GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mikayıl Cabbarovun yersiz təklifi cəmiyətdə böyük etiraz doğurdu

Mikayıl Cabbarovun yersiz təklifi cəmiyətdə böyük etiraz doğurdu

Tarix: 7-03-2016, 16:48 Bölmə :Ölkə Baxış: 0
Mikayıl Cabbarovun yersiz təklifi cəmiyətdə böyük etiraz doğurdu

Təhsil Naziri çətin ki, bir daha test üsulunun ləğvindən danışsın

Azərbaycanda Təhsil naziri çoxdan dəyişsə də, təhsil sahəsində çoxsaylı problemlər dəyişmədən qalır. Belə ki, uzun müddət "gənc kadr" kimi təbliğ olunan Mikayıl Cabbarov vəzifə başına keçən gündən bu sahədə nəinki irəliləyişlər nəzərə çarpmır, hətta problemlər bir az da qəlizləşıb.

Bu azmış kimi, Təhsil naziri Mikayıl Cabbarov bu yaxınlarda test üsulunun ləğvi təklifi ilə çıxış etdi. Belə ki, nazir bildirdi ki, növbəti bir neçə ildə imtahanların forma və mahiyyətində heç bir dəyişiklik gözlənilmir, amma gələcək illərdə bu forma dəyişməlidir: "Yeni tədris sistemi ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər. Onların biliyini testlə qiymətləndirmək doğru deyil, bu fərqli sistem tələb edir".

Nazir bildirib ki, hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş aparılır. Bu sistem Rusiyada da mövcuddur və vahid dövlət imtahanı adlandırılır: "Burada diqqət yetirməli olduğumuz əsas məsələ isə insan faktorunun məhdud olmasıdır".

M.Cabbarov qeyd edib ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanının məzmunu və həmin məzmunun müsbət tərəfləri haqqında danışmaq olar. Onun sözlərinə görə, test sisteminin əsas üstün cəhəti insan faktorundan asılılığın minimal olmasıdır. Yəni qiymətləndirmə faktiki olaraq insan faktorundan asılı deyil: "İstərdik ki, bir sıra zəruri məsələlər qiymətləndirmədə əks olunsun. Bunlar nitq, ritorika, yazı vərdişləri, düşünmək tərzini özündə əks etdirən sualların olmasıdır. Bunun üstünlüyü olduğu kimi, çatışmayan cəhətləri də var. Dünyada mövcud olan sistemlərlə müqayisə etsək, başqa qiymətləndirmə sistemləri də mövcuddur".

Azərbaycanda test üsulunun ləğv olunması fikrini bundan bir neçə gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə səsləndirmişdi. O bildirmişdi ki, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Sədrin sözlərinə görə, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur: "Əgər hüquqi bir qərar verilsə, şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı, başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil Nazirliyinə təkliflər edilsə də, bu dərs ilində dəyişiklik gözlənilmir".

Test üsulunun ləğvini dəstəkləyənlər hesab edir ki, test sistemi ümumiyyətlə məktəb təhsilini, xüsusən 8, 9, 10, 11-ci sinifləri aşağı səviyyəyə salır, repititorluq məktəbini yüksəldir. Belə ki, uşaqlar yuxarı siniflərdə məktəbə getmir, repetitor yanına gedir. Hərə öz ixtisası üzrə 3-4 fənni müəllimlərdən öyrənərək test tapşırıqlarını icra edərək ali məktəbə qəbul olur. Onların fikrincə, həmin tələbə ali məktəbdə oxuyanda aydın olur ki, onun nitqi, yazı savadı, dünyagörüşü yoxdur. Bu tələbələrin əksəriyyəti Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını bilmir. Test üsulunun ləğvini dəstəkləyənlər deyir ki, ümumiyyətlə bu tələbələrdə Azərbaycana məxsus geniş dünya görüşü, bilgiləri olmur. Ona görə ki, məktəbin kompleks təsirlərindən kənarda qalırlar. Yalnız 3-4 fənn üzrə hazırlaşırlar. O zaman da yaddaşa əsaslanaraq bu testi həll edirlər..

Ancaq Azərbaycanın müstəqillik dövründə ən böyük uğurlarından biri 20 ildən artıqdır tələbə qəbulunun mərkəzləşmiş, korrupsiyaya bulaşmadan aparılmasıdır. Qəbul imtahanlarının test üsulu ilə yox, müsahibələr, yazılı müraciətlər və digər subyektiv faktorların rol oynadığı üsullarla aparılması ən azı iki məsələdə problem yarada bilər. Birincisi, indiki halda tələbələr müxtəlif universitetlərə eyni anda müraciət edirlər. Əvvəla qəbul imtahanının nəticəsi ilə bağlı müraciət edirlər, topladıqları ballara uyğun yerə TQDK tərəfindən yerləşdirilirlər. Test üsulunun ləğvi bu sahədə böyük bir qarışıqlığa, hansısa tələbənin daha yaxşı göstəriciləri olduğu halda, kənarda qalmasına, bəzilərinin isə aşağı göstəricilərlə ali məktəbə yerləşldirilməsinə səbəb ola bilər. İkincisi, Azərbaycan beynəlxalq şəffaflıq qurumlarının siyahısında öndə yox, sonda olan ölkələrdəndir və ali məktəblərə qəbul prosesini test üsulu ilə yox, başqa qiymətləndirmə üsulları ilə yoxlansa, korrupsiyaya yol aça bilər.

Dünyanın aparıcı təhsil ocaqları tələbələrin potensialının qiymətləndirilməsində onların dərsdən kənar fəaliyyəti, uğurları, yazı qabiliyyəti və digər faktorları nəzərə alsalar da, hər bir universitet SAT, GRE, GMAT və digər standartlaşdırılmış imtahan nəticələrini tələb edirlər. Yəni hər bir halda tələbə hansısa bilik və bacarıqlarını nümayiş etdirmək, digər tələbələrlə müqayisə olunması üçün standart testlər də qiymətləndirmə üsulu kimi tətbiq edilir. Üstəlik, bu universitetlərin çoxu beynəlxalq şəffaflıq təşkilatlarının müxtəlif indekslərində ən öndə gedən ölkələrdə yerləşirlər, orada insan faktoru, qəbul zamanı korrupsiya hallarının olması müzakirə mövzusu olmur. Azərbaycanda isə yazı, nitq, şifahi imtahan və digər üsullarla qiymətləndirilmə aparılsa, bu həm tələbələrlə universitetlər arasında qarışıqlıq yaradacaq, həm də qəbul prosesi zamanı korrupsiya hallarına geniş imkan yaradacaq.

Sirr deyil ki, test üsulu cəmiyyətimizdə özünə güvən qazana bilib. Azərbaycanda test üsulu ilə imtahanın həqiqətən özünü doğruldub-doğrultmadığını bilmək üçün ölkə əhalisinin münasibətini öyrənmək lazımdır. Azərbaycan cəmiyyətində test üsulu özünü doğruldub. Ölkədə ali məktəblərə qəbulla bağlı hansı üsulun tətbiq edilməsi qərarını nə nazir, nə də ekspertlər verir. Bu birbaşa ölkə başçısının sərəncamına aid olan bir məsələdir. Qeyd edək kİ, bu illər ərzində test üsulunun bir neçə dəfə ləğv edilməsi ilə bağlı cəhdlər olub.

Amma heç vaxt reallaşmayıb. Söhbət bu sistemin ləğvindən deyil, təkmilləşdirilməsindən gedə bilər. Test üsulunun ləğvi ilə bağlı fikir söyləyənlər müəyyən arqumentlər də gətirirlər. Guya bu ona görə lazımdır ki, test üsulu ilə tələbələrin bütün bacarıqlarını yoxlamaq mümkün deyil. Əlbəttə, burada müəyyən bir həqiqət var. Amma dünyada elə bir ideal sistem yoxdur ki, tələbələri bütün kriteriyalar üzrə onların bacarıqlarını yoxlaya bilsin.

Bir anlıq təsəvvür edək ki, testi ləğv edilir, onda nə baş verəcəck? Təbii ki, ali məktəbə qəbul olunmaq üçün tapşırılan, pul verənlər olacaq və məhz onlar tələbə adını qazanacaq. Kasıbın uşağı oxuya bilməyəcək. Necə ki, indi dövlət qulluğu imtahanlarında 1-ci turu keçirsən, 2-ci tur şifahi imtahanda ancaq vəzifəlilərin, pulluların uşaqlarını keçirirlər, test üsulu ləğv ediləndə də elə olacaq.

Testin ləğvi ilə təhsilimiz inkişaf edə bilməz. Təhsilimizin inkişafı üçün öncə Azərbaycan müəllimlərinin maaşı artırılmalıdır.

Axı, biz Avropa ilə ayaqlaşmaq istəyirik. Yaxşı olardı ki, test sistemini ləğv etməkdənsə nazir gözlərini dörd açsın və ümümi təhsil ocaqlarında tədrisin səviyyəsini qaldırsın ki, repetitor yanına getmədən varlı, kasıb, hər kəs oxuya bilsin... Bir sözlə mədəni rüşvəti bağlasın. Təhsillə oyun oynamaq olmaz!

Eyni zamanda cənab nazirimiz ilk olaraq Kurikulumu yığışdırsın. Bisavadlıq ordan başlayır. Sonra bir 10 il hələ millətin danışıq səviyyəsini düzəltsin. Mövzunu oxuyub, cümlə qura bilməyənlərdən söhbət gedir.

İmtahanların testlə verilməsindən imtina edilməsi düzgün yanaşma deyil. Təhsil naziri bu fikri ortaya atsa da, nədən test üsulunun ləğv ediləcəyini heç cürə əsaslandıra bilməyib. Test üsulunun əsası Elçibəy hakimiyyəti dövründə qoyulub və təhsildə qiymətləndirmənin şəffaf aparılması baxımından normal bir sistemdir. Məhz həmin sistemin tətbiqinin nəticəsidir ki, oxuyan yoxsul balaları çox rahatlıqla universitetlərə qəbul oluna bilir. Təhsildə olan bərbad vəziyyət, müvafiq nazirliyin bu sahədə heç bir uğurlu nailiyyət əldə edə bilməməsi, ümumiyyətlə həmin sektordan Mikayıl Cabbarovun bixəbər olması burada vəziyyətin gəlib beləcə acınacaqlı olmasına gətirib çıxarıb. Sektordan başı çıxmayan insanları gətirib həmin sahəyə rəhbər qoyanda əlbəttə ki, vəziyyət belə acınacaqlı olacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyətini davam etdirməlidir. Məhz onun ədalətli yanaşması nəticəsində yoxsul balaları nüfuzlu ixtisaslara yiyələnə biliblər. Test üsulunu ləğv etməklə özlərinə yeni bir rüşvət mənbəyi yaratmaq istəyirlərsə, bunu açıq desinlər. Təhsil naziri Mikayıl Cabbarov hələlik başçılıq etdiyi sahədə heç bir nailiyyətə imza ata bilməyib və bilə də bilməz. Bir adamın ki, vəzifəsi qoruqçuluq ola, qoruqçuluqdan gətirib nazir qoymaqla ondan nə olacaq ki? Mikayıl Cabbarov bu günə qədər rəhbərlik etdiyi sahədə islahatlar apara bilməyib. Apardığı islahatlar da dalana dirənib.

Bir sözlə qəbul imtahanlarında test üsulunun ləğvi uğurlu ola bilməz. Çünki test imtahanlarının ləğv edilməsi neqativ halların yayılmasına daha çox şərait yarada bilər. Amma ali məktəblərdə imtahanlar zamanı test üsulunun tətbiqi özünü doğrultmur.

Ona görə də ya tələbənin yazılı formada cavab verməsi kimi üsuldan istifadə edilməlidir, ya da tələbə və imtahan götürən müəllim birbaşa qarşılıqlı ünsiyyətə getməlidilər. Yəni imtahanlar əvvəlki vaxtlardakı kimi olmalıdır. Amma həmin müəllim seçilərkən bilikləri, peşəkarlıq səviyyəsi, ən başlıcası isə dürüstlüyünə görə mütləq nəzərə alınmalıdır.

İndiki şəraitdə qəbul imtahanlarında test üsulunun tətbiqi özünü doğruldur. Ancaq müəllimlər imtahanı götürsə, onda neqativ halların qarşısını almaq çox çətin olacaq. Yenə də hazır siyahı, tapşırıq və s.

Onu da qeyd edək ki, nazirin təklifi cəmiyyətdə böyük qəzəblə qarşılandı. Güman edirik ki, Təhsil Nazirliyi cəmiyyətin reaksiyasını nəzərə alaraq bu yanlış addımı atmayacaq.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr islahatlarından danışdı

    Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr ...

    18-09-2013, 01:52

  • 
  • Nazir Mikayıl Cabbarov çıxılmaz durumda

    Nazir Mikayıl Cabbarov çıxılmaz durumda ...

    29-11-2017, 17:03

  • 
  • Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

    Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına ...

    11-12-2013, 13:49

  • 
  • Mikayıl Cabbarov əvvəlki nazirin “vurduğu” kadrlara vəzifə verir

    Mikayıl Cabbarov əvvəlki nazirin “vurduğu” ...

    5-09-2013, 16:14

  • 
  • Mikayıl Cabbarov özünə iki müşavir təyin edib

    Mikayıl Cabbarov özünə iki müşavir təyin edib ...

    26-12-2017, 12:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu