Ermənistan ideal müdafiə mövqeyi tutub. Məhz bunun üçün o, Dağlıq Qarabağdan başqa Azərbaycanın daha altı rayonunu işğal edib ki, Qarabağın təhlükəsizliyini təmin edən müdafiə xəttini tuta bilsin.
Ona görə də Azərbaycan istənilən hazırlığın olmasına, son zamanlarda Rusiyadan aldığı silahlara baxmayaraq, bu xətti pozmaq çox çətindir.
Amma ermənilərin də bu xətdən kənara çıxması hərbi nöqteyi-nəzərdən mənasızdır, çünki onların hərbi-syasi vəzifəsi – Dağlıq Qarabağ ərazisini təhükədən qorumaqdır, onlar bundan sonra işğalçılığa namizəd deyillər. Hərbi anlamda pat vəziyyəti yaranıb.
Bu barədə “Radio svoboda”ya verdiyi müsahibəsində rusiyalı analitik Andrey Piontkovski bildirib.
“Bununla yanaşı, artıq yüzlərlə insan orada həlak olub. Ona görə də hansısa üçüncü tərəfi, bu münaqişənin qızışdırılması maraq dairəsinə daxil olan tərəfi axtarmaq lazımdır.
Rusiya KİV bu tərəfin “diz üstündən duran Rusiyaya” problem yaratmaq istəyən Türkiyənin olduğuna eyham vururlar. O, Azərbaycanı Ermənistana qarşı daha bir cəbhə açmağa sövq etdirib. Ermənistan isə məlum olduğu kimi, Rusiyanın müttəfiqidir, deməli, cəbhə həm də Rusiyaya qarşı açılıb.
Amma Azərbaycanın Ərdoğanın ambisiyaları ucbatından belə riskli avanturalara gedəcəyinə inanmaq çətindir, - analitik hesab edir. – mənə elə gəlir ki, bu gərginlikdə daha çox Moskva maraqlıdır. Vladimir Putin dahi sülhməramlı kimi bu regionda sülhün bərqərar olması üçün öz xidmətlərini təklif etsin.
Həm də məhz bu sülhməramlılıq qulaqlarını döyən qərb dövlətlərinin icazəsi ilə açıq şəkildə dövlətlərin təmas xəttinə qoşun yeritməyə imkan verəcək.
Bu isə Moskvanın Gürcüstan üzərində olan çoxdankı nəzarətinin Azərbaycan və Ermənistana da şamil edilməsidir. Ani olaraq Rusiyanın Ermənistandakı Gümrü bazasına dəhlizin açılması məsələsi ortaya çıxır, bu dəhliz isə Gürcüstandan keçir.
Ukraynada olan təsvir ilhamverici qüvvəsini itirdikdən sonra Suriyaya soxuldular. Suriyada iştahanı azlatmalı oldular, eybi yox, Qafqazda da at oynatmaq olar”. (haqqin.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?