Sumqayıt şəhərinin abadlığı üçün ayrılan 9 milyondan sonra, bu şəhərdə vur-çatlasındır. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov 9 milyonu xırıd etmək üçün qolunu çırmayıb, şəhərdəki binaların dam örtüyünün qurulmasına girişib.
Mikrorayonlarda bir neçə binanın dam örtüyü qurulsa da, usta və fəhlələr maaşlararını ala bilmədiklərindən işlərini yarımçıq saxlamaq məcburiyətində qalıblar. İH başçısı Zakir Fərəcovun özünə məxsus inşaat biriqadası da başçıdan üz döndərib.
Fəhlələr bildirir ki,sövdələşməyə əsasən, hər briqada bir binanın dam örtüyünü pulsuz həyata keçirirdi.Bundan sonra inşaat dəstəsinin görəcəyi işlər (qul əməyinə bərabər) hər kv.m 2 manatdan hesablanırdı.
Redaksiamızla əlaqə saxlan fəhlələr bildirir ki, onlara bayramqabağı maaş söz verilsə də hələ zəhmət haqlarını ala bilməyiblər.İH tərəfindən aldadılan fəhlələr 1 aydır ki,işlədikləri binaların həyətlərində pul alacaqları günü gözləyirlər. Onların bu il bayram süfrəsi açmaq arzuları, gözlərində qalıb. Fəhlələr gileylənir ki, onlar “qul bazarına” çıxanda heç olmasa evlərinə 5-6 manat apara bilirdilər. Sumqayıt şəhər İcra hakimiyyəti bu zavallıları aldatdığından, indi “əli aşı”dan da olublar.
Sumqayıt şəhərinin 17-ci mikrorayonunda gəzəkən müşahidələrimiz zamanı, 8 binanın dam örtüyünün qurulmasını gördük. “bəd xərclik” edən, Sumqayıt şəhər İH başçısı nədənsə,inşaatçıların maaşlarının verilməsində simiclik edir.
Çoxşaxəli aparılan “yenidənqurma”işlərinə yolların bordyur daşlarının dəyişdirilməsi də daxil edilib.Z.Fərəcovun sələfi, Eldar Əzizovun düzdürdüyü bordyur daşları sökülərək yeniləri ilə əvəz olunur.”Bordyurlama”sahəsində də vəziyyət ürəkaçan deyil.Yollarda çalışan fəhlələr də işlərini yarımçıq qoymaq məcburiyyətində qalıblar.
İH başçısı Z.Fərəcovun sifarişilə, ikitərəfli yolların arasında yaşıllq üçün (qazon) Quba və Ağsudan çımlər kəsilərək Sumqayıta gətirilib. Yük avtomobillərinin sürücüləri də yol haqqını almadıqlarını bildirirlər.Hamı gileylənir ki,Sumqayıt şəhərinin abadlığı üçün, sonuncu dəfə prezident fondundan 9 milyon manat ayrılıb.İctimai nəzarət yoxdur deyə, milyonlar sağa-sola xərclənir.
Çəkiliş apararkən əməkdaşımıza şikayətlənən bina sakinləri, əvvəllər özləri dam örtüyünü düzəltdiklərini bildirdilər: “Zakir Fərəcovun “yenidən qurması” zamanı bizim düzəltdiyimiz dam örtüyü söküldü. Heç buna ehtiyac da yox idi. Indi gördüyünüz kimi binanın üzərinə taxta çatmalar vurulub, ancaq fəhlələr maaşlarını almadıqlarına görə etiraz edib işləmirlər. Neçə gündür yağan yağışlar evimizin təmirini, ev əşyalarımızı yararsız hala saldı. Meydan TV-nın əməkdaşları mənzillərimizin bərbad günə düşməsini çəkiblər. Sakinlər Z.Fərəcov özündən əvvəlki başçı, Eldar Əzizovun atasına rəhmət oxutdurur”, deməyi də unutmadılar.
Yazı çapa gedərkən, fəhlələrin “Gündəm xəbər”ə verdiyi məlumata görə Z. Fərəcovun başı Qurd Dərəsində (Novxanı bağları) tikdirdiyi villasına qarışıb. Z. Fərəcov da imkanlı məmurlardan sayılır. Onun tək Sumqayıtda “Kalyon” restoranı, “Şahanə Şadlıq Sarayı ”, “Səda Ticarət Mərkəzi” Abşeronda restoranları, onlarla super marketləri fəaliyyət göstərir. “Qəhramanımız” Sumqayıtın rəsmi, Abşeronun qeyri-rəsmi icra başçısıdır. Ölkə preziedenti İlham Əliyevin Abşeron rayonunda açılış (lent kəsmə) mərasimlərində Z. Fərəcovun da iştrak etməsi bunu deməyə əsas verir. “Gündəm xəbər”olaraq şikayətçilərin problemini və Sumqayıt “yenidənqurma”sını diqqətdə saxlayacayıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?