Milli fəal M.Çöhrəqanlının “Amerikanın Səsi”nə müsahibəsini saxladığına görə 8 il həbs aldı
İranın Marağa inqilab məhkəməsi Güney Azərbaycan milli fəalları Abbas Vəlizadəni və Mehdi Kuhiyanı azadlıqadan məhrum edib. Şərqi Azərbaycanın Məlikkəndi şəhərindən olan 25 və 23 yaşlı milli fəallar A.Vəlizadə və M.Kuhiyanla bağlı məhkəmə qərarında “Facebookda fəaliyyətlərinə görə” uyğun olaraq 8 və 1il həbs cəzası almaları əksini tapır. Hakim A.Vəlizadəni və M.Kuhiyanı millətçi, anti-İran fəaliyyətdə, Güney Azərbaycanın milli liderlərindən Mahumdəli Çöhrəqanlının “Ameirakanın Səsi” radiosuna müsahibəsinin videosunu saxlamaqda, M.Kuhiyan isə Təbrizin “Traktorsazi” komandası fanatlarının şəkillərini mediaya göndərməkdə və s. ittiham edilir. Hər iki fəal 2013-ci ilin sonunda həbsə alınıb, evlərində və dükanlarında axtarış aparılıb, hazırda Marağa həbsxanasında saxlanılırlar.
Sorğu
Yeni dizaynımız necədir?