"Mən ömür boyu nə fikirləşmişəm onu da demişəm və təəssüf ki, virtualaz.org mənim fikirlərimi olduğu kimi təqdim etməyib". Bu barədə Gün.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, “Freedom House” təşkilatının nümayəndələri gələndə onlarla görüşmür: “İki-üç nəfər hüquq müdafiəçisi var ki, ancaq onlarla görüşürlər. İkincisi mən “qələt edir” sözünü deməmişəm, bu mənum leksikomumda yoxdur. Mən demişəm ki, düzgün monitorinq aparmırlar, əgər monitorinq düzgün aparılsaydı, qonşu Ermənistan, Gürcüstan, Rusiya, hazırda isə Türkiyədəki vəziyyəti görərdilər. Bu ölkələrdə vəziyyət bizdən acınacaqlıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?