Gənc Demokratlar Hərəkatının sədr müavini Rövşən Bəşirov Gənclərin təhsil almasında olan problemlərdən danışdı.
Rövşən bəy, bir gənc olaraq bu gün Azərbaycan gənclərinin təhsil almasını necə qiymətləndirirsiniz?
– Əslində bu gün elə bir dövrdür ki, insanları sovet dönəmində olduğu kimi diploma görə deyil, peşəkarlığına, bilik və bacarığına görə qiymətləndirirlər. Yəni, normal mütəxəssis və ya normal peşə təliminə yiyələnmiş texniki kadr kimi. Prosesə o tərzdən baxmaq lazımdır ki, biz hələ də sovet düşüncəsindən ayrılmayaraq diplom almaq həvəsilə yaşayırıq. Bu gün bizim cəmiyyətdə sanki bir dəb kimi hamı diplom əldə etmək eşqindədir. Buna görə də valideynlərin diktəsi, normal təhsil almaq iqtidarında olmayan gənclərin arzusuyla Rusiyada, Ukraynada peşəkarlıqdan və dünya təhsil səviyyəsindən kifayət qədər geri qalan Universitetlərdə gənclərimiz diplom növbəsinə dayanmışlar. Azərbaycanın özündə də ali təhsil almaq imkanları olduqca rahat ve standartlardan xeyli uzaqdır. Buna görə də peşəkar mütəxəssis ölkədə kəmiyyət baxımından çox, keyfiyyət baxımında yox dərəcəsindədir.
Hesab etmirsinizmi ki, Azərbaycaın təhsil sistemi üçün çox ciddi iradlar irəli sürürsünüz?
– Mən təhsil sistemi ilə yanaşı peşəyə yiylənmə ilə bağlı da tənqidi fikir irəli sürə bilərəm. Deyilən fikirlər kifayət qədər əsaslıdır. Hökumət dünya standartlarına cavab verən Amerika və Avropada gənclərin təhsil almasına maraq göstərmir və bu istiqamətdə təbliğat aparılmır. Əksinə Ukrayna, Rusiya, Gürcüstan və s. ölkələrin ali məktəbləri ilə bağlı ciddi təbliğat həyata keçirilir. Çenki, adıçəkilən ölkələrdə təhsil almaq daha asandır və keyfiyyət olduqca aşağıdır. Ölkəmizdə isə orta məktəblər artıq sıradan çıxıb. Abituriyentlər repititor yanında hazırlıq keçirlər. Ali məktəbləri qurtaran gənclər isə olduqca zəif təsir bağışlayırlar. Bunu əslində hökumət özü də etiraf edir. Artıq bir neçə ildir ki, məktəblərə müəllimlər xüsusi attestasiyadan keçərək götürülürlər. Yəni Təhsil Nazirliyi özü verdiyi diplomun keyfiyyətinə şübhən ilə baxır.
Rövşən müəllim, sizcə gəncləri daha mütərəqqi vəziyyətə gətirmək üçün nələr etmək olar?
– İlk növbədə siyasi hakimiyyət Avropa dəyərlərinə, orada olan təhsilə, peşəkarlığa diqqət yetirməlidir. Sadə bir misal deyim, Moldovadan, Gürcüstandan bütün göstəricilərə görə çox-çox öndə olan Azərbaycan demokratik dəyərləri qəbul etmədiyinə görə Avropaya sərbəst gedib-gələ bilmir. Amma adıçəkilən ölkələr vizasız gediş-gəiş imkanına malikdir. Bu isə orada olan gənclərin daha normal təhsil almasına və bacarıqlara yiyələnməsinə şərait yaradacaq. Bizim ali təhsilli və təhsili olmayan gənclər isə Rusiyanın qara bazarlarında xırda ticarətlə məşğul olurlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?