GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qobustan Həbsxanasının rəisindən kütləvi şikayət

Qobustan Həbsxanasının rəisindən kütləvi şikayət

Tarix: 3-05-2016, 18:47 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 0
Qobustan Həbsxanasının rəisindən kütləvi şikayət

Məhkumların əlləri qolu qandallı saxlanılır, görüşə gələn valdieynlər təhqir olunur

Fikrət Qafarov sabiq generasl Zakir Nəsirova xüsusi şərait yaradıb, 4 məhkum ona xidmət göstərir

Uzun illərdir Qobustan Həbsxanasında ömrülük cəza çəkən məhkum Şakir Rzaxanova qarşı təzyiqlər, işgəncə faktları artıb. Bununla bağlı qəzetimizin ötən saylarında geniş məlumat dərc etmişdik. Qeyd etmişdik ki, həbsxananın rəisi Fikrət Qafarov ömürlük məhkumlara dəhşətli işgəncə verir. Həmin məhkumlardan biri də Şakir Rzaxanovdur. Türmə rəisi ömürlük məhkumu insanlığa siğmayan işgəncələr verir, onu tək adamlıq kamerada qolu qandallı saxlayır.

Şakir Rzaxanovun anası, ömürlük məhkumların müdafiə komitəsinin sədri Müslümat Rzaxanova bununla bağlı dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb. O, həmin müraciətin bir nüsxıənisində redaksiyamıza göndərib.

Komitə sədri bildirib ki, dövlət başçısına müraciət etməsinə səbəb son zamanlar cəzaçəkmə müəssisələrində məhbus ölümü barədə aldığı məlumatların əsas mövzuya çevrilməsindən narahat olması ilə bağlıdır: “Qobustan həbsxanasında məhbusların on illərlə xüsusi qəddarlıqlarla təzyiqlərlə məruz qalmasına, onların dövlət başçısına, Ombudsmana, Milli Məclisə və bütün əlaqədar rəhbərliklərə öz pozulmuş haqlarının bərpa edilməsini istəyən ömürlük məhbusların müraciəti səbəb olub. Həmin məhbusların dəfələrlə etdikləri müraciətə münasibət bildirilmədi. Son olaraq məhbus və onların yaxınları Avropa Şurasının Parlament Assamleyasına müraciət etməyə məcbur oldular. AŞPA bununla əlaqədar 16 aprel 2007-ciil tarixdə 1545 saylı qətnamə qəbul etdi.Qətnamə qəbul edildikdən sonra müraciəti göndərən məhbuslar dözülməz işgəncələrə məruz qaldı. Həmin məhbuslara saxta ittihamlar tərtid edilərək, həyati vacib

sənədləri yararsız hala salındı, barələrində saxta xasiyyətnamələr tərtib edildiı “İslaholunmaz” damğası ilə həmin məhbusların adları qara siyahıya salındı. Həmin siyahı hər təzə təyin olunmuş rəisin “stolüstü kitabına” çevrildi”.

Ömürlük məhkuma niyə işgəncə verilir?

Müslümat Razaxanova bildirib ki, həbsxanada 2008-ci ildən məhbuslara işgəncələr verməklə “cəllad” ləqəbi almış, məhbusların saxlanma kameraları satmaqla və digər cinayət xarakterli hərəkətləri ilə ad qazanmış mayor Adil Şirməmmədov və 2 nəzarətçi, Şakir Rzaxanovun qollarını ağrılı vəziyyətdə arxaya qandallayaraq kamerada saxlanmağa icazəli məişət avadanlıqlarını sındırıblar: “Çakirin bütün rəsmi yazışmalarını, hüquqi və digər kitablarını, bütün məhkəmələrlə yazışmalarını, hətta dəftərxana ləvazimatlarını yarasız hala salıblar. Şakrin hətta qələm və zərflərini Adil Şirməmmədovun küçə söyüşləri ilə təhqirlərlə göstərişi ilə daha bir saatdan artıq müddətdə arxadan qolları qandallı vəziyyətdə iztirablara məruz qoyaraq bütün sənəd və əşyalarını, bir neçə gün görüşdə apardığım bütün ərzaqlar yararsız hala salıblar. Rəisin göstərişi ilə Adil Şirməmmədov oğlumu öz vəsaitimizlə təmir edib, nisbətən şərait yaradılmış kamerasından zotakılıqla çıxarılaraq, əvvəldən öyrədilmiş məhbusların olduğu, tam əks xasiyyətli, öyrədilmiş məhbusların saxlandığı 4 nəfərlik kameraya köçürüləüb. Onu qəsdən həyatına təhlükə yaradılıb”.

Məhkum qolu qandallı saxnalımasına səbəb nə olur?

Müslümat Rzaxanovanın sözlərinə görə, Şakirə həbsxanada rəisin göstərişi ilə heç bir səbəb olmadan bütün hallarda əl qandalı tətbiq edilir “Qəsdən saxlandığı kameranı mütəmadi dəyişərək icazəli məişət avadanlıqları sındırılır, ərzaqları yararsız hala salınır. Son dəfə 121-ci kameraya köçürülərək, həbsxanada heç bir məhbus tərəfinfən qəbul olunmayan məhbuslarla bir kameraya köçürürlər. Orada qəsdən mübahisə və dava-dalaş saldıraraq, böhtan xarakterli hərəkətlərlə,

Şakirin bütün əşyalarını, ərzaqlarını yararsız hala salaraq, əlləri arxadan qandallanaraq saatlarla saxlayıb, onda heç vaxt olmayan telefon axtarıblar. Bütün bu hallarla əlaqədar Fikrət Qafarova ərizə ilə müraciət edib, qəbul olunmasını tələb edib. Şakiri əvvəl rəis müavini Tahir Yusifov qəbula gətirilərək, qolları ağrılı vəziyyətdə arxadan qandallanaraq başı qırxıldığına baxmayaraq. Ehtiyacı olmadığı halda təhqiramiz surətdə təkrar başını qırxdıraraq 3 saatdan artıq qızmar günəş altında saxlayıb. Sonra eyni ilə rəisin qəbuluna aparılıb, 2 saata yaxın da rəisin kabinetinin qapısında saxlanılıb. Rəis onu dinlədikdən sonra ona saxlanma şəraitindən şikayət etsə, onu məhv edəcəyi ilə hədələyib”.

Məhkum anası ilə görüşə buraxılmayıb

Müslümat Rzaxanova qeyd edib ki, bu ilin mart ayının 24 və 27-i tarixində oğlu görüşə gedib, 2 saat səbəbsiz qapıda saxlanmaqla yanaşı qanunda nəzərdə tutulmuş, hələ ötən ilin dekabr ayında rəsmən qeyd edilmiş görüşü vermək istəməyiblər: “3 günlük görüşü mübahisədən sonra ala bildim. Məlum oldu ki, Şakirlə görüşməyimi istəmirdilər. Çünki oğluma qarşı Fikrət Qafarov insanlığa sığmayan təzyiqlərə məuz qoyduğu barədə məlumatlandırılmağımın qarşısını bu yolla almaq istəyirdi. Şakirin eyni zamanda səlahiyyətli nümayəndəsi olduğumu Fikrət Qafarov nəzərə almamışdı. Şakir Rzaxanov eyni zamanda ona qarşı davam edən təzyiqlərin daha qəddarlıqla davam etdiyi barədə vəkili Fariz Namazlıya KİV-ə və mənə yazılı surətdə də dəfələrlə müaciət etmişdir. Fevral ayından isə bu günə kimi ona qanuna müvadfiq telefon danışığı verilməyib. Fikrət Qafarov öz vədinə əməl edərək, oğlumun zorakılıqla köçürdüyü 4 nəfərlik kamerasında hər gün korpusun starşinası və giziri İltifat Mustafayevə və Tural adlı leytenanta xüsusi göstəriş verərək hər gün Şakirin saxlandığı kameranı alt-üst edib, bütün əşyalarını, ərzaqlarını yararsız hala salıblar. Ötən ilin oktyabr ayından bu günə kimi hər hansı yazışması ünvanına göndərilməyib, fevral ayından isə qanunla həftədə 15 dəqiqə telefon danışıqları da verilməyib”.

İşgəncələrə müvafiq rəhbərlər laqeyd yanaşır

Məhkum anası əlavə edib ki, Şakirin 23 noyabr 2015-ci il göndərdiyi məktub Qaradağ rayon poçtunda 12 aprel 2016-cı il tarixdə göndərilib: “Ölümün həmin məktubun aprelin 15-də almışam. Həmin məktubda həbsxana rəisi tərəfindən yaradılmış saxlanma şəraiti barədə Baş Prokurora, Ombudsmana, vəkilinə və mənə ətraflı yazmışdı. Ən ağrılısı məhbusların müraciətlərinə Ombudsmanın münasibətidir. Ombudsman məhbusun və yaxud məhbus yaxınlarının şikayət, müraciətlərini “araşdırmaq” üçün məhz ondan şikayət etdiykləri həbsxana rəisinə göndərilir. Rəis də öz növbəsində taveliyində olan həbsxana personaklın köməyi ilə məhbus barəsində saxta ittihamlar tərtib edərək, şikayətdə göstərilənlərə “don geydirib” Ombudsmana cavab göndərir. Ombudsman də həbsxana rəisinin tərtib etdiyi cavabı müraciət edənlərə göndərməklə, şikayət edən məhbusların daha da təzyiqlərə məruz qalmasına səbəb olur. Ombudsman şikayətlərə cavabında məhz həbsxana rəisini müdafiə etməkdən də çəkinmir. Ombudsmanı cavabında qeyd olunur ki, müraciətinizdə göstərilən dəlillər araşdırma zamanı təsdiqini tapmamışdır. Ombudsmandan soruşan yoxdur ki, niyə araşdırmanı məhz ondan şikayət olunmuş həbsxana rəisi aparmalıdır? Rəisin tabeliyində olan hansı personal rəisinin göstərişini icra etməyəcək? Eyni zamanda, Baş prokurora şikayəti rayon prokuroru araşdırır və eyni cavab verilir ki, müraciətinizdə göstərilən dəlillər araşdırma zamanı təsdiqini tapmayıb”.

Daha hansı ömürlüklər işgəncə altındadır?

Komitə sədri bildirib ki, ömürlük məhbus Qəribov Ceyhun Əhəd oğlu həbsxana rəisi ona zorakılıqla daim münaqişədə olduğum məhbusla bir kameraya köçürülməsindən yazır: “Rəisin qəbuluna gedərək bu barədə məlumat vermək istəyib, rəis dubinka ilə başıma zərbələr endirib, qollarımı arxadan qandallayıb, bu vəziyətdə 3 gün karsda saxladı. Baş prokurora bu barədə şikayətimi Qaradağ rayon

prokurorluğuna göndərdilər. Rayon prokurorluğundan gələn müstəntiq həbsxana rəisini müdafiə edərək, ərizəni dəyişib, rəisin adını çıxartdırdı ki, mənə qanunda nəzərdə tutulmuş qaydad cəzamı dinc şəraitdə çəkməyə şərait yaradılacaq. Bir ay məni sakit kameraya köçürdülər, bir aydan sonra yenə çıxarıb, həmin mənimlə düşmən münasibətdə olan kameraya köçerelərək “öldürün bir-birinizi” deyir. Ceyhunun belə şikayət ərizəsini qardaşı Taleh bütün əlaqədar idarə və təşkilatlara göndərsə də nəticəsi yoxdur. Hazırda daha ağır işgəncələrə məruz qalan məhbuslardan Seymur, Arif Quliyev və digər təzyiqlərə, işgəncələrə məruz qalan məhbuslar da müraciət etmək istəsələr də, Fikət Qafarov senzura tətbiq edərək şikayətləri ünvanlara göndərmir. İllərlə həbsxanada Ədliyyə Nazirliyi yanında ictimai komitənin təşəbbüsü ilə tətbiq edilən məhbusların yazışmalarının rəsmi qaydada qeydiyyatı aparılan rəsmi dəftəri də Fikrət Qafarov ləğv edib. Məhbusların sifariş ilə göndərilən məktublarının qəbzləri də əvvəllər olduğu kimi onlara verilmir. Məhbusları cəmiyyətdən tam təcrid edərək, həbsxananı şəxsi mülkiyyətə, məhbusları isə qollarını qandallanaraq onlarla dubinka ilə “danışaraq” qul vəziyyətinə salıb”.

“Təhqiredici hallarda yoxlanlmışıq”

Şəmkrin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində ittiham olunaraq ömürlük azadlıqdan məhrum olunan Vüqar Əliyevin valideyinləri prezidentə, Ədliyyə Nazirliyinə müraciət edib. Onlar müraciətlərində bildiriblər ki, uzun müddətdir Vüqar Əliyevə qarşı həbsxana rəisi Fikrət Qafarov tərəfindən təzyiqlərə məruz qalır: “Heç bir səbəb olmadan Vaqar Əliyev korpusun içində gəzintiyə çıxarkən, telefona, hamama gedərkən əl qandalı tətbiq edilir. Görüşə gedərkən məni təhqiramiz surətdə tam soyunduraraq insan ləyaqətini alçaldan tərzdə yoxlatdırırlar. 13 ildir oğlumla görüçə gedirəm, belə təhqiredici halda yoxlanılmamışıq, halbuki, onlardə yoxlamaq üçün cihaz var”.

Zakir Nəsirova xüsusi şərait

Vüqar Əliyevin valdeynlərinin müraciəti bizə komitə sədri Müslümat Rzaxanovanın vasitəsi ilə çatıb. Müslümat Rzaxanova daha sonra bildirib ki, eyni məzmunlu şikayət Zaur Süleymanovun anası Zaxalay Süleymanova , Namik Vəliyevin yaxın qohumu və digər məhbus yaxınları da məlumat verir: “Nədənsə həbsxanada ömürlük cəza çəkən Daxili İşlər Nazirliyinin sabiq müavini Zakir Nəsirova Qikrət Qafarov tərəfindən 4 nəfərlik kamerada tək saxlanılaraq yaradılıb. Kurort şərait barədə aldığım məlumatda Zakir Nəsirova xidmət etmək üçün həbsxana rəisi xüsusi məhbuslar da ayırmışdır. Çoxsaylı məhbusların ərzaqlarını kaptyorkanın bir küncündə üst-üstə qoyaraq yararsız hala salındıı halda,həmin kaptyorkanın çox hissəsini Qafarov məhz Zakir Nəsirova xidmət etmək üçün cəlb olunan xüsusı məhbuslar üçün ayrılıb. Həbsxanada Dövlət qanunlarını yox, öz qanunlarını tətbiq edən Fikrət Qafarovun rəis olduğu müddətdə özünə qəsd və vaxtında tibbi yardım göstərilmədən və yaxud müəmmalı məhbus ölümlərinin sayına baxmayaraq, bu gün həbsxanada məhbuslara həbsxana rəisinin yaratdığı saxlanma şərait gestapo rejimini geridə qoyduğunu təsdiq edir”.

Ömürlüklər işıq üzünə həsrət qoulub

Həbsxanada məhbuslara qarşı yaradılmış dözülməz şəraiti gestapo rejimi ilə əlaqələndirməyimə səbəbi diqqət yetirən komitə sədri Müslümat Rzaxanova əlavə ediv kİ, qəddarlığın son dərəcəsini Fikrət Qafarov çozsaylı məhbusların yeganə görə biləcəyi həbsxana həyətindən məhrum edərək, məhbusların kiçik pəncərələrinin qarşısına şit quraşdıraraq, qapalı həbsxananı həmin məhbuislar üşün 2-ci dəfə qapalı etməsi heç bir insanlığa sığmir: “Həmin şiti qapamış plakata güclə görünən prezidentin və ulu öndərin foto- şəkilləri, bir də “Mən fəxr edirəm ki azərbaycanlıyam”qalan hissələr isə tam ağ örtüklə qapanmışdı. 30-a yaxın kameranın pəncərərəsindən çoxsaylı ömürlük məhbusun yeganə gördükləri işıqın qarşısı alınmışdı. Məhbuslara tətbiq edilən əl qandalı, məhbusların zorakılıqla saxlandıqları kameradan çıxarılaraq, bir-biri ilə düşmən mövqeyli

məhbusla bir kameraya , xəstə məhbusu zorakılıqla sağlam məhbusla bir kameraya köçürməklə hər ikisinin həyatına yaradılmış təhlükə, yazışmalarına qoyulmuş məhdudiyyət. cüzi səbəbdən çərimə təcridxanasına köçürülməmişdən əvvəl amansızcasına döyülməsi, təcridxanada uzun müddət əlləri arxadan çarpayıya qandallanaraq ağrılı istirablara məruz qoyması və digər qəddarlıqları Fikrət Qafarov bu gün də davam etdirir”.

Müslümat Rzaxanova bildirib ki, ədliyyə sahəsində son zamanlar aparılmış çoxsaylı islahatlara əsaslanaraq, çoxsaylı qeyri-qanuni ömürlük həbs cəzasına məhkum edilmiş, 25 ildən artıq cəza çəkərək islah olunmuş məhbusların işlərinə yenidən baxılmalıdır: “Onlara layiq olduqları cəza növü tətbiq edilərsə, dövlət tərəfindən onlara sərf olunan vəsait azalmaqla yanaşı, çoxsaylı ailələrin on illərlə köməksiz qalaraq yaşadığı faciəli həyatına son qoyula bilərdi”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm”

    “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm” ...

    10-05-2016, 23:16

  • 
  • Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli işgəncələr verilir

    Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli ...

    2-06-2016, 00:32

  • 
  • “Fikrət Qafarov həbsxananı şəxsi mülkiyyətinə çevirib”

    “Fikrət Qafarov həbsxananı şəxsi mülkiyyətinə ...

    6-06-2016, 17:16

  • 
  • “Ömürlük məhbuslar barəsində inanilmaz saxta ittihamlar tərtib edilir”

    “Ömürlük məhbuslar barəsində inanilmaz saxta ...

    16-08-2016, 13:51

  • 
  • Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

    Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir? ...

    5-09-2020, 13:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu