GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Gündəm Xəbər” qəzetinə olan təzyiqləri pisləyirik”

“Gündəm Xəbər” qəzetinə olan təzyiqləri pisləyirik”

Tarix: 7-03-2016, 18:07 Bölmə :Ölkə Baxış: 0
“Gündəm Xəbər” qəzetinə olan təzyiqləri pisləyirik”

Oqtay Gülalıyev: “Biz haqqı-hüququ tapdanan bütün insanların, mətbuat nümayəndələrinin yanındayıq”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev qəzetimizə müsahibə verib. Hüquq müdafiəçisi bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb, xüsusilə qəzetimizə olan təzyiqləri pisləyib. Müsahibəni təqdim edirik.

- Oqtay bəy, qarşıdan Novruz Bayramı gəlir. Siz bu bayramda əfvin verilməsini və bütün siyasi məhbusların azad olunmasını gözləyirsinizmi?

-Azərbaycanda çoxlu sayda məhbus var və onlar əsassız şəkildə cəza çəkirlər. Bəllidir ki, siyasi məhbusların azadlığa çıxmasının bir yolu da, əlamətdar günlərdə dövlət başçısı tərəfindən verilən əfv sərəncamlarıdır. Son illər bir qayda olaraq əlamətdar günlərdə, habelə Novruz Bayramı ərəfəsində əfv sərəncamları imzalanıb. Doğrusunu deyim ki, mən siyasi məhbusların əfv sərəncamı praktikası ilə azadlığa çıxmasını məqbul hesab etmirəm. Fikrimcə, günahsız insanlar əfvlə sərəncamı ilə deyil, məhkəmənin bəraət hökmü ilə azadlığa çıxmalıdır. Ona görə də, siyasi məhbusların əfv ənənəsi ilə azadlığa buraxılması ənənəsini doğru saymıram. Amma nə yazıqlar olsun ki, Azərbaycan reallıqlarında siyasi məhbusların azadlığa çıxmasının bir yolu da əfv sərəncamlarından keçir. Konkret olaraq qarşıdan gələn Novruz Bayramı ərəfəsində əfv sərəncamının verilməsi ehtimalları yüksəkdir. Amma siyasi məhbusların bu siyahıya düşüb-düşməyəcəyi ilə bağlı mən konkret bir söz deyə bilmərəm. Əslində bu haqda danışmağı da doğru hesab etmirəm. Çünki bu bir başa dövlət başçısının səlahiyyətində olan məsələdir. Təəssüflər olsun ki, bəzi hüquq müdafiəçiləri əfv, ora düşəcək məhbusların adları ilə bağlı fikirlər işlədirlər. Çox zaman da, hüquq müdafiəçilərinin səsləndirdiyi fikirlər ya özünü doğrultmur, ya da çox kimik şəkildə ehtimallar özünü doğruldur. Təbii ki, bu da siyasi məhbusların ailələrində və ictimaiyyətdə xəyal qırıqlığı yaradır.

Mən başqa bir məqamı qeyd etmək istərdim. Bildiyiniz kimi Azərbaycanda siyasi məhbuslar məsələsi kifayət qədər böyüyük, aktuallıq kəsb edir. Yerli və beynəlxalq ictimaiyyəti ən çox düşündürən məsələlərdən biridir. Eyni zamanda Azərbaycan hökumətinə qarşı müəyyən tələblər var. Həmçinin sanksiyaların tətbiq ediləcəyi haqda açıqlamaların şahidi oluruq. Paralel olaraq bir sıra dövlətlər Azərbaycanda siyasi məhbusların mövcudluğundan narahatlıq ifadə ediblər. Onlar Azərbaycan hökumətinə bununla bağlı müraciətlər də ediblər. Bütün bunlarla yanaşı hesab edirəm ki, hökumət qarşıdan gələn bayramdan bir fürsət kimi istifadə etməlidir. Novruz Bayramı ən müqəddəs bayramlarımızdan biridir. Hakimiyyət bu imkandan istifadə edərək bütün siyasi məhbusları azadlığa buraxmalıdır. Bir məqamı da deyim ki, dünyada böhran müşahidə olunur, bunun Azərbaycana ciddi təsirləri özünü göstərib. Son bir ildə milli valyuta devalvasiyaya məruz qalıb, növbəti devalvasiya da gözlənilir. İnsanlarımız çətin duruma düşüblər, narazılıq mövcuddur. Bu baxımdan hesab edirəm ki, siyasi məhbusların azadlığa çıxması cəmiyyətdə barış ovqatını gücləndirə, eyni zamanda Azərbaycanı təzyiqlərdən qoruya bilər. Dolayısı yolla desəm siyasi məhbusların azadlığa buraxılması məhbuslardan daha çox hakimiyyətin özünə lazımdır.

- Siz hökumətdə bu iradəni görürsünüzmü?

-Məncə, belə bir iradəni görmək çətin məsələdir. Lakin hər halda Azərbaycan hökuməti özündə güc taparaq bu addımı atmalıdır. Çünki bu şəxslərin həbsdə saxlanılması bu gün hakimiyyətə də, heç nə vermir. Bu, təzyiq, təpki və sankisiyalardan savayı heç nə gətirmir. Adətən ağıllı hökumətlər öz həbsxanalarında siyasi məhbus saxlamaz. Suala cavabımda konkret olaraq deyim ki, yaxın günlərdə əfvin verilməsindən sonra biz hökumətin belə bir iradəsinin olub-olmayacağını müşahidə edə biləcəyik. Mən ümid və arzu edirəm ki, siyasi məhbuslar tezliklə azadlığa çıxsınlar.

- Mətbuatın durumunu necə qiymətləndirirsiniz?

-Azərbaycanda vətəndaş cəmiyyəti sıradan çıxarılıb. Qeyri hökumət təşkilatları iflic vəziyyətdədir. Mətbuatda bu problemləri yaşayır. Azərbaycanda azad mətbuatın sayı barmaqla sayılacaq qədərdir. Mətbuata böyük basqılar var. Bu gün 15 nəfər jurnalist və blogger həbsdədir, siyasi məhbus hesab olunurlar. Eyni zamanda müstəqil mətbuata sədd qoyulur, insanlar ifadə azadlığına görə təqib edilir. Məsələn, mən keçən ay yazdığım bir yazıya görə, prokurorluq orqanlarına dəvət edildim və həmin yazıya görə, mənə xəbərdarlıq edildi. Halbuki bütün bunlar təzyiqdir və ifadə azadlığının pozulması deməkdir. Yəni ölkədə mətbuatın durumu bərbad vəziyyətdədir və məhbusların durumdan ciddi fərqlənmir.

- “Gündəm Xəbər” qəzeti, onun baş redaktorunun məhkəmə prosesi gedir. Bu prosesdən xəbəriniz varmı?

-Təbi ki, bu qəzetə qarşı açılan məhkəmə prosesi, təzyiqlər, habelə Şirin Cəfərlinin yenidən məhkəmə prosesinə cəlb edilməsi, barəsində dövlət ittihamçısının 5 il müddətinə həbs cəzasının istəməsi, bir çox sayt rəhbərlərinin müvafiq qurumlara dəvət edilərək xəbərdarlıq alması, “Azadlıq” qəzetinin nəşrini dayandırmasının bir addımlığında olması faktiki təzyiqdir.

Biz haqqı-hüququ tapdanan bütün insanların, o cümlədən mətbuat nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin yanında olmuşuq. Eləcədə “Gündəm Xəbər” qəzeti ilə bağlı prosesləri də diqqətlə izləyirik. Mən özüm qəzetin məhkəmə prosesində iştirak etmişəm. Biz qəzetə olan basqıları pisləyir, habelə qəzeti müdafiə edirik. Təbii ki, bu istiqamətdə fəaliyyətimiz davam edəcək.

- Sizin siyasi fəaliyyətiniz konkret olaraq nədən ibarətdir?

-Mən bu gün konkret olaraq hüquq-müdafiə fəaliyyəti ilə məşğul oluram. Siyasi məhbusların hüquqlarının müdafiə edilməsi, ölkəmizdə bu problemin aradan qaldırılması istiqamətində işləyirəm. Eyni zamanda mən KXCP Ali Məclisinin və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüyəm. İmkan çərçivəsində Azərbaycanda gedən ictimai-siyasi proseslərə öz töhvəmi vermək istəyirəm. Amma daha çox hüquq müdafiə fəaliyyəti ilə məşğulam, siyasi məhbusların hüquqlarını müdafiə edirik. Mən eyni zamanda Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının koordinatoruyam. Alyansın üzvləri isə keçmiş siyasi və vicdan məhbuslarıdır. Biz birlikdə bu işləri aparırıq.

- Azərbaycanda çoxlu sayda hüquq müdafiəçisi var və onlar arasında həm də amansız rəqabət gedir. Bu nə ilə bağlıdır?

-Hakimiyyət bütün sahələrdə bölünmə yaradır, ictimai-siyasi təşkilatları, jurnalistləri, fərdləri, hüquq müdafiəçilərini öz təsiri altına salmağa çalışır. Bu istiqamətdə də xeyli uğurlara nail olub. Hesab edirəm ki, hüquq müdafiə sferasında bu mübarizənin, ittihamların, mövqe dəyişgənliyinin səbəbi budur. Eləcədə həbsdə olan siyasi məhbuslara bəzi hüquq müdafiəçilərinin dırnaqarası baxması da bu tendensiyanın nəticəsidir. Hakimiyyət bütün sahələri monopoliyaya alır. Burada söhbət mətbuat və siyasi təşkilatlardan getmir. İctimai və ictimai-siyasi sferada nəzarətə alınır. Odur ki, bu tendensiyalar müşahidə olunur. Bütün bunlara baxmayaq hələ də Azərbaycanda mövqeyini və fikrini satmayan, mübarizəsini davam etdirən hüquq müdafiəçiləri var. Bizdə fəaliyyətimizi o istiqamətdə qururuq ki, insanlara yardımçı olaq, potensial həbs edilmə təhlükəsi olan şəxsləri qoruyaq. İşlərimiz davam edir.

-Milli Şuranın fəaliyyəti real situasiyaya nə dərəcədə adekvatdır?

-Hesab edirəm ki, Milli Şura Azərbaycan müxalif cəbhəsində ən stabil mövqeyə, fəaliyyətini sistemli davam etdirən qurumdur. Biz bu istiqamətdə öncədən götürdüyümüz xətti davam etdiririk. Bu baxımdan Milli Şuranın mövqeyini təqdir edirəm. Təbii ki, bizdən müəyyən gözləntilər, müəyyən proseslərə daha ciddi təsir göstərmək, öndə getmək istəkləri var. Biz bunun da fərqindəyik. Deyə bilərəm ki, Milli Şura Azərbaycan müxalifətinin avanqard qüvvəsidir. Öz mövqeyində, fəaliyyətində, hakimiyyətə münasibətdə, iqtidarın yürütdüyü siyasətdəki qüsurları tənqid etməkdə davam edir. Həmçinin özünün müxtəlif sahələrlə bağlı təkliflərini açıqlayır. Sözsüz ki, Milli Şura repressiyalara məruz qalan və sinə gələn təşkilatdır. Mən təbii ki, bütün fəaliyyəti təqdir edirəm. Bizdə istərdik ki, Milli Şura daha güclü olsun, fəaliyyət aktivləşsin. Ancaq həm də, hakimiyyətin təzyiqləri, törətdiyi maneələr buna imkan vermir. Bu gün Milli Şuranın sessiyasını keçirmək məsələsində problemlərlə üzləşirik. Konkret olaraq yer tapmırıq. Bizim ofisimiz yoxdur, adi tədbirlər üçün yer vermirlər. Məsələn, indiyə qədər bağlı yerlər-konfrans salonları Milli Şuranın üzünə qapadılıb. Sərbəst toplaşmaq imkanlarımız da məhduddur. Həmçinin rayon və bölgələrə gedərək sadə insanlarla da görüşmək, fikirlərimiz demək məsələsində də problemlər yaradılır. Milli Şura üzvlərinin televiziyaya çıxaraq fikirlərini ifadə etməsi üçün heç bir şans yoxdur. Reallıq bundan ibarətdir. Yeri gəlmişkəm, qeyd edim ki, bu gün Milli Şuranın üzvü olan şəxslərdən həbsdə olanları da var. Bütün bu mərhumiyyət və çətinliklərə baxmayaraq Milli Şura öz fəaliyyətini davam etdirir. Ən çətin vəziyyətdə belə öz sözünü deyir. Bu baxımdan Milli Şuranın tutduğu yol düzgün xətdir. Hesab edirəm ki, müxalif düşərgədə ən monolit, sistemli və davamlı fəaliyyət ortaya qoyan qüvvədə Milli Şuradır.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

    Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri ...

    24-05-2018, 22:49

  • 
  • Ramazanda əfv olacağmı?

    Ramazanda əfv olacağmı? ...

    5-08-2013, 15:22

  • 
  • Avropa İttifaqı digər siyasi məhbusların da azadlığa buraxılmasını gözləyir

    Avropa İttifaqı digər siyasi məhbusların da ...

    18-03-2019, 14:03

  • 
  • Oqtay Gülalıyev övladları ilə birlikdə Bakı polisinə çağırılıb

    Oqtay Gülalıyev övladları ilə birlikdə Bakı ...

    13-11-2014, 22:14

  • 
  • “Siyasi Məhbuslarsız Azərbaycan”

    “Siyasi Məhbuslarsız Azərbaycan” ...

    25-12-2012, 12:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu