GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təkər qaraltmaqla güzəranını ağardan 12 yaşlı uşaq: "Elə kişilər var ki..." - VİDEO

Təkər qaraltmaqla güzəranını ağardan 12 yaşlı uşaq: "Elə kişilər var ki..." - VİDEO

Tarix: 10-04-2016, 19:21 Bölmə :Ölkə Baxış: 0
Təkər qaraltmaqla güzəranını ağardan 12 yaşlı uşaq: "Elə kişilər var ki..." - VİDEO

Onun 12 yaşı var. Lakin çiyinlərində böyüklərin belə bəzən bacara bilmədiyi ağır yük daşıyır. Balaca qəhrəmanım gündəlik qazancını təkər qaraltmaqla çıxarır, təkcə özünün yox, xəstə anasının, üç bacısının ehtiyaclarını ödəyir.

Kiçik yaşlarından həyat mübarizəsinə başlayan Əbdül Əbdülovla təsadüfən, "28 may" metrostansiyası yaxınlığında çəkiliş apararkən qarşılaşdım. Əyinində köhnə paltar, ayağında cırıq ayaqqabısını görəndə onu qaraçı uşaqlarından biri sandım. Gözü elə hey əlimdəki kamerada idi. Maraqla baxıb, onun necə çalışması ilə maraqlanmağa başladı. Nəhayət, bu balaca oğlan çəkiliş prosesindən diqqətimi yayındıra bildi. Əvvəlcə o, sual-cavaba başladı.
"Nə çəkirsən?", "Mən də çəkə bilərəm?", "Nə sualı verirsən camaata?"... Uşaq marağı ilə ard-arda verdiyi sualları cavablandırdım, sonra da mən onun həyatı ilə maraqlanmağa başladım.

gundemxeber.az musavat.com-a istinadən xəbər verir ki, azyaşlı olmağına baxmayaraq, Əbdülün həyat hekayəsi çox təsirlidir. Hamı kimi onun da ailəsi var. Anası və iki bacısı, bir də ögey atası... Sonuncu şəxsin ona olan yad münasibəti üzündən Əbdül evlərində gecələyə bilmir. Lakin buna baxmayaraq o, anasını və bacılarını atmır, evindən uzaqlaşmır, cüzi qazancı ilə onların ehtiyaclarını ödəyir.
"Öz doğma atam həyatda olsa da, artıq illərdir ki, görüşmürük. Ayrılmışıq... (fikrə gedir). İndi ki ögey atamla da "aram yoxdur". Bu səbəbdən də onlarla yaşamıram. Gündəlik 3 manatlıq daxmada qalıram. Ona görə də çox işləməli oluram".

Gündə 8 manat qazanıram...

Əbdül başqa küçə uşaqlarından çox fərqlənir. 12 yaşı olsa da, yaşından çox bildiyi, bacarıqlı olduğu hiss olunur. Gündəlik qazancını alının təri ilə qazandığını və heç kimə yemək və yaxud pul üçün əl açmadığını deyir. Sözlərinin doğruluğuna inanmaq üçün onu bir qədər izləmək yetər ki, nə qədər zəhmətlə 8 manatı qazandığınn şahidi olasan. Elə mən də söhbətimizi yekunlaşdırıb, qəhramanımın izinə düşürəm. Bir qədər keçdikdən sonra yol kənarında 1-2 avtomobilin təkərini qaraldıb, 80 qəpik alır. Oradan isə "28 may" metrostansiyasının yaxınlığındakı şirniyyat evinə gedir.

Ardınca, içəri daxil oluram. Əbdül kassanın yanına yaxınlaşıb nahar üçün yemək almaq istəyir. Yaxınlaşıb onun sifariş verdiyi çay və şirniyyat pulunu ödəmək istəyirəm. Lakin "olmaz, mən dilənçi deyiləm"deyib, acıqlanır. Cibindən bir qədər öncə qazandığı pulu çıxarıb kassaya ödəniş edir. Qüruru tapdanmış kimi masada əyləşir və acıqlı-acıqlı mənə baxır. Bir qədər sonra istehza ilə "gəl əyləş" deyir. Beləcə söhbətimizə davam edirik. Ətrafdakıların onun nimdaş geyiminə aşağılayıcı baxışlarından da qəzəblənir. Ətrafa "nə olub, nəyə baxırsan" -deyə qışqırır.

"Həftədə iki dəfə bacılarıma pul verirəm..."

Əbdül gündəlik qazandığı pulun bir hissəsini bacıları Aytən və Humaya (adlar şərtidir- M.M.) xərclədiyini deyir: " Qazandığımın hamısını özümə xərcləmirəm. 8 manat qazancımın 3 manatını qaldığım daxmaya, 2-3 manatını isə "obedimə" xərcləyirəm. Qalan pulu yığıram. Bacılarım məktəbə gedir. Onalara cibxərcliyi verirəm. Söz vermişəm ki, işləyib onları özümlə aparacam". Deyir ki, o yaşadığı müddətdə bacılarına nəinki atalığı, anası belə güldən ağır söz deyə bilməz. Bir az böyüyən kimi, bacılarını yanına almağı planlaşdırır: "Evə getmirəm, bacılarımı məktəbdə gedib görürəm. Soklarını, bulkalarını alıb aparıram. Dərsdən çıxandan sonra aparıb gəzdirirəm. Sonra da aparıb evə ötürürəm. 3 bacım var. 7 yaşındadılar, birinci sinifə gedirlər. Onlara heç kim güldən ağır söz deyə bilməz, balaca olsam da hamısını döyərəm".

İkinci iş yeri kimi əl- ayaq işləri...

Qəhrəmanımın həyatda ən böyük arzusu ev ustası olmaqdır. O, arzusuna çatmaq üçün həftənin müəyyən saatlarında usta yanında fəhlə kimi çalışır. Məqsədinə çatmaq üçün usta yanında əl-ayaq işləri görür, divar rəngləmək, "oboy" çəkmək və sairə işləri də bacarır. Bu işdən də gəliri olduğunu deyir. Elə olur ki, gündə 15 manat qazanır. Deyir ki, indi çox kişilər onun qazandığını qazana bilmir.
Əbdül şəhərdə bütün günü küçələrdə olduğu üçün insanların xarakterlərinə də yaxşı bələddir. O deyir ki, işini gördüyü insanlar bəzən onun pulunu vermirlər: "Yaşadığım yerdə bina evlərindən səsləyib nə isə almağı istəyirlər. Kiminin zibilini atıram, kimi üçün isə mağazaya gedib alış-veriş edirəm. Bu işlərimə görə, adətən 50 qəpik pul verirlər. Amma haqqıma girənlər də olur. Elə ailələr var ki, imkanlıdır, amma pul verəndə canları çıxır".
Ancaq Əbdülün bacarığını görüb, ona yaxşı bəxşiş verənlər də olub: "Bir dəfə Novxanıda bir kişinin maşınının təkərini qaraltdım. Elə səliqəli işlədim ki, xoşuna gəldi, çıxarıb 100 manat verdi. Həmin gün evə taksi ilə gəlmədim, avtobusla gəldim. Çünki, pulun qədrini bilmək lazımdır. Bu gün varsa, sabah olmaya da bilər".
Danışıb qurtarandan sonra, böyük ədası ilə "sağ ol, qaqa, görüşərik" deyib ayrılır. Yaşadığı yerə getməyimizi isə istəmir. İti addımlarla uzaqlaşıb, növbəti müştərisini axtarmağa gedir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Azərişıq” 3 uşaq anasının intiharına səbəb olub? - “280 manat cərimə çekini görəndə…”

    “Azərişıq” 3 uşaq anasının intiharına səbəb olub? ...

    25-01-2018, 18:55

  • 
  • Gəncədə anasının bıçaqladığı uşaq öldü

    Gəncədə anasının bıçaqladığı uşaq öldü ...

    29-06-2015, 10:33

  • 
  • Gənclərdən inanılmaz "avtoşluq" - iki təkər üstə gedən maşının təkərini açdılar - VİDEO

    Gənclərdən inanılmaz "avtoşluq" - iki ...

    13-04-2017, 10:02

  • 
  • Bakıda azyaşlı uşaq anasının meyidini hamamda tapdı

    Bakıda azyaşlı uşaq anasının meyidini hamamda ...

    8-01-2014, 11:59

  • 
  • Salyanda 10 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb

    Salyanda 10 yaşlı uşaq yük maşınının altında ...

    1-10-2018, 11:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu