ARB Kəpəz xəbər verir ki, bu gecə Aşağı Mülkülü kəndində yırtıcılar Vahid Məmmədrzayevin həyətinə daxil olaraq 15-dən artıq xırdabuynuzlu heyvanı məhv edib.
Səs-küyə həyətə çıxan ev sahibi bir neçə heyvanın parçalandığını, bir neçəsinin əkin sahələrinə doğru aparıldığını görüb.
Kənd sakini - "Canavarı özüm risk edib qovaladım. Yoldaşımı özüm oyandırmadım ki, nasazdır qorxar. Dedilər bəs qorxmursan canavar səni yeyər? dedim ki, bəs nə edim? risk edib getdim".
Kənd sakini - "1 ayın içində qonşunun həyətində atını yeyib. Yuxarıda ferma var. Orada da heyvan saxlayırlar. Orada da bir at bir mal-qara yeyib".
Son bir ayda canavarlar Aşağı Mülkülüdə 2 at və 1 baş inəyi də parçalayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?