Aprelin 19-da Qazax rayonunda avtomobilin vurması nəticəsində 8 yaşlı Əsmər Haqverdiyeva 20 gündür ki, komadadadır. Lakin hadisənin üzərindən 20 gün keçməsinə baxmayaraq Əsməri vuran şəxs hələ də hüquq-mühafizə orqanları tərəfindən həbs edilməyib.
Bu barədə aznews.az-a xəstənin atası Nizami Qaraoğlu məlumat verib. N.Qaraoğlu məsələ ilə əlaqədar Qazax Rayon Prokurorluğunda olub: "Prokurorun baş köməkçisi ilə görüşdüm. Mənə dedi ki, bu məsələ ilə yol polisi məşğul olur. Həmin şəxs mənim qızımdan əvvəl daha iki avtomobil qəzası keçirib. Vüsal hazırda azadlıqdadır. Əsmər Qazax Rayon Diaqnostika Mərkəzində olarkən çatışmayan dərmanları alıb. 4 gündür ki, Əsmər Bakıya gəlib, lakin Vüsal bir dəfə də onun səhhəti ilə maraqlanmayıb".
N.Qaroğlu əlavə edib ki, baş verən hadisə ilə bağlı "qaynar xətt"ə də məlumat verib: "Amma heç bir addım atmayıblar. Qızımı şikəst edən şəxsdən şikayətçiyəm. Polis rəisi ilə görüşəcəm, istəyimi ona bildirəcəm".
Xatırladaq ki, 8 yaşlı Əsmər Haqverdiyeva aprelin 19-da avtomobil qəzası keçirib və hadisə nəticəsində ağır travma alaraq Qazax Rayon Xəstəxanasına yerləşdirilib. Daha sonra isə Bakıya gətirilərək 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?