GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əli Kərimli ad günündə həyat yoldaşının gözü ilə

Əli Kərimli ad günündə həyat yoldaşının gözü ilə

Tarix: 28-04-2016, 14:55 Bölmə :Ölkə Baxış: 0
Əli Kərimli ad günündə həyat yoldaşının gözü ilə

Samara xanım heç yerdə danışmadıqlarını bizə danışdı

Bu gün AXCP sədri Əli Kərimlinin doğum günüdür. Bu dəfə ənənədən çıxaraq doğum günü olanı yox, onun həyat yoldaşını müsahib seçdik. Əli Kərimli barədə suallarımızı xanımı Samara Seyidovaya ünvanladıq. Onların 25 ildir birgə gəldikləri yola Samara xanımın gözləriylə baxdıq.

– Samara xanım, bu gün Əli bəy həyatının tarix dolu yarım əsrini başa vurur. Düşündük ki, belə bir gündə onun ən yaxın dostunun, həyat yoldaşının fikirlərini öyrənmək daha maraqlı olar. Bu uzun yolu dönüb geri baxdığınızda, Əli bəyin qazandıqları ilə itirdiklərini müqayisə etsəniz, nəticə necə olar?

– Əli bəyin itirdikləri də var; yaxın hesab etdiyi dostlarını, komfortlu şəxsi həyat, yüksək vəzifə və s. bu kimi bir insanın həyatında əldə etdiyi və sonra da elə bu dünyada qoyub getdiyi sərvətlər. Əslində, bəzi itirdiyi “yaxın dostları”ndan vaxtında qurtulması Allahın bir lütfü imiş. Indi onların harda durduğunu, nə işlərə imza atdıqlarını görəndə fikirləşirəm ki, nə yaxşı, vaxtında yollarımız ayrılıb. Elə maddi sərvət, komfort da Əli bəy üçün heç zaman prioritet olmayıb. Belə olmasaydı, hələ hüquq fakültəsinin məzunu olarkən çoxlarının arzuladığı prokurorluq orqanlarına təyinatdan gözünü də qırpmadan imtina etməzdi. Amma Əli bəyin qazandıqları müqayisəedilməz dərəcədə çoxdur. Əli bəy millətinin müsbət qəhrəmanları sırasına girdi, nə fiziki, nə mənəvi təhlükələrdən sınmadan, əyilmədən, usanmadan, bir an olsun belə, haqq uğrunda açdığı savaşdan geri çəkilmədi. Əli bəy bu savaşda çoxlu həqiqi dostlar qazandı, prinsipial həmkarları və ardıcılları ilə birlikdə repressiya maşınının qabağında sipər oldu, onlar Azərbaycanı Özbəkistan, Türkmənistan olmağa qoymadılar. Hər zaman bütün məhrumiyyətlərə rəğmən həqiqətləri söylədi və prinsipial demokratları dəstəklədi. Bu dirənişin nəticəsidir ki, bu gün artıq həqiqəti söyləyənlərin sayı günü-gündən artır və proseslər geri dönməz xarakter alır. Özü demişkən, Əli bəyi tuta da bilərlər, öldürə də bilərlər, amma mənəvi cəhətdən o qalib olacaq həmişə.

– Təbii, bu gün Əli bəyi sevmək asandır, amma gənc vaxtı o belə tanınmırdı və siz də o vaxt tanış olmusunuz. Necə olub tanışlığınız və sevgi hekayəniz?

Əli Kərimli ad günündə həyat yoldaşının gözü ilə

– Mən Əli bəyi uzaqdan-uzağa tanıyırdım, hüquq fakültəsinin tələbəsi kimi, amma yaxından meydan hərəkatında tanıdım. Biz meydanda tez-tez söhbətləşirdik dostlarla bir yerdə və kimin kim olduğu da bəlli olurdu. Bir gün rus qoşunları tanklarla meydanı mühasirəyə aldılar, gözlədilər ki, gecə olsun, adamlar dağılışanda meydana hücum etsinlər. Axşam saatlarında Əli bəy dostları ilə birlikdə meydandakı qızları evə göndərməyi təkid edirdilər. Biz də söz verdik ki, gedirik, amma meydandan çıxmadıq. Həmin gecə saat 12-də tanklar üstümüzə yeriməyə başladı. Biz ələ–ələ verib dayandıq tankların qabağında ki, sürüb keçsinlər üstümüzdən, yəni şəhid olacağımızı düşünürdük. Bu zaman mən qabaqdakı sırada Əlini gördüm, o mənə baxıb gülümsəyirdi. O andan münasibətlərimiz dərinləşməyə başladı. Bu gün geriyə baxanda, görürəm ki, mən onu necə şəxsiyyəti bütöv bir insan kimi tanımışamsa, eləcə də qalıb, dəyişən sadəcə dünyagörüşüdür, həyat təcrübəsidir.

– Bu illərdə siz də Əli bəylə birlikdə repressiyalara məruz qalmısınız. Belə bir siyasətçinin ailəsi olmaq çətindir, deyilmi?

– Sivil ölkələrdə siyasətçi ailəsi olmaq elə də çətin deyil. Təbii ki, Azərbaycan kimi demokratiyanın, qanunların ayaqlar altına atıldığı bir cəmiyyətdə siyasətçi də, onun ailəsi olmaq da ağır işdir. Amma söhbət həqiqi, prinsipial siyasətçidən gedir. Bilirsiniz, nə edə bilərik, bu cəmiyyətdə yaşayırıqsa, söhbət vətənimizdən, millətimizdən və alternativimiz repressiyaya boyun əyməkdən gedirsə, dözməkdən başqa çarəmiz yoxdur. Əli bəy çox böyük dəyərlər uğrunda savaş aparır, biz də ailəsi olaraq onu dəstəkləyirik və onunla fəxr edirik. Əli bəyə qarşı qaydasız “döyüşlər”in hamısı acizlikdən irəli gəlir. Baxın, bu qədər polis və ordunun arxasında gizlənib Əli bəyi məntiqlə, arqumentlərlə susdura bilməyən acizlərin onun üstünə söyüş batalyonu göndərməsini necə alqılayaq? Nəticə nə oldu, o boyda müsəlman dünyasının peyğəmbəri ilə müqayisə etdilər Əli bəyi. Bir hörmətli din xadimi zəng edib dedi ki, Əli bəy, boş verin, Əbu Cəhl də vaxtilə peyğəmbərimizin üstünə tərbiyəsiz qadınları göndərmişdi. Tarixdə peyğəmbərin də yeri bəlli, Əbu Cəhlin də.

– Elçibəy hakimiyyəti devriləndə Qərb ölkələrindən birinə çıxıb getsəydiniz, indi komfortlu həyatınız, yaxşı işləriniz, layiqli statuslarınız vardı. Belə deyənlər çoxmu olur sizə?..

– Dərindən tanıyanlar demirlər, ancaq belə fikir səsləndirənlər olub. Amma bəzən məni qıcıqlandıran, MTN-in dövriyyəyə buraxdığı bir fikir səslənir zaman-zaman – “bunlar da hakimiyyət uğrunda mübarizə aparırlar”. Bu çeynənmiş fikrə cavab olaraq demək istəyirəm ki, təbii, hər kəs öz arşını ilə ölçər, onların həyatının mənası pul-paradır deyə, başqa ülvi dəyərlər nə olan şeydir bilməzlər, bir əsr yaşasalar belə. Elçibəy hakimiyyəti devrilən zaman Əli bəy dövlət katibi idi. O istefa verib evə gələndən sonra Heydər Əliyev düz 4 dəfə ona zəng vurdu və onunla qalıb işləməsini təkid etdi, “mənə sənin kimi qabiliyyətli kadrlar lazımdır” dedi. Amma Əli Kərimli qətiyyətlə imtina etdi. Əli Kərimli pul, vəzifə düşkünü olsaydı, o zaman onun təkidi ilə qalıb işləyərdi, hələ də vəzifədə idi. Bilmirlərsə, mən onlara deyim, hər bir millətin üzərinə xüsusi missiya qoyulmuş övladları var. Onlar millətinin evolyusiyasında önəmli rol oynayırlar, onlar tarixi şəxsiyyətlərdir, heç zaman millətin yaddaşından silinməzlər, tarixə dönüb ömürlük yaşayarlar. Məmməd Əmin Rəsulzadənimi, böyük maarifçi Həsən bəy Zərdabinimi, Nəsib bəy Yusifbəylinimi, Cəlil Məmmədquluzadənimi və başqa belə şəxsiyyətlərimi yaddaşlardan silə bilərlər? Yox. Bu böyük şəxsiyyətlər özlərinə görəmi, klanına görəmi, hər hansı mənfəətlərinə görəmi olmazın əziyyətini çəkdilər bu millət üçün?

– Bilirik ki, şəxsən siz özünüz də çox haqsızlıqlara məruz qalmısınız bu illərdə. İşdən çıxarılmısınız, xarici təşkilatda işə düzəldikdən sonra hakimiyyətin təzyiqi ilə orda da işləməyə icazə verilməyib, qardaşınızı 4 ildən çoxdur siyasi girov saxlayırlar. Sizcə, nədəndir bu qədər aqressivlik?

Əli Kərimli ad günündə həyat yoldaşının gözü ilə

– Bunların hərəkətləri heç bir məntiqə sığmır. Hətta bir zamanlar biz bir qrup ziyalı qadın “Mərhəmət” adlı proyekt edirdik. Uşaq evinə, qocalar evinə gedirdik, onlara öz əllərimizlə ləzzətli yeməklər bişirirdik, onların həyatını hərdənbir olsa da, rəngləndirməyə çalışırdıq. Onu da qeyd edim ki, bunu da heç yerdə adlarımızı çəkmədən edirdik, yəni bilmirdilər biz kimik. Bu hakimiyyət o işlərimizə də mane oldu, bir gün əlil uşaqlarla tədbir etdiyimiz yerdə ora polis gətirdilər və bizə mane oldular. Sonra qocalar evinə də getməyə qoymadılar, bizə dedilər ki, birdən qocaları zəhərləyərsiniz. Bu cür absurd düşüncə sahibidirlər bunlar.

– Və gəlib çıxdınız 25 illik evlilik tarixinə. Bu qədər illərdən sonra münasibətlərinizdə, hisslərinizdə nələr dəyişib, azacıq da olsa, kütləşmə hiss etdiyiniz olubmu heç?

– Qoyurlar ki, kütləşməyə?!. Hər zaman ekstremal situasiyada hisslərimiz bir az da sınaqdan çıxıb möhkəmlənir. Doğrudan da, mən gənclərə tövsiyə edərdim ki, diqqətli olsunlar ailə seçimində. Ailə quran insanlar bərkə-boşa düşəndən, bir-birini tanıyandan sonra evlənsinlər. Yoxsa qarşılarına çıxan ilk çətinlik nəinki onları ayırır, hətta düşmən edir.

– Sirr deyilsə, Əli bəy boş vaxtlarını necə keçirir?

Əli Kərimli ad günündə həyat yoldaşının gözü ilə

– Əli bəy çox işgüzardır, çox işi olanda istirahətsiz də işləyə bilir, amma kiçik oğlumuz Timur onu işindən ayıra bilir. Timurla oynamaqdan zövq alır, Timura indidən kişilik dərsi verir. Yoqa və idman saatlarımız var. Çalışırıq ki, fiziki çismimizlə yanaşı, ruhumuzu da formada saxlayaq. Yaxşı musiqiyə qulaq asırıq, əhval-ruhiyyəmizə uyğun olaraq məşhur filmlərə baxmağa çalışırıq. Baxdığımız filmlərdən, yaxud kitablardan etkilənəndə onu böyük həvəslə müzakirə edirik və işin ən maraqlısı da bu olur, məncə.

– Nə gözəl. O zaman belə bir sual. Ən son baxdığınız, sizi təsirləndirən film, oxuduğunuz kitab hansı olub?

– Son dəfə Michael Hanekenin çəkdiyi “Amour” filminə baxmışıq, çox təsirli idi. Evtanaziyanın legitimləşdirilməsi ideyasının xeyrinə xeyli arqumentlər verir. Umberto Ekonun “The Prague Cemetery” (Praqa Qəbiristanlığı) kitabı maraqlıdır. Bu əsərdə yəhudilərin əleyhinə Hitleri ilhamlandıran Sion Liderlərinin Protokollarının saxtalaşdırılması, masonlar və digər gizli təşkilatlarla bağlı intriqalar yer alır.

– Əli bəyin illərdir fiziki cəhətdən formada qalmasının sirri də maraqlıdır. Qida rasionunuzadamı xüsusi diqqət verirsiniz?

– Biz rasional qidalanmaya üstünlük veririk. Əli bəy xüsusi yemək düşkünü deyil. Mən çalışıram ki, insan orqanizminə nə lazımdır, nə sağlamdır, onu hazırlayım.

– Əli bəyə ad günündə nə arzulayırsınız?

– Onun üçün hər kəsdən və hər şeydən öncə gələn vətənimiz Azərbaycana tezliklə demokratik, sivil ölkələrdə olduğu kimi insanın deyil, qanunların şah olduğu, ədalətli, legitim bir cəmiyyət arzulayıram. Tezliklə Qarabağımızın yenidən Azərbaycanın yurisdiksiyasına qayıtmasını arzulayıram. Şəxsi həyatında da həmişəki kimi sevdikləri ilə birlikdə sağlam və keyfiyyətli həyat arzulayıram.

Söhbətləşdi: Səadət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO

    AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO ...

    12-01-2014, 23:57

  • 
  • Əli Kərimlinin oğluna 25 sutka həbs verildi

    Əli Kərimlinin oğluna 25 sutka həbs verildi ...

    23-09-2013, 17:10

  • 
  • Əli Kərimlinin oğlu saxlanıldı (YENİLƏNİB)

    Əli Kərimlinin oğlu saxlanıldı (YENİLƏNİB) ...

    23-09-2013, 13:49

  • 
  • Əli Kərimli yeni vahid namizəddən danışdı

    Əli Kərimli yeni vahid namizəddən danışdı ...

    23-08-2013, 17:31

  • 
  • Hakimiyyət Əli Kərimli ilə bağlı dezinformasiya yaydı

    Hakimiyyət Əli Kərimli ilə bağlı dezinformasiya ...

    8-12-2012, 18:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu