GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Rusiya rəsmilərinin Azərbaycana səfəri bir neçə amillər bağlıdır”

“Rusiya rəsmilərinin Azərbaycana səfəri bir neçə amillər bağlıdır”

Tarix: 20-03-2016, 02:54 Bölmə :Ölkə Baxış: 0
“Rusiya rəsmilərinin Azərbaycana səfəri bir neçə amillər bağlıdır”

Zərdüşt Əlizadə: “. Qərb və soyuqqanlılıqla Rusiyanın necə çökdüyünə tamaşa edir”

Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. Prezident Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib. Qeyd edək ki, ruslar son 160 gündə Suriyada Bəşər Əsədi hakimiyyətdə saxlamağa hesablanan əməliyyatlar həyata keçirib, milyonlarla vəsait xərcləyiblər. Politoloq Zərdüşt Əlizadə bu və digər maraqlı məsələlərlə bağlı suallara cavab verib.

- Rusiya prezidentinin ordu birləşmələrinin Suriyadan çıxarılması barədə müdafiə naziri Sergey Şoyquya göstəriş verməsini necə izah edərdiniz?

- Demək, qarşıya qoyulan məqsədlərinə çatıblar… Bəşər Əsəd rejimi möhkəmlənib, müxalifətin hərb sahəsində qalib gəlmək şansı azalıb və belə olan şəraitdə Vladimir Putin xoş niyyət nümayiş etdirmək üçün kosmik hava qüvvələrinin böyük bir hissəsinin Suriyadan çıxarılmasına dair göstəriş verib. Putin bununla dünyaya nümayiş etdirir ki, onun xoş niyyəti var və əməkdaşlığa hazırdır. Bundan sonra Cenevrədə danışıqlar aparılacaq. Necə deyərlər, görək, Allah kimə verəcək. Ya müxalifətə verər, ya da Bəşər Əsədə verər. Ya da ola bilsin ağılları oldu, danışdılar hansısa keçid hökuməti yaratdılar, seçki keçirdilər. Məlum məsələdir ki, belə olan şəraitdə seçki keçirməzlər. Çünki ölkədə vətəndaş müharibəsi gedir. Amma hamı seçkini fetişləşdirib, seçkini bir müqəddəs şey sayırlar. Hərçənd ki, belə deyil.

- Qarşıya qoyulan məqsəd nədən ibarət idi?

- Qarşıya qoyulan məqsəd Rusiyanın geosiyasi mövqeyini qorumaq idi. Bu mövqeyi qorumaq üçün də Rusiyaya yaxın olan Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin etmək lazım idi. Bu bombardımanlar nəticəsində Rusiya özünü ABŞ-a tərəf müqabili kimi sırıdı, İranla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdı. Təsadüfi deyil ki, bu əsnada İrana S-300 raketlərinin satılmasına dair danışıqlar son mərhələsinə qədəm qoydu. Eyni zamanda Rusiyanın Yaxın Şərqdəki mövqeyi kifayət qədər, əhəmiyyətli dərəcədə gücləndi. - Bəzən belə fikirlər səsləndirilirdi ki, Rusiya Hərbi Hava Qüvvələri Suriyada bombardıman həyata keçirərkən hədəfləri düzgün nişan ala bilmir, o cümlədən Xəzər filotoliyasından atılan raketlər başqa-başqa yerlərə gedib düşür. Görünür, bunlar yanlış iddialar imiş. Siz səslənən fikirlərə deyil, Suriyadakı real hərbi vəziyyətə fikir verin. Əlbəttə, Bəşər Əsəd tam qələbə qazanmayıb. Amma ordu xeyli ərazini, şəhərləri, kəndləri azad etdi və Əsəd rejiminin devrilməsi ehtimalını azaltdı. Yəni Rusiya HHQ-nin bombardımanı səmərəli idi.

- Rusiya HHQ-nin Suriyada əməliyyatları dayandırması ABŞ-la, Avropa İttifaqı ilə münasibətlərdə dönüşə səbəb ola bilərmi?

- Rusiyanı G-8-dən çıxarmışdılar, G-20-də isə onunla əməkdaşlıq etmirdilər, qınaq hədəfinə çevrilmişdi. İndi isə hər halda tərəf müqabili kimi qəbul edir, əl uzadır, söhbət edirlər, telefonla danışırlar.

- Sizcə, Rusiyaya tətbiq olunan sanksiyalar rəsmi Moskvanın Suriyadan çıxmaq barədə qərar qəbul etməsində hər hansı rol oynayıbmı?

- Rusiya iqtisadiyyatı, hətta hərbi sənayesi sanksiyalar nəticəsində, həqiqətən də, xeyli zəifləyib. Rusiya yüksək elm tutumlu hərbi məhusl buraxa bilmir. Ümumiyyətlə, Rusiya sənayesinin böyük bir hissəsi, xüsusilə iri tutumlu yüksək texnoloji məhsullar Qərbdən alınan hissələr hesabına buraxıla bilir. Məsələn, Rusiya dəmiryolları üçün lokomotivlər buraxır. Həmin lokomotivlərin 70 faizi Qərbdən gələn hissələr hesabına qurulur. Raketlərində, radarlarında xeyli hissələr var ki, onları rus sənayesi istehsal edə bilmir, xaricdən alınır. İndi sanksiyalar nəticəsində hərbi təyinatlı məhsulları Rusiyaya satmırlar. Rusiya sənayesi ağır vəziyyətə düşür. Bundan əlavə Rusiya şirkətlərinə Qərb bankları kredit vermir. Rus banklarının verdikləri kreditlər isə yüksək faizlə verilir. Ona görə də rus şirkətləri rəqabətə davamlı deyillər. Rusiya regionları vaxtilə Qərbdən xeyli kredit alıb və hazırda həmin krediti qaytarmaq iqtidarında deyillər. Bu gün Rusiyada 19 milyon insan yoxsulluq həddindən aşağıda yaşayır. Əhalinin gəlirləri xeyli aşağı düşüb. Bütün bunlar hamısı həm də sanksiyaların təsirindəndir. Qərb bunu çox yaxşı bilir və soyuqqanlılıqla Rusiyanın necə çökdüyünə tamaşa edir. Putin də bunu görür. Yüksək reytinqinə baxmayaraq özünün, hakimiyyətinin laxladığını görür və müəyyən addımlarla geri çəkilməyə çalışır. Eyni zamanda çalışır ki, üzünün suyunu da saxlasın.

- Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadan çıxarılmasına dair göstərişin verilməsini həmin addımlarda biri hesab etmək olarmı?

- Bəli, bu da həmin addımlardan biridir və Putin göstərir ki, guya o da sülhpərvərdir, xoş niyyəti var, münaqişənin eskalasiyasında maraqlı deyil. Bəzən belə fikirlər də səsləndirilirdi ki, SSRİ 1979-cu ildə Əfqanıstana müdaxilə edib 1989-cu ildə oranı məğlub şəkildə tərk etdiyi kimi Rusiya da Suriyadan eyni aqibətlə üzləşib çıxacaq… - Sovet ordusu Əfqanıstandan ona görə çıxmadı ki, o məğlub oldu. Xeyr. Sovet ordusu Əfqanıstanda yaxşı döyüşmüşdü, düzdür, böyük itkilər vermişdi, 13 minə yaxın insan həlak olmuşdu. Amma demək olar ki, sovet ordusu Əfqanıstanın böyük hissəsinə nəzarət edirdi və Kabildə kifayət qədər səmərəli Nəcibulla hökuməti fəaliyyət göstərirdi. Unutmayaq ki, Sovet ordusu Əfqanıstandan çıxdıqdan hələ iki il sonra da Nəcibulla hakimiyyətdə qala bildi. Sadəcə, Sovet İttifaqı, Qorbaçov bütün dəstəyi

kəsəndən sonra “Taliban” Nəcibullanı devirə bildi və öz sarayının qarşısında onu və qardaşını dar ağacından asdılar. Amma hakimiyyət var idi və onlar döyüşürdülər. Suriyada da Bəşər Əsəd rejimi göstərdi o, Rusiya işə qarışmamış döyüşə bilir. Bəşər Əsəd 4 ilə yaxın bütün ərəb rejimlərinə qarşı döyüşdü, Qərbin bütün təzyiqlərinə dözdü. Yəni Suriya rejimi kifayət qədər möhkəm olduğunu sübut etdi. İndi də Cenevrədə müxalifət yersiz yerə tələb edir ki, Bəşər Əsəd getməlidir. Amma bu tələbi yalnız qalib tərəf irəli sürə bilər. Müxalifət isə qalib tərəf deyil.

- İddia edilir ki, Bəşər Əsəd hazırda çox güclənib və ölkə ərazisinin artıq 80 faizinə qədərinə nəzarəti qaytara bilib. Bu, doğrudurmu?

- Kim diqqətlə prosesi izləyirsə bilir ki, vaxtilə Bəşər Əsədə qarşı ABŞ, Avropa, bəzi ərəb ölkələri, neft maqnatları birləşmişdi. Rusiyadan və müsəlman ölkələrindən çoxlu sayda insan Suriyaya toplaşmışdı və Əsədə qarşı döyüşürdülər. Belə muzdluların sayının 30 min civarında olduğu qeyd olunurdu. Ona görə də, bəyan edirdilər ki, artıq Bəşər Əsədin sonudur və s. Amerika da onlara silah verirdi. Səudiyyə və Qətər də bu prosesə dəstək göstərirdi. Belə bir şəraitdə bəllidir ki, Əsəd hökuməti zəifləyirdi, müqavimət azalırdı. Həmin dövrdə faktiki olaraq ölkə ərazisinin 75 faizinə qiyamçılar nəzarət edirdi. Bəşər Əsəd Dəməşq və bir neçə böyük şəhərə nəzarət edirdi. Amma sonra İran silahlıları, Hizbullah, Rusiya aviasiyası gəldi. Üstəlik Suriya kürdlərini silahlandırdılar. İran da bu prosesi dəstəklədi. Həmçinin Türkiyənin İŞİD-ə göstərdiyi yardımın qarşısı alındı. Bütün bunlardan sonra Suriya ordusu və könüllüləri özünə gəldi. İndi Suriyanın böyük bir hissəsini Əsəd öz nəzarətinə qaytara bilib. Bəşər Əsədin bu prosesin sonunda qalib olub-olmayacağı ayrı məsələdir və qiyamçılara dəstək verən dövlətlərin mövqeyindən asılıdır. Dünyada macəra axtaran, həyatından küsən insanlar çoxdur. Əgər pul verən ölkələr bu maliyyəni dayandırmasalar, Suriyada müharibə uzun çəkəcək. Pulu isə Qətər və Səudiyyə verir.

-Son günlər Rusiya rəsmlərinin Azərbaycana səfərlərində artım müşahidəı edilirdi. Bir diplomatın səfəri bitməmiş digəri Bakıda olurdu. Sizcə, buna səbəb nə ola bilər?

-Rusiya rəsmilərinin Azərbaycana səfəri bir neçə amillər bağlıdır. Birinci amil Kremlin 200 milyon dollarlıq borcu qarşılığında Ermənistanın ondan silah-sursat alması, ikinci amil isə iqtisadi amildir. Ermənistan 200 milyon dollar borcu Rusiyaya geri qaytarmayacaq. Rusiya ilk növbədə ona görə bu borcu verib ki, Ermənistan cəmiyyətinin rəğbətini qazansın. Digər tərəfdən Rusiya istəyir ki, Azərbaycan onun silahlarını alsın. Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin gəlmişdi, görünür razılıq əldə olunmayıb. İndi də xarici işlər nazirinin müavini gəlir. Hesab edirəm ki, Rusiyanın silahı bizə lazım deyil. Çünki müharibə olmayacaq. Müharibəyə başlasaq Rusiya müdaxilə edəcək. Ona görə də biz başqa üsullardan istifadə etməliyik. Təəssüf ki, başqa üsullardan istifadə olunmur. Fikrinmcə, Rusiya rəsmilərinin Azərbaycan səfərində

iqtisadi məsələlər də müzakirə olunur. Bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev İrana səfər etmişdi. 11 sahə üzrə saziş imzalandı. Onlardan biri də Astara-Astara dəmiryolu xəttinin çəkilişi idi. Bu, dəmiryolu vasitəsilə İran yükləri Azərbaycan vasitəsilə Rusiyaya, oradan isə Avropaya daşınacaq. Bundan başqa İran qazının Azərbaycandan keçməklə Gürcüstan üzərindən Avropaya daşınması məsələsi də var. Bu kimi məsələlər müzakirə oluna bilər.

Hüseyn ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Putin açıqladı: Rusiya Suriyadan çıxır

    Putin açıqladı: Rusiya Suriyadan çıxır ...

    29-06-2018, 11:40

  • 
  • 3 rus vertolyotu Suriyadan qayıdır

    3 rus vertolyotu Suriyadan qayıdır ...

    28-03-2016, 14:30

  • 
  • Bəşər Əsəd ailəsilə birgə Suriyadan qaçıb

    Bəşər Əsəd ailəsilə birgə Suriyadan qaçıb ...

    7-12-2012, 16:56

  • 
  • Putin: "Rusiya quyruq bulamır"

    Putin: "Rusiya quyruq bulamır" ...

    19-12-2015, 20:15

  • 
  • Putin qərar verdi: Su-24-lər Suriyadan çıxır

    Putin qərar verdi: Su-24-lər Suriyadan çıxır ...

    18-01-2017, 00:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu