləşdirilib". Ərdoğan bu təyyarələrdən 4-nün son dərəcə müasir olduğunu deyib.
"Bunları nə ilə izah edirlər? Bəşər Əsədin dəvəti ilə? Hər dəvətdə iştirak məcbur deyil. Əgər qəbul etdinizsə, demək, siz də bənzər düşüncələrlə hərəkət edirsiniz. Demək ki, orada insanların öldürülməsi sizin işinizə yarayır! İndi Suriyada öldürülənlərin sayı 500 mini keçib".
Türkiyə prezidenti Suriyada atəşkəs deyilən bir şey olmadığını deyib. Ölkənin 1/3-də atəşkəs havası olsa da, ölümlər artaraq davam edir.
Ərdoğan Suriya problemi ilə əlaqədar artan miqrant məsələsinə də toxunub. O deyib ki, Avropanın bu mövzudakı səmimiyyətinə inanmır. "Türkiyəyə 3 milyard avro veriləcək dedilər. Hələ də ortada pul yoxdur. Bizim xərclərimiz 10 milyardı keçib. Bu hələ rəsmi rəqəmlərdir. Bu işin bir də psixoloji, sosioloji tərəfi var. Biz hələ də Brüsseldə verilən yardım sözünü gözləyirik".
Sorğu
Yeni dizaynımız necədir?