GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan xanımları əsgər gedərlərmi..?

Azərbaycan xanımları əsgər gedərlərmi..?

Tarix: 28-01-2014, 09:39 Bölmə :Ölkə Baxış: 1 064
Azərbaycan xanımları əsgər gedərlərmi..?

Bakıda keçirdiyimiz sorğuda maraqlı cavablar aldıq
Dünya hərb tarixində azsaylı da olsa, qadın sərkərdələrə və parlaq hərbçilərə rast gəlmək mümkündür. Tarixçilər qadınların döyüşlərdə iştirakının 4 min illik tarixi olduğunu bildirirlər. Qədim dövrlərdən bəri qadınlar orduda bir çox vəzifələrdə qulluq ediblər. Şanlı tariximizə yazılan türk qadınlarının zəfər çaldığı nə qədər döyüş nümunələri var.

Bəzi dövrlərdə qadının hərbi peşəkarlığına gərək duyulsa da, müəyyən dönəmlərdə zərif cinsin əsgərlik etməsi qadağan olunub. Amma müasir dövrümüzdə qadın hərbçilərin sayı kifayət qədərdir.

İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi qadın hərbçilərdən ibarətdir. Hazırda qadınların hərbi xidmətinə rəsmi icazə verən ölkələrin sırasında Yeni Zellandiya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsrail və İsveçrə yer alır.
İngiltərədə qadınlar hərbi xidmətə daha çox topçu kimi hazırlanır. ABŞ-da hərbi xidmətə gedən qadınlar isə döyüş pilotu olaraq yetişdirilir. Amma əksər dövlətlər qadının hərbi xidmət göstərmək məcburiyyətinin olmadığı qənaətindədir.

Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşında hərbi xidmətə çağırılırlar. Kişilərin 3 il hərbi xidmət etdiyi İsraildə qadınlar 2 illik məcburi hərbi xidmətdə olurlar. İsrail ordusunda qadınlar qarşıdurmalara qatılmamaq şərti ilə döyüş bölgələrində vəzifələrini yerinə yetirirlər. Qadınlar kişilərlə eyni qərargahda təhsil alır, eyni şərtlərdə yaşayır, eyni hərbi öhdəlikləri yerinə yetirirlər. Sərhəd bölgələrində xidmət edənlər istisna olmaqla, bir çox qadın hərbçilər, öz vəzifələrinə görə axşamlar, ya da həftəsonlarında silahları ilə birlikdə evlərinə gedə bilərlər.
Maraqlıdır, əgər Azərbaycanda da müharibə başlayarsa və qadınlar üçün də könüllü şəkildə hərbi xidmət elan edilərsə, ölkəmizin xanım vətəndaşlarından Milli Orduya qatılanlar ola bilərmi?

Bu suala cavab tapmaq üçün Azərbaycan paytaxtında yaşayan gənc xanımlar arasında kiçik bir sorğu keçirdik. Cavablar müxtəlif oldu. Kimisi əsgərlik həyatının xanımlar üçün olmadığını, kimisi isə “sevə-sevə hərbi xidmətə gedərdim” dedi.

Bakı sakini Aynur Mehdiyeva bildirdi ki, əgər vətən uğrunda canından keçmək lazım olarsa, əsgərliyə elə bu gün də getməyə hazırdır: “Mənim ailə üzvlərimdən Daşaltı əməliyyatında iştirak edənlər olub. Lazım gələrsə, mən də gedərəm. Əgər, mənim doğmalarım gedirsə, mən niyə getməyim? Sevə-sevə gedərəm”.

Digər paytaxt sakini Ülviyyə xanım isə əsgərliyin xanımlara uyğun olmadığını dedi: “Məni çağırsalar, getmərəm. Düşünürəm ki, hərbi xidmət xanımlara görə deyil. Məcbur qalsam, döyüşmək üçün yox, orada yemək bişirmək və ya hansısa əsgərin yarasını sarımaq üçün gedərəm”.

Leyla Əhmədova da əsgərliyə getmək istəmədiyini dedi: “Mən əsgərliyə getmərəm. Çünki əsgərliyə yalnız kişilər gedə bilər. Kişilər xanımlara nisbətən daha cəld və dözümlüdürlər. Həm də orada xanımın əsir düşmək ehtimalı da var. Bu isə çox pis olardı”.
Jalə Muxtarova isə əsgərliyə getmək istəyən xanımların sırasındadı: “Əsgərliyə çağırsalar, mən gedərəm. Burada nə var ki..? Hətta istərdim ki, indidən elə bir qanun çıxarsınlar ki, bütün xanımlar bir qayda olaraq, əsgərliyə getsinlər. Əsgərlik həyatı mənim üçün maraqlı olardı”.
Arzu Xəlilova da hərbi xidmətə çağırılarsa, əsgərliyə gedəcəyini bildirdi: “Məni çağırsalar, gedərəm. Bu, bizim borcumuzdur. Vətən uğrunda döyüşmək mənim üçün şərəf olardı”.
Digər paytaxt sakini Şəbnəm Nurəliyeva isə əsgərliyə getmək istəmədiyini bildirdi: “Əsgərliyə çağırsalar, getmərəm. Çünki səngər, döyüş qadına görə bir iş deyil. Belə ola bilər ki, ancaq xanımlardan həkim, tibb bacısı olanlar məcburi aparılsınlar. Çünki orada onlara ehtiyac duyula bilər”.

Samirə Heydərova isə ehtiyac duyularsa, əsgərliyə gedəcəyini dedi: “Əgər müharibə başlayarsa və xanımların da döyüşlərə qatılması vacib olarsa, gedərəm. Amma belə sakitçilik vaxtı desələr ki, əsgərə get, getmərəm”.

Ləman Camalova da əsgər getmək istəmədiyini dedi: “Məncə, əsgərlikdə qadınların olmasına gərək yoxdur. Qadınlarla kişilərin eyni şəraitdə, eyni şərtlər altında hərbi xidmət keçməsi doğru deyil. Qadınlar üçün ayrıca hərbi hissə yaradılsa, bəlkə də bu haqda düşünmək olar”.

Digər paytaxt sakini Ofeliya Məmmədova vətən uğrunda canından keçməyə hazır olduğunu dedi: “Mənim atam şəhid olub. Mən də atam kimi vətən uğrunda ölməyə, atamın yolunu getməyə hazıram. Mənim atam bu vətən uğrunda canından keçdi. Düzdür, şəhidə, şəhid ailəsinə hörmət qoymurlar. Mən kiməsə xoş gəlsin deyə yox, yalnız vətən üçün gedərəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qadınlar hərbi xidmətə çağırıldı - AZƏRBAYCANDA

    Qadınlar hərbi xidmətə çağırıldı - AZƏRBAYCANDA ...

    10-12-2015, 15:03

  • 
  • Qadınlar evli kişilərlə eşq yaşamağı sevir - ŞOK SORĞU

    Qadınlar evli kişilərlə eşq yaşamağı sevir - ŞOK ...

    10-12-2014, 01:09

  • 
  • Qadın əsgərlərə belə əziyyət verirlər (FOTO)

    Qadın əsgərlərə belə əziyyət verirlər (FOTO) ...

    23-12-2013, 03:47

  • 
  • Azərbaycanın qadın hərbçiləri də döyüşə hazırdır - Reportaj

    Azərbaycanın qadın hərbçiləri də döyüşə hazırdır ...

    12-05-2016, 22:58

  • 
  • Qadınlar 4 il sevir

    Qadınlar 4 il sevir ...

    19-11-2013, 05:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu