Sumqayıt səhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, yuxarıdan-aşagı- şəhərin abadlıgı üçün ayrılan 8 milyon manatı, böranlı günlərimizə baxmayaraq, binaların dam örtüyünə (KRIŞA) xərcləyir.
Olsun..Ancaq elə binalar var ki,sakinlər tərəfindənbinaların dam örtüyü qurulub. Maraqlı odur ki,qurulanı söküb ənənəvi olaraq, yenidən qururlar.Və yaxud,mənim də yaşadıgım (17-ci mkr, ev 36-nın) qəzalı binanın dam örtüyü olmasına baxmayaraq, sökülüb yenidən qurulur.Bunun bir adı var,TALAN..! Yaşadıgım binanın qəzalı olması haqqında FHN-nin yazılı rəyi olmasına baxmayaraq,binanın üstündə şıdırgı iş aparılır.Dəfələrlə Sumqayıt İH-nın başçısı Z.Fərəcava etdiyim müraciət, qulaqardına vurulur. Qəzalı binada kütləvi insan təlafatı olarsa,onları heç bir cəza gözləmədiyinə əmindirlər.
İş üçün Sumqayıt şəhər İH başçısı Z.Fərcova müraciət edənləri başçının I müavini Faiq Kərimov qəbul edir. Faiq Kərimovun iş üçün müraciət edənlərə özünəməxsus şərtləri var. Məsələn, hər briqada İH başçısının gələcək layihələrində çalışmaq üçün, bir binanın dam örtüyünü vurulmasını pulsuz həyata keçirməlidir. Məcburiyyətdən bu şərtləri qəbul edənlər az deyil.
Kimlərinsə, məsuliyyətsizliyi ucbatından Binəqədi rayonunda, binanın yanması nəticəsində 16 nəfər həlak oldu.Günahkarları məsuliyyətdən yayındıraraq MİS (JEK) rəisini həbs etdilər. Ancaq burada mənzərə tamam fərqlidir. Əllərdə binanın qəzalı olması haqqında FHN-nın rəyi, bina sakinlərinin imzası olan müraciətlər... Baş verəcək kütləvi insan təlafatı zamanı, adı çəkilənlərin hulqumundan yapışmaga hüquqi əsaslar var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?