GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Başçı və komandası saxtakarlıqla məşğuldur

Başçı və komandası saxtakarlıqla məşğuldur

Tarix: 28-06-2016, 18:55 Bölmə :Siyasət Baxış: 797
Başçı və komandası saxtakarlıqla məşğuldur

Bu rayonu ağuşuna alan, çoxsaylı sosial problemlər məngənəsində boğulan Gədəbəy haqqında saatlarla, günlərlə, hətta həftələrlə yazsaq da, heç də bütün problemlərin varlığını əhatə edə bilmərik

Ölkəmizin qərb zonasında yerləşən rayonlar içərisində Gədəbəyin adı çəkiləndə, hər kəsin nəzərində bir anlığa olsa belə, Azərbaycan aliminin, ziyalısının, elm xadimlərinin, tanınmış simalarının, bir sözlə nüfuzlu ictimai-siyasi xadimlərinin və s. doğulub boya-başa çatdığı bir ərazi olaraq canlanır. Biz bunu sözgəlişi demirik, əsl həqiqət olduğu üçün çoxsaylı oxucularımızın da diqqətinə çatdırırıq. Baxmayaraq ki, təqribən dörd il bundan əvvəl Gədəbəy rayon rəhbərliyinə təyinat alan cənab Ramiz Yediyarov, bir müddət bundan əvvəl çoxsaylı sahibkarların problemlərini həll etmək əvəzinə, gədəbəyliləri “dilənçi” adlandırmaqdan da belə ehtiyat etməyib. Belə bir fikri səsləndirərkən o, unudub ki, Gədəbəyin adı yaxın-uzaq tariximizdə hər zaman qəhrəmanlıq diyarı olaraq yada salınıb, fəxr ediləsi bir ərazi olaraq xatırlanıb. Belə bir səbəblər üzündən də, istər Gədəbəy rayonu, istərsə də gədəbəylilər barəsində bu cür əsası olmayan yanaşmanın ortaya qoyulması, heç cür yolverilməz haldır. Əslində belə bir fikrin səslənməsi istənilən şəxs üçün, xüsusilə də icra başçısı vəzifəsini daşıyan Ramiz Yediyarov üçün, olduqca ucuz yanaşmadan başqa bir şey deyil. Çünki hər hansı bir şəxsin dar düşüncəsi ilə, dilənçi adını gədəbəylilərə şamil etmək olmaz.
Bəli, bu gün Gədəbəyi ağuşuna alan, çoxsaylı sosial problemlər məngənəsində boğulan bu rayon haqqında saatlarla, günlərlə, hətta həftələrlə yazsaq da, heç də bütün problemlərin varlığını əhatə edə bilmərik. Adicə bir məqama diqqət yetirək. Bir neçə il bundan əvvəl Kamran Rzazadənin icra başçısı olduğu Gədəbəydə neçə nəfər şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu, bəs bu gün neçə nəfər məşğul olur? Belə bir statistikanın fərqi, əslində çox şeyləri izah etməyə əsaslar verir. Çünki, sahibkar nə qədər çox olarsa bir o qədər də ucuzluq olar, əhalinin maddi ehtiyacları və.s-də, bir o qədər çox ödənilər. Ən əsası, büdcəyə daxil olmaların həcmi də çoxalar. Bəs bu gün nələr baş verir? Kamran Rzazadənin icra başçısı olduğu illərdən fərqli olaraq, Gədəbəydə iş qurmaq istəyən, işsizliyin qarşısını almaq istəyən çoxsaylı sahibkarlar gözümçıxdıya salınır, daha çox onlar rayonu tərk etməyə məcbur edilirlər. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibinə müvafiq tapşırıqlarını verir ki, “yerli vəzifə sahibləri sahibkarlıqla bağlı problemlərə diqqətlə yanaşmalı, onlara lazımi şərait yaratmalı, hətta süni maneələri də aradan qaldırmağa birbaşa borcludurlar” deyə, müvafiq tapşırıqlarını verir. Belə bir tapşırıqların verilməsinə baxmayaraq, bəs bu gün Gədəbəydə nələr baş verir? Baş verən o oluR ki, gədəbəyli sahibkarlara məxsus obyektlər heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan tarmar edilir, son anda da onlara verilməli olan kompensasiyalar ödənilməyir. Yaşanan problemlərlə bağlı ünvanlanan müraciətlər isə, heç bir halda saya salınmayıb, hansısa bir sahibkara icra hakimiyyəti səlahiyyətlisinin imzası ilə əsaslandırıcı cavab da verilməyib. Bax budur Gədəbəydə yaşanan mənzərə, reallığı əks etdirən ab-hava və ən əsası Ramiz Yediyarovun tətbiq etdiyi idarəçiliyin mahiyyəti!. Belə olan halda tam əksəriyyət o düşüncəyə sahib olur ki, ölkə rəhbəri cənab İlham Əliyev Gədəbəydə bu cür idarəçilik tətbiq edən, çoxsaylı sahibkarlara problemlər yaradan, rayon ərazisində həddi-hüdudu bilinməyən sosial problemlərin tüğyan etməsinə səbəbkar olan rayon rəhbərliyini “yola salmalı” və o, ötən dörd il ərzində qol qoyduğu çoxsaylı qanunsuzluqlara görə də, qanun qarşısında cavab verməlidir. Çünki, ötən dörd il ərzində neçə-neçə sahibkarlar həm maddi, həm də mənəvi sarsıntılara məruz qalıblar.
Belə sahibkarlardan biri də Əliyev Oqtay Qara oğlu olub ki, ona məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən 38,5kv.m-lik mağaza, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan darmadağın edilir. Hansı ki, o, şəxsi mülkiyyətində olan mağazasına dair, 08-avqust 2008-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri, Şəmkir rayon Ərazi İdarəsi rəisinin imzası ilə (reyestr №505013000395-06301) çıxarış da alıb. O, “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “mənə 09 dekabr 2014-cü ildə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı, memarlıq və tikinti şöbəsi rəhbərliyinin imzası ilə verilmiş № Ə-72 saylı cavab məktubunda da bildirilir ki, “Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən 38,5kv.m-lik mağaza sizin şəxsi mülkiyyətinizdədir”. Eyni zamanda həmin qurumdan verilən cavab məktubunda o da bildirilir ki, “Siz 16 mart 2011-ci il tarixdə şəxsi mülkiyyətinizdə olan mağazanı “Rabitəbank” ASC-yə girov qoyaraq 50000 min manat məbləğində kreditə pul da götürmüsünüz. Yəni, mağaza ekspert rəyi əsasında 50000 manat dəyərində qiymətləndirilmişdir”. Əsas da, “Rabitəbank”ın 22 sentyabr 2014-cü il tarixdə Gədəbəy rayon İH-nə göndərdiyi RB-02/PK-3025 saylı məktubu göstərilir. Elə ki, mən kreditə götürdüyüm pulu vaxtında ödəyə bilmədim, o halda bank tərəfi mənİ məhkəməyə verdi. Binəqədi rayon Məhkəməsinin 2(001)-824/2014 nömrəli 15 aprel 2014-cü il tarixli, Bakı Apelliyasiya Məhkəməsinin isə 2(103)-3900/14 nömrəli 05 oktyabr 2014-cü il tarixli qətnamələrinə əsasən, mağazamın boşaldılması və hərrac yolu ilə satılıb əldə olunan pulun kredit borcuna tutulması barədə qərar da çıxarılmışdır.
Vəziyyətin belə bir həddə çatmasına səbəb, hələ Ramiz Yediyarovun 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini daşıyarkən mənimlə qərəzçilik aparması və tabeçiliyində olan əməkdaşlara göstəriş verərək, məni 2224,69 manat məbləğində cərimə etdirməsi də olmuşdur. Belə bir problemlə üz-üzə qaldığımdan məcbur olub, Vergilər Nazirliyinə davamlı şikayətlərimi ünvanladım. Bunula bağlı 29 oktyabr 2013-cü ildə qərar qəbul edilmiş və kameral vergi yoxlaması nəticəsində hesablanmış 2224,69 manat vergi məbləği də silinmişdir. Bütün bunlar bir sahibkar olaraq ümumi fəaliyyətimə əngəllər törətdiyindən, “Rabitəbank”a olan kredit borcumu vaxtında ödəyə bilmirdim.
Bu gün isə vəziyyət tamamilə dəyişib. Çünki, şəxsi mülkiyyətimdə olan 38,5kv.m-lik mağazam 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan darmadağın edildikdən sonra, bank tərəfi ikinci girovluqda olan mənzillə bağlı da məhkəməyə müraciət edir. Binəqədi rayon Məhkəməsinin çıxartdığı qərara əsasən, ikinci girovluqda olan mənzil hərraca çıxarılmalı və hərracdan əldə olunan pul vəsaiti də, kredit borcunun ödənilməsinə yönəldilməlidir. Bununla bağlı Binəqədi rayon İcra Şöbəsi 26 yanvar 2015-ci il tarixdə mənə № 095 saylı bildiriş məktubu da göndərir. Göndərilmiş məktubda bildirilir ki, “hərrac 27 fevral 2015-ci il tarixdə saat 11:00-da Bakı şəhəri M.Müşfiq küç-2A ünvanında keçiriləcək”. Hətta, hərraca çıxarılmış mənzillə bağlı “MARKET” qəzetinin 26.01-01.02 2015-ci il tarixli sayında elan da yerləşdirilir. Elə ki, dərc olunmuş elanla bağlı müştəri mənimlə əlaqə saxlayıb mağazamı almaq istədiyini bildirdi, o halda ona da çatdırdım ki, elan verilməsinə baxmayaraq, mağazam 12 fevral 2015-ci il tarixdə icra hakimiyyəti başçısının vermiş olduğu şifahi tapşırıq əsasında yerlə-yeksan edilib.
Bu cür haqsızlıqlarla bağlı dəfələrlə Prezident Administrasiyasının rəsmisi Tağı Tağıyevin iki dəfə qəbulunda olsam da, Dövlət Təhlükəsizlik Xidməti İdarəsində etdiyim müraciətlə bağlı şəxsi işlərim götürülsə də, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Prezident Administrasiyası Dövlət Nəzarəti Şöbəsinin müdirinə, MM-in deputatına, PA-dan Gədəbəy rayonu üzrə təyin olunmuş səlahiyyətli şəxsə yazılı müraciətlərimi ünvanlasam da, şifahi telefon əlaqəsi saxlasam da, hələ də bir nəticə yoxdur. Təəssüf doğuran hal o olur ki, adı çəkilən qurumlara ünvanladığım müraciətlər tədbir görülməsi üçün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına göndərilsə də, icra hakimiyyətindən həmin qurumlara əsası olmayan cavablar göndərilir və beləliklə də üz-üzə qaldığım problemlər 15 aydan çoxdur ki, həllini tapmır.
Diqqəti o hal da cəlb edir ki, hələ bir müddət bundan öncə Baş Prokurorluqda qəbulda olarkən, həmin qurumun rəsmi şəxslərindən biri ehyam vurdu ki, “sizin problemlərinizlə bağlı rəhbərlik də məlumatlıdır. Gədəbəy rayon rəhbərliyi Vergilər Nazirliyi ilə sıx təması olduğundan, onunla bağlı lazımi tədbirlər görülmür. Bu da problemlərinizin həll olunmamasına səbəb olur”.
Bütün bunlar onu söyləməyə əsas verir ki, nə qədər ki, Ramiz Yediyarov icra başçısı vəzifəsini daşıyır, deməli Gədəbəydə sahibkarların problemləri problem olaraq qalacaq.
Araşdırmamız davam edəcək.

Akif Quliyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

    Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri ...

    23-07-2016, 21:01

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • İki məmurun “giroluğunda” saxlanılan rayon

    İki məmurun “giroluğunda” saxlanılan rayon ...

    16-07-2016, 02:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu