Bakının Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib.
gundemxeber.az musavat.com-a istinadən bildirir ki, yol polisi əməkdaşları Ziya Bünyadov prospektində reyd keçirən zaman "Hyundai" və "Mercedes" markalı avtomobillərin sürücülərinin sərxoşluğunu yoxlamaq üçün saxlatdırıblar.
Bu zaman arxadan yüksək sürətlə gələn sərnişin avtobusu "Mercedes"ə, o isə öz növbəsində "Hyundai"a çırpılıb.
Qəza zamanı "Mercedes"in sürücüsü və avtomobildəki sərnişin xəsarətlər alıblar. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib.
Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün də sərxoş olduğu müəyyən edilib. O, sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Qəza zamanı avtobusda sərnişin olmayıb.
Sorğu
Yeni dizaynımız necədir?