“Azərbaycan saatı”nın ardınca “Müsavat vaxtı” gəlir
"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin layihəsi olan “Azərbaycan saatı”nın ardınca Müsavat Partiyası da peyk vasitəsilə teleyayım həyata keçirəcək. Müsavat Partiyasındakı mənbələrdən AzNews.az-a sızan məlumata görə, artıq bununla bağlı Türkiyə telekanllarının biri ilə danışıqlar da uğurla başa çatıb. Belə ki, “Müsavat vaxtı”nın həftədə iki dəfə Ulusal telekanalıyla yayınlanacağı gözlənilir. Mənbənin dediyinə görə, bununla bağlı danışıqlar uzun müddətdir, davam edirmiş və yekun razılıq Müsavat başqanı İsa Qəmbərin Türkiyəyə sonuncu səfəri zamanı əldə olunub. Məlumatda qeyd olunur ki, hər veriliş üçün bir saatlıq zamanın ayrılması nəzərdə tutulub. Verilişlərin Bakıda hazırlanacağını bildirən mənbəmizin sözlərinə görə, Türkiyə kanalından efir vaxtının alınması Müsavata hər ay üzrə 10 min dollara başa gələcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?