GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakını və Azərbaycanı qoruyan sirli silah

Bakını və Azərbaycanı qoruyan sirli silah

Tarix: 12-05-2016, 12:54 Bölmə :Ölkə Baxış: 0
 Bakını və Azərbaycanı qoruyan sirli silah

“Dəmir gümbəz”lə bağlı sensasion bilgilər; Politoloq Eldar Namazov: “İsrail dövləti əməkdaşlıq çərçivəsində Azərbaycana “Dəmir gümbəz” deyilən kompleks verib; ermənilərdə isə...”; “Ermənilərin atacaqları raketlər Azərbaycan ərazisində partladılmamış özlərinin raket komplekslərini darmadağın edəcək imkanlara malikik”
Ermənilərin Mingəçevir Su Anbarını vurmaqla bağlı hədələri bir-birini əvəzləməkdədir. Separatçı rejimin qondarma müdafiə naziri Levan Mnatsakanyanın bir qədər də irəli gedərək, Bakı-Tiflis-Ceyhan neft kəmərini vuracaqlarını da söyləməsi hiddətlə yanaşı, narahatlıq da doğurur.

Politoloq Eldar Namazov bir müddət əvvəl “Yeni Müsavat”ın qonağı olarkən Azərbaycanın hava döyüşlərinə dair yeni hərbi texnologiyalar alınmasına xüsusi diqqət yetirdiyini bildirmiş, bu istiqamətdə maraqlı hərbi texniki təhlil aparmışdı. Bildirmişdi ki, alınan son hərbi texnologiyalar Azərbaycanın müdafiə potensialını artırır.

Ona görə də düşmənin son hədələri kontekstində E.Namazovdan fikir almaq istədik. Bizim üçün maraqlıdır, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupu həmsədrləri ilə, o cümlədən Ermənistan politoloqları ilə tez - tez görüşən, geniş bilgiyə sahib olan politoloq düşmənin konkret “vurarıq” hədələri haqda nələr düşünür? Ondakı məlumatlar qəzet oxucularının timsalında, Azərbaycan ictimaiyyətində Silahlı Qüvvələrimizə əminlik yaradacaq qədərdirmi?

Azərbaycanın hava hücumlarından müdafiə kompleksləri ölkəni qorumaq iqtidarındadırmı?

 Bakını və Azərbaycanı qoruyan sirli silah

Politoloq deyir ki, ermənilərin Mingəçevir Su Anbarını, paytaxt Bakını, neft yataqlarımızı, Bakı-Tiflis-Ceyhan neft kəmərini raketlərlə vura biləcəkləri haqda iddiaları düşdükləri panik durumdan doğur: “Düzdür, ermənilərin uzaq məsafələrdəki hədəfləri vuran raketləri var. Həmin raketlər ən müasir raketlər deyil və qarşısını almaq hava hucumundan müdafiə sistemlərimizin imkanı daxilindədir”.


“SSRİ dövründə Azərbaycanın hava hücumundan müdafiə sistemi necə güclü idisə, hazırda həmin sistem daha modern və müasir tələblərə cavab verən hərbi texnologiyalarla təchiz edilməklə daha da gücləndirilib”

Politoloq deyir ki, sovet dönəmində ən güclü hava hücumundan müdafiə sistemi Azərbaycanda qurulub, Mingəçevir və Bakıda hava hücumundan müdafiə briqadaları olub: “Həmin vaxt Qafqazda SSRİ hərbi-sənaye kompleksi üçün ən vacib obyektlər Azərbaycanda yerləşirdi. Qəbələ RLS belə obyektlər sırasında ilk yerdə idi. Qəbələdəki qurğu SSRİ hərbi-sənaye kompleksinin Hind okeanı hövzəsindən tutmuş, Yaxın Şərq daxil olmaqla ”görən gözləri" idi. Həmin istiqamətdə olan dövlətlərin birindən SSRİ-yə istiqamətlənən raket buraxılsaydı, Qəbələ RLS həmin raketin buraxılma anından hərəkət trayektoriyası haqda dəqiq məlumat verməklə izlənməsi, məhv edilməsi üçün zəruri olan informasiyanın əldə olunmasını təmin edirdi. Sovetlər birliyində bu tip bir neçə qurğu vardı. Həmin qurğulardan biri ABŞ, digəri NATO qoşunlarının mənzilləndiyi Avropa istiqamətində, Qəbələ RLS isə cənub istiqamətində monitorinq aparırdı. Ona görə də həmin obyektin özünü də müdafiə etmək üçün çox güclü raketdən müdafiə sistemləri qurulmuşdu. Əgər RLS raketlə vurulsaydı, SSRİ-nin strateji təhlükəsizlik qüvvələri “kor” qalırdılar. 2-ci Dünya müharibəsi və sonrakı illərdə SSRİ hərbi sənaye kompleksi çox keyfiyyətli olan Azərbaycan neft məhsullarından istifadə edirdi. O neftin çıxarıldığı yataqları qorumaq üçün də hava hücumundan müdafiə sistemi qurulmuşdu".

 Bakını və Azərbaycanı qoruyan sirli silah

E.Namazov deyir ki, son dövrlərdə Azərbaycanda keyfiyyətcə yeni hava hücumundan müdafiə sistemləri qurulub: “İsrail dövləti əməkdaşlıq çərçivəsində Azərbaycana ”Dəmir gümbəz" deyilən kompleks verib. Həmin kompleksi İsrail 10 il əvvəl istifadəyə verib. Belə kompleksin biri ilk dəfə olaraq İsraildə, ikincisi isə Azərbaycanda qurulub. Sonradan bir neçə dövlətə də həmin kompleks satılıb. İsraildən aldığımız “Spyder” dünyada ən güclü zenit-raket komplekslərindən biridir. Eyni zamanda 60 hədəfi - yəni raketi izləyə, məhv edə bilir. SSRİ dövründə Azərbaycanın hava hücumundan müdafiə sistemi necə güclü idisə, hazırda həmin sistem daha modern və müasir tələblərə cavab verən hərbi texnologiyalarla təchiz edilməklə daha da gücləndirilib. Güman edirəm ki, Ermənistan tərəfinin hədələri qeyri-ciddidir. İsrail həmin kompleksləri özündə yoxlayanda atılan raketlərin 90 faizini məhv etmişdi. Ermənistanda belə komplekslər yoxdur".

E.Namazov deyir ki, düşmən tərəfin hədələri daxili auditoriyaya hesablanıb: “Azərbaycanın paytaxtı, əsas iqtisadi zonamız Bakı və Sumqayıtdadır. Cəbhə bölgəsindən bu istiqamətə atılan raketlərin uçuş müddəti 9-10 dəqiqədir. Bu raketin hədəfə çatması üçün bu çox böyük bir vaxtdır. ”Spyder" istənilən hava şəraitində istifadə oluna bilən mobil zenit-raket kompleksləridir. Bu komplekslər qırıcı təyyarələri, bombardmançıları, qanadlı raketləri və digər hava hədəflərini yaxın radiusdan aşkar edib zərərsizləşdirə bilir. Komplekslərdən strateji obyektlərin mühafizəsi, məsələn, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin bazalarını mühafizə etmək üçün istifadə etmək mümkündür.

 Bakını və Azərbaycanı qoruyan sirli silah

Kompleksə təkərli şassi üzərində qurulmuş raketburaxma qurğusu, nəqliyyat-alışdırma maşını, komanda məntəqəsi, həmçinin eyni vaxtda 60 hədəfi 30 kilometrdən aşkar edib izləyən radar daxildir. Hər raketburaxma qurğusunda dörd “Pyton-5" və ya ”Derby" raketləri olur. Bu raketlər hədəfi 9 kilometr hündürlükdə və 20 kilometr məsafədə vura bilir. Azərbaycanda Rusiyanın istehsal etdikləri zenit-raket kompleksləri də var. Ermənilərin hədələri sırf hədədir və atacaqları raketlər Azərbaycan ərazisində partladılmamış özlərinin raket komplekslərini darmadağın edəcək imkanlara malikik. Bu hədələr daxili auditoriyaya hesablanıb, öz əhalilərini sakitləşdirməyə, panik durumdan çıxarmağa hesablanıb. Erməni ordusu təlaş içindədir deyə biz belə hədələri eşidirik".

 Bakını və Azərbaycanı qoruyan sirli silah

“Ermənilərin dedikləri sırf hədə statusundadır və atacaqları raketlər Azərbaycan ərazisində partladılmamış özlərinin raket komplekslərini darmadağın edəcək imkanlara malikik”

E.Namazov deyir ki, Azərbaycan Xəzər dənizi istiqamətində müdafiə səddini gücləndirməlidir: “Paytaxtımız, əsas iqtisadi zonamız Xəzər sahilində yerləşir. Paytaxtı dəniz sahilində yerləşən dövlətlərdə xüsusi sahil müdafiə qüvvələri yaradılır. Azərbaycanın hərbi donanması, sərhəd qoşunları var. Ancaq dənizdən sahilə tanklar, BTR-lərlə desant hücumu olsa, bunun qarşısını sahil müdafiə qüvvələri almalıdır. Düzdür, bu gün Azərbaycana dənizdən birbaşa təhlükə yoxdur. Amma bu o demək deyil ki, müvafiq hazırlıqlar görülməməlidir. Misal üçün, Rusiyanın hərbi donanması bu gün Xəzərdə təlimlər keçirirsə, həmin təlimlərdə sahilə desant çıxırsa, bu halda hər ehtimala qarşı Azərbaycan paytaxtı və Sumqayıtı dənizdən hücumdan qoruyan sahil müdafiə qüvvələri yaradılmalıdır”.

Göründüyü kimi, ermənilərin Bakını və digər bölgələrimizi vuracaqları barədə hədələri boş iddialardan ibarətdir. Azərbaycan neft hasilatından əldə etdiyi gəlirlərin mühüm bir hissəsini müdafiə işlərinə uğurla yatırıb və bu səbəbdən də Silahlı Qüvvələrimizin hava hücumlarından müdafiə qabiliyyəti kifayət qədər yüksəkdir.

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov: “Müsavatın bu addımı təəssüf doğurur

    Eldar Namazov: “Müsavatın bu addımı təəssüf ...

    7-01-2014, 13:01

  • 
  • Eldar Namazov ABŞ-a getdi

    Eldar Namazov ABŞ-a getdi ...

    15-07-2013, 10:25

  • 
  • Eldar Namazov Rəsul Quliyevlə görüşəcək

    Eldar Namazov Rəsul Quliyevlə görüşəcək ...

    15-07-2013, 12:29

  • 
  • Zəfər Quliyev: “Eldar Namazov vəkildən imtina edib”

    Zəfər Quliyev: “Eldar Namazov vəkildən imtina ...

    29-08-2013, 19:34

  • 
  • "Eldar Namazov 4 saatdır istintaqdadır, hələ çıxmayıb..."

    "Eldar Namazov 4 saatdır istintaqdadır, hələ ...

    29-08-2013, 19:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu