Vilyam Hacıyev İmişlidə qalmaqalılı başçı kimi Mədəniyyət və Turizm İdarəsinin boş müdür yerinə hələlik 4 nəfərin pulunu alıb, karuselə mindirib- dedi YAP-çı dostumuz. Axrıncı şəxs idarənin mühasibi Süleyman olub ki, Nazir müavini Sevda xanım ona qəti bildirib. “Mühasib mədəniyyət idarəsinə rəis ola bilməz .“ Süleymanın nazirlikdə diplomu da oğurlatdırılıb. Rayondan aldığımız məlumata görə artıq Süleyman Mədəniyyət İdarəsinə müdür təyin olunub. V.Hacıyevin öz adamı Süleyman işim . Birinci pulu alınan nufuzlu nəsilin nümayəndəsi hələlik adını çəkmək istəmədiyimiz hüquqşunasdır ki, V.Hacıyevi həmin şəxs çətin duruma salıb, hətta ötən həftə V.Hacıyevlə görüşüb sözünü deyib. Bu şəxs başçı haqqında çox məlumatlıdır. İç-içə geydirilmiş minadır ki, V.hacıyev ona etiraf edib : “Nazirlik mənə öz adamımı təyin etməyə imkan vermir deyib”. Ş.Əliyev isə Maliyyə İdarəsinin şöbə müdüri R.Rəhimovun xalası oğludur. Rəhim bəy idarənin necə gəlirli sahə olduğunu bilir. Özünün xüsusi payı isə hələki 2 aydır azalıb. Onunda pulu batıb. Dördüncü namizəd “Messanat Holding”in prezidenti rayonun özəlləşməsində çox ciddi fiqur olan , hazırda ABŞ-da istirahətini davam etdirən T.İsayevin namizədi Ramazan idi ki, əvvəlki namizədləri vuruşduran, əldən saldıranda V.Hacıyev olub. “Tamahkarlığa Qarşı Hiyləgərlik ” Hind filimində baqqal deyir ki : “Mən deyirəm ki, arvadımın nişan üzüyünü satmışam, bu deyir bu mənim xoşuma gəlir.” V.Hacıyev hamını borca , sələmə salandan sonra öz namizədini Sevda xanıma rəis keçirtdi. V.Hacıyev birinci pulu alınan şəxsdən qurtara bilməyəcək. Həmin şəxs Vilyam üçün kabusa çevriləcək. “İmişlilər yatmış gürzədir, Onu oyadan ömürlük şikəst olur. “ -deyib keçmiş başçı mərhum Əli Məmmədov . mədəniyyət idarəsinin balansında olan 15 ha parkı Aslan Manafov özəlləşdirib. Dörd tərəfini də hasarlatdırıb. Parkda 400 –dən yuxarı Eldar şam ağaclarını kəstirib , yerini şumlatdırıb, sotunu 2500 manata həyətyanı torpaq sahəsi kimi satır. “Gündəm Xəbərin” yazısından sonra onunda başı dərddədir . Əhalinin şikayətindən sonra Bakıda oturanlar A.Manafovu çarmıxa hazırlayır. Digər yandan isə Mədəniyyət İdarəsinin işçiləri də vaxtı ilə parkın salınmasında , qorunmasında əməyi olanlar A.Manafovun parkı şumlatdırmasını eşidib hiddətləniblər. O, parkı 1983-cü il Mədəniyyət idarəsinin balansına veriblər. Həmin 14 ha ərazini Mədəniyyətin işçiləri öz həyətyanı torpaq sahələri kimi becəriblər . Onlar indi haqlarını A.Manafova halal etmirlər. Parkı qorumaq üçün vaxtı ilə parka H.əliyevin adını vermək istəyiblər. Parkın müdüri olmuş şəxs isə dünysını dəyişib. Vaxtı ilə A.Manafov parktakı ağacların qabıqlarını soydurmuşmuş ki, qurusun. Rəhmətlik gəlib bunu görmüş , oturub uşaq kimi ağlayırmış. A.Manafov indi onun ruhunu ağladır. Amma özü də ağlayacaq. Dünya tarixində heç vaxt park ləğv olunmayıb. O ölkədə ləğv olunub ki, başıpozuqluq, anarxiya , özbaşnalıq baş alıb gedib. Burası İmişli , Haramısı olan yatmış gürzələr diyarı, oyunçu aparsın. Hələlik aparan oyunçular müstəqillik dövrü varlaşmış az saylı işbazlardır. Yatmış gürzələr isə yazda oyanır. Gürzələri nahaq oyatdınız
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?