İstintaq keçmiş hərbçiniyə qarşı hücumu araşdırmır
“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli aprelin 2-də ona qarşı hücumun sifariş əsasında törədildiyini hesab edir. O, Baş Prokurorluq rəsmisinin hücumun onunla hücum edən şəxs arasında münaqişə zəminində baş verməsi haqqında bəyanatı ilə razılaşmadığını bildirib. “Mənim fikrimcə, bu işin sifarişçisi var. Polis deyir ki, biz saxlanılan şəxsi – Elxan Hüseynovu prokurorluğa təhvil vermişik, prokurorluq isə saxlanılan şəxsin onlara təhvil verilmədiyini bildirir. İkinci şəxsin axtarılması barədə hələlik göstəriş yoxdur. Mənim hesablarıma görə, orada cinayətin iştirakçısı 3 nəfər olub. 3-cü şəxs küçədən gözətçi kimi dayanıb.Buna baxmayaraq hüquq-mühafizə orqanları heç bir tədbir görmür”, deyə Cəfərli bildirib. O bildirib ki, onun hüquqlarını Müdafiə Komitəsi ilə yanaşı, hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət üzrə ictimai komitə də yaradılıb. Y.Cəfərlinin hüquqlarını müdafiə komitəsinin sədri Telman Əbilov istintaq orqanlarının hadisənin araşdırılması istiqamətində heç bir fəaliyyət göstərmədiyini qeyd edib. Əbilovun sözlərinə görə, saxlanılan şəxsin üzərindən soyuq silah tapılıb. “Görünür, bu şəxslər Yaşar Cəfərlini ya həyatdan məhrum etmək, ya da onun ictimai fəaliyyətini məhdudlaşdırmaq istəyirlərmiş”, deyə Əbilov qeyd edib. Öz növbəsində, hərbi ekspert Üzeyir Cəfərov Cəfərliyə hücum edən şəxslərin Müdafiə Nazirliyinin nümayəndələri olmadığı barədə fikir bildirib. “Bu işin sifarişçiləri var və bu məsələni açmaq lazımdır”, deyə Cəfərov qeyd edib. Y.Cəfərli aprelin 2-də saat 21.30 radələrində Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yaşadığım binanın qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Y.Cəfərli qonşularının köməkliyi ilə ona hücum edənlərdən birini zərərsizləşdirərək polisə təhvil verib. Faktla bağlı ilk olaraq Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi tərəfindən təhqiqat aparılıb və iş daha sonra rayon prokurorluğuna təqdim edilib. Rayon prokurorluğu tərəfindən aparılan araşdırma zamanı hadisəni törədən şəxsin hərbçi olduğu müəyyənləşib və iş araşdırılması üçün Hərbi Prokurorluğa göndərilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?