Zakir Fərəcov Eldar Əzizovun atasına rəhmət oxutdurur
Sumqayıtda infrastuktur "yenilik"ləri davam edir.Keçmiş İH başçısı,Eldar Əzizovun zamanında görülən abadlıq işləri, hazırkı İH başçı,Zakir Fərəcovun göstərişinə əsasən, sökülərək yenidən qurulur.Bardyur daşlarının dili olsaydı,fəryad edib deyərdi ki,məndən nə istəyirsiniz? Durmuşam yerimdə,sizə pul lazımdır deyə, məni niyə narahat edirsiniz...? Xarabazara çevrilmiş Sumqayıtda görüləsi o qədər işlər var ki...Göyə sovrulan milyonlarlı,böyrünü yerə qoymuş zavodları işə salıb,yüzlərlə işsizi, işlə təmin etmək olardı.
Afrika ölkələrindən dəyəri milyonlarla ölçülən dekorativ ağac və güllər gətirərək parkları,küçələri bəzəyirlər.Ölkə təzadlı günlərini yaşayır. Bir yandan deyirlər,böhrandan çıxmaq üçün qəpiyimizin də qədrini bilməliyik.Digər tərəfdən,köhnə vərdişləri-talandan əl çəkmirlər.Məsələn,Sumqayıtlılar10 illərlə yaşadığı binanın, dam örtüyünü öz hesablarına düzəltmişdilər.Heç dam örtüyündən şikayətlənən də yox idi.Şəhərin abadlığına ayrılan milyanları "xərcləmək"üçün bina sakinlərinin düzəltdikləri dam örtüyü söküldü.
Nəticədə yaz yağışları, yuxarı mərtəbələrdəki mənzillərin təmirini və əşyaları ilə birlikdə yararsız hala saldı.Ayrılan milyonların axırına çıxıldığından, hələ də binaların dam örtüyü vurulmayıb. Bəziləri isə yarımçıq qalıb.Sumqayıt İcra Hakimiyyəti başçısı,Z.Fərəcov özünü prezident İ. Əliyevin yanında yaxşı qələmə vermək üçün, Heydər Əliyev parkında
1 mərtəbəli "Heydər Əliyev Mərkəzi"nin olmasına baxmayaraq,parkın yuxarı başında,yenidən eyniadlı, böyük 4 mərtəbəli mərkəz tikdirir. Başçının adına yazılmış şikayət ərizələrinə baxılmır.Aylarla Z. Fərəcovun qəbulunu gözləyənlər var.Qəbula israr edən şikkayətçiləri aldadaraq, "bu gün başçı sizi qəbul edəcək" deyə İcra Hakimiyyətinə çağırırlar. Sonra məlum olur ki,başçının əvəzindən şikayətçiləri qəbul edən 1-ci müavini Faiq Kərimovdur.Nəticədə uzun müddət süründürməçiliyə məruz qalan şikayətçi, qəbuldan imtina edir.Bu səbəbdən də Sumqayıtda narazıların sayı durmadan artır.Sözün əsl mənasında Sumqayıt barıt çəlləyini xatırladır.Gənclər şəhəri bir qığılcıma bənddir...! Xatırladaq ki,F.Kərimov Qubadlı rayon polis idarəsinin rəisi olub.Daxili İşlər Orqanlarından pensiyaya göndərilən F.Kərimovu Z.Fərəcov Abşeron rayonunda İH başçısı olarkən, özünə 1-ci müavin təyin etmişdi.2015-ci ilin sentyabrında Sumqayıta transfer olunan Z,Fərəcov "sadiq dostu" F.Kərimovu köhnə vəzifəsilə birgə Sumqayıta gətirdi.Əlqərəz,Z.Fərəcov öz komandasıyla, keçmiş İH başçısı,E.Əzizovun atasına rəhmət oxutdurmaqla məşguldur...!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?