Bu barədə aparıcının xanımı, tanınmış hüquqşünas Zülfiyyə Bayramova məlumat verib. O bildirib ki, hadisədən dərhal sonra İlqar Mikayıloğluna zəhər əleyhinə zərdab vurulub: “Biz onu hansı növ ilanın sancdığını bilmirik. Amma ilan kameralara düşüb. Görüntülərə baxandan sonra onun hansı ilan olduğu, nə qədər təhlükəli olması məlum olacaq. Hər ehtimala qarşı İlqarı Bakıya gətiririk, yoldayıq”.
***
Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.
Füzuli rayonunun Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal qospitala göndərilib. Teleaparıcının hələ xəstəxanaya çatdırılmadığı, hələ də yolda olduğu bildirilir.
Hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?