GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda ideologiya davası

Azərbaycanda ideologiya davası

Tarix: 21-04-2013, 13:18 Bölmə :Ölkə Baxış: 759
Azərbaycanda ideologiya davası

“Ateist” və “dinçi” bolşevikləri – bir medalın iki üzü

Azərbaycanlı olaraq ölkənin hüdudlarından kənardan doğma məmləkətdə baş verənləri izləmək başqa bir şeydir. İstər-istəməz vətəndəki hadisələrə daha həssas, daha diqqətlə yanaşırsan, emosiyalardan qurtularaq soyuq başla saf-çürük etməyə çalışırsan. Ölkədən kənarda yaşamaq proseslərdən uzaq düşmək anlamına gəlmir. Ən azı bu halımızı Vətənin dərdi ilə yaxından maraqlanmaqla kompensasiya etməyə çalışırıq, ölkə gündəminə daha geniş perspektivdən baxmaqla həmvətənləlirimizə xidmət etməyə çalışırıq. Necə deyərlər böyük şey uzaqdan daha tam görünür.
Bir şeydən əminən - nəzər saldığım mövzuda obyektivliyi, bitərəfliyi qorumağa çalışacağam. Buna nə dərəcədə nail olacam – Allah daha yaxşı bilir, yekun qərarı isə oxucular verəcək.

“Sarı simi” qıranlar

Son dövrlərdə Azərbaycanda dini durumda müəyyən bir mülayimlik, isinmə, pozitiv dəyişikliklər hiss olunurdu. Yox, heç bir rəsmi elanlar verilmədi, prezident xüsusi toplantı keçirmədi, uzunmüddətli planlar cızılmadı. Sadəcə keçən il təxminən bu vaxtlar dindarlar arasında nüfuzunu “sıfır” həddə endirmiş və dini sahədə cahilliyi ilə artıq anekdotlar predmetinə çevrilmiş DQİDK sədri Hidayət Orucovun fəaliyyətinin yarıtmazlığını hakimiyyət də fərqində olaraq, onu bu sahəyə məsul dövlət qurumundan uzaqlaşdırldı.
Və dini sahədə “cahil və hesabsız addımların” nəticələr yükünün aradan qaldırılması prosesi başlandı. Çünki Azərbaycanın yaxın tarixinə boylandıqda, tam fərqli mənzərəyə şahidlik edirdik. Nə görürdük? Azana qadağa cəhdi, inşası başa çatdırılmayan Fatimeyi Zəhra məscidinin sökülməsinə cəhd, orta təhsil müəssisələrində hicaba qadağa. Düşünmək olardı ki, dövlət qəti surətdə İslami atributlara müharibə elan edib. Lakin görünür Komitənin yeni təyin edilmiş rəhbəri Elşad İskəndərov “dinin həssas sahə” olmasının fərqindədir. Çünki diqqətli təhlil nəticəsində açıq sezilirdi ki, bu proses nəinki dayandı, hətta əks istiqamətdə irəliləməyə başladı. Bu nədə təzahürünü tapdı? Bakıda möhtəşəm məscidin inşasının anonsu, bir zamanlar qadağasına cəhd edilən azanın artıq “Qazi azan” qismində Qarabağın azadlığı uğrunda aparılan mübarizənin rəmzinə çevrilməsi, cəmiyyətdə məsxərəyə qoyulma həddinə çevrilən din xadimləri üçün vahid xütbələr məcmuəsinin tərtibatı, din sahəsinə cavabdeh Dövlət Komitəsi sədrinin uzun illərdə ilk dəfə Aşura məclislərinə icmalara gedib başsaglığı verməsi və s. Bir sözlə, hər şey, yavaş da olsa, yaxşıya doğru gedir, yığılmış problemlərin tezliklə aradan qalxacağı abu-havası yaranırdı. Bunu həm də ombudsman Elmira Süleymanovanın hicaba qoyulan qadağanın qanuna zidd olmasına dair bəyanatı da təsdiq edirdi.
Lakin belə bir durumda gözlənilmədən (hərçənd, irəlidə bunun heç də gözlənilməz olmadığını görəcəyik) kiçik bir dini qruplaşma xüsusi fəallıq göstərməyə başladı. Bu qrup kiçik olsa da, səs-küyü kifayət qədərdir. Özlərini “mübariz”, “hüseynçi” adlandıran qrup üzvləri, daha doğrusu isə, liderləri, sadə vətəndaşların dini heysiyatları ilə bacarıqla manipulyasiya edirlər. Sirr deyil ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti ənənəvi olaraq özünü şiə kimi tanıyır. Bu əksəriyyətin əksəriyyəti də bir qayda olaraq Allahın müsəlmanlara vacib buyurduğu əməllərə biganə yanaşır: şərab içir, donuz əti yeyir, namaz qılmır və s. Lakin Məhərrəm ayı və xüsusən də Aşura azərbaycanlılar üçün az qala milli kimliyin ayrılmaz hissəsinə çevrilib. Hərçənd orta statistik azərbaycanlı Kərbəlada baş verən hadisələrlə əsasən şifahi xalq ədəbiyyatı səviyyəsində tanışdır. Amma hər bir azərbaycanlı “sən İmam Hüseyni sevmirsən” ittihamını eşitsə, son dərəcə məyus olar, bəlkə də, bu ittihamı səsləndirəndən inciyib üz döndərər. Bax, bu gün gənc inanclı şiələrin böyük əksəriyyəti məhz belə motivlər üzərində köklənmiş dini çevrənin, ailələrin yetirmələridirlər. Və məhz belə insanlar yuxarıda qeyd etdiyim qruplaşmanın az saylı elektoratını təşkil edir. Onların qəlbinə yol tapmaq olduqca asandır. Çünki “sarı sim” bəllidir: İmam Hüseyn. 1-2 hədis, 1-2 ağlamalı rozə, səninlə həmfikir olmayanlara“hidayət şilləsi” – “sən hüseynçi deyilsən ki!”. Vəssalam, “sarı sim” qırıldı. Bax, söhbət açdığım radikal qruplaşma da, məhz bu taktikanı əlində silah edərək meydana atıldı. Təbii ki, uzun müddət Azərbaycandan kənarda qalan biri üçün bu hadisələri araşdırmaq, analiz etmək olduqca maraqlı idi. Mən də, artıq diqqətinizə çatdırdıqlarımı özüm üçün qətiyyətləşdirib, işə başladım.

Ovlanmamış şikar sorağında

Əvvəlcə bir maraqlı faktı diqqətinizə çatdırım. Məlum olduğu kimi, 2011-ci ilin mayında Təhsil Nazirliyinin qarşısında baş verən hicab aksiyasında həbs edilənlərin bir qrupu təqribən ötən ilin oktyabr-noyabr aylarında azadlığa çıxdı. Liderlər ümumi sözlərlə, ara-sıra imicin qorunmasına xatir hakimiyyətə “barmaq silkələməklə”, hicaba qadağa qoyanların nə dərəcədə zalım və Allahsız olduqlarını xatırlatmaqla kifayətlənirdilər. Ta o zamana qədər ki, ombudsmanın bəlli çıxışı gündəmə gəldi (təbii ki, Elmira Süleymanovanın müstəqil olaraq belə açıqlamada bulunmasına heç kim inanmaz). Artıq, yaxınlaşmaqda olan prezident seçkiləri ərəfəsində hakimiyyətin hicab qadağasını ləğv etməklə bir güllə ilə iki dovşan vurmaq cəhdi aşkar sezildi. Əvvəla, yaranmış pat vəziyyətindən “üzü sulu” çıxmaq. İkincisi isə, potensial seçici olan inanclıların hakimiyyətə dəstəyi də olmasa, heç olmasa neytrallığını təmin etmək. Amma E.Süleymanovanın çıxışından cəmi 2 gün sonra nisbi sakitliyə riayət edən qruplaşma “atəşkəsi” pozdu. Bakı məscidlərinin birində təşkil edilən moizədə bəyan edildi: hökumət allahsızdır, İslama düşməndir, hicaba qadağa götürülsə, bilin ki, hakimiyyət məhz bizdən qorxdu, problemi də məhz biz həll etdik.Buna el arasında “ovlanmamış şikarın dərisini bölmək” deyirlər. Təbii ki, belə təhdidi hətta Afrikanın aşağı səviyyəli qəbilə başçısı da cavabsız qoymazdı. O ki qaldı neft məmləkəti olan Azərbaycanın başında duranlar. Bu təxribatçı çıxışdan cəmi bir neçə gün sonra ADNA-da hicablı tələbələr dərsə buraxılmadı. Gətirilən səbəb (oxu bəhanə) isə - ali məktəbin daxili nizamnaməsi. Radikal qruplaşma üzvləri belə bir sualla gündəmə gəldilər: məgər nizamnamə dünən təsdiq olub ki, bu gün hicablıları auditoriyalara buraxmırlar? Hərçənd, suala cavabı gözəl bilirdilər. Bir neçə il əvvəl bu qruplaşmanın liderlərindən biri tribunaya qalxaraq “hicaba barmaq uzadanların qolunu kəsərik” söyləməsi nə qədər gülünc idisə (əslində əziyyətlər, işgəncə və itkilərə sadə dindarlar məruz qaldı), bu ombudsmanın bəyanatından sonra səslənən hərbə-zorbalar da bir o qədər ət tökən idi. Boş sözlər, savadsız, sadəlövh kütləyə hesablanmış mənasız çıxışlar. Hər iki halda cavab özünü çox gözlətmədi. Təbii ki, sual oluna bilər: bəs bu qruplaşmanın məqsədi nədir?

“Din bolşeviklərinin” Lenin taktikası

Əlbəttə ki, bu insanların hicab dərdi çəkdiyi, problemin həllinə cani-dildən çalışmaları nağıl-dastandan savayı bir şey deyil. Bir az da irəli getsək, onları “dini bolşeviklər” adlandıra bilərik. Həqiqətən də, seçdikləri taktika və strategiya eyni ilə Leninin tərəfdarlarının davranışlarını xatırladır. Hədəfləri isə illərdir Azərbaycanda İslama xidmət etmiş, lakin bunların hay-küyçü çıxışlarını dəstəkləməyən din xadimlərini aşağılamaq və təhqir etmək, onları şərəf və ləyaqətini alçaltmaq, dövlətin xüsusi xidmətləri ilə əməkdaşlıqda ittiham etmək. Dövlətdən söz düşmüşkən, kiçik bir haşiyəyə çıxaq.
Çox maraqlıdır ki, dövlət də hər dəfə bütün bu hoqqalara bir müddət göz yumur, sanki nə isə gözləyir. Əlbəttə ki, belə bir radikal qruplaşmanın meydana gəlməsində bilavasitə elə dövlətin özü, tətbiq etdiyi hicab qadağası ilə müqəssirdir. Bəlkə də elə bu səbəbdəndir ki, rəsmi dairələr “ağ” fiqurlarla oynayırmış kimi birinci gedişi edib rəqibin cavabını gözləyirdi. Özü də belə təsəvvür yaranır ki, dövlət təcrübəli qrossmeyster, özlərini “mücahid” adlandıranlar isə, yenicə gedişləri öyrənən şagird idi. Buna sübut kimi Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyalarını göstərmək olar. Hər üç aksiyadan sonra kifayət qədər inanclı zindanlara atıldı. Nəticə isə, əvvəlcədən bəlli olduğu kimi, “sıfır”a bərabər idi. “Dinçi bolşeviklərin” bu strategiyası da hicab tələbini gündəmə gətirənlərin zəifləməsinə xidmət etdi. Belə ki “hicaba azadlıq tələbi “ ilə lik aksiyaya təqribən 2 min nəfər qatıldısa, ikincidə artıq 500-ə yaxın insan var idi. Oktyabr “tədbirinə” isə təqribən 200 nəfər gəldi.
Aydın məsələdir ki, camaat da məsələni tədricən anladı. Lakin qruplaşmanın əsas məqsədi, xüsusən də ombudsmanın məlum çıxışından sonra, aşkar olaraq Maştağadakı məscidi zərbə altına qoymaq, hakimiyyəti İslam düşməni kimi təqdim etmək idi. Bunun üçün də bir-birindən kəskin çıxışlar edilir, dövlət strukturları aşkar təxribata sürüklənirdi. “Ya meydan, ya zindan” söyləyən kimsənin, aydın məsələdir ki, problemin həlli üçün hər hansı üçüncü yol qoymaq fikri yox idi və məqsəd, elə dindarlara yönəlik repressiyaların başlanmasını təmin etmək idi. Amma radikalların bu xislətindən yararlanmağa cəhd edən qüvvəllər də oldu.

Bununla bitsə şükürlüdür

Artıq qeyd edildiyi kimi, “dinçı bolşeviklərin” hədəfi hakimiyyəti sırf təxribata çəkmək, repressiyalara nail olmaq, “dövlət dinin düşmənidir”, “dövlət dindarlarla mübarizə aparır” kimi tezislərinə təsdiq tapmaq və bu barədə fikir yaratmaq idi. Hətta buna nail olmaq üçün dini əlamətdar günlərdə də məscidlərdə həmin gərginliyi yaratmaqdan çəkinmədən (məs. Hz. Fatimənin vəfat günü Ağsu məscidinə reyd) məhz bu əlamətdar günləri də zərbə altına qoymağa cəhd etdilər. Nəticə də gözlənilən oldu. Hər şey Tale Bağırzadənin həbsi ilə nəticələndi. Çoxları bəlkə də müəllifi qınayacaq. Amma bu, Azərbaycanın din sahəsi, Azərbaycan dindarı üçün ən az zərərverici çıxış yolu idi. Çünki zərbə 1 nəfərə dəydi. Aydın məsələdir ki, T.Bağırzadəyə qarşı irəli sürülən ittihamlar (narkotik istifadəçisi) ağlabatan deyil. Lakin onun həbsi Maştağadakı, yaxud başqa bir məscidin bağlanmasından daha az ziyanvericidir.
Əslində, əvvəlki dövran olsaydı, elə hakimiyyətin də cavabı “qoturu olan sürü qurban verilməli” prinsipi ilə qurulardı, bu qrupun ayağı dəyən məscidlər yerli dibli qıfıllanardı. Yeni bir problemin yaradılması növbəti gərginliyə səbəb olacaq və “dinçi bolşeviklər” siyahısına qəhrəmanlıq üçün əlavə maddə daxil edəcəkdi. Zatən (bolşevik təcrübəsinə əsaslanaraq) deyə bilərik ki, məqsəd elə bu idi. Lakin təkrar edim ki, hər şey Azərbaycanın dini mühiti üçün az itkilərlə yekunlaşdı. Təbii ki, davamı gəlməsə.

Susanlar, aldadanlar və... aldadılanlar

Sonda isə, bütün yuxarıda qeyd olunanların yekunu. Əvvəla, Azərbaycanda saf, sağlam düşüncəli, nağıllarla, xəyallarla, nəzəriyyələrlə deyil, soyuq baş, düşüncə, məntiq və reallıqla həyat sürən din xadimlərinə müraciət etmək istərdim. Bu gün kiçik bir qruplaşmanın bütün dindarları bir-birinə vurmasında, cəmiyyəti çalxalandırmasında, istənilən dialoqun qarşısında ciddi sədd qurmasında bilavasitə sizin də əhəmiyyətli rolunuz var. Məhz sizin susqunluğunuz, yaxanızı kənara çəkməniz, bəzilərinizin qorxudan, bəzilərinizin isə başqa səbəblərdən proseslərə müdaxilə etməməniz “dinçi bolşeviklər”ə əl-qol açmağa imkan yaratdı. Məhz sizin susqunluğunuz nəinki Azərbaycanda, bütün dünyada dindarlara hərc-mərclik, qarşıdurma, çaxnaşma tərəfdarı imicini qazandırdı. İslamı bir qrup ağılsız, xarici ideologiyanın daşıyıcısı olan radikalların ixtiyarına buraxmaq, onların girovuna çevirmək olduqca kobud səhvdir. Bu səhvə görə, susmağa VƏ CƏMİYYƏTİ BAŞSIZ, MƏNƏVİ KOMPASSIZ qoyduğumuza görə hamımızın mənəvi məsuliyyəti var. İlk növbədə də aldadılan saf dindarlar qarşısında, o dindarlar ki, həqiqətən İslama xidmət etdiklərini düşünərək bu qruplaşmaya qoşuldu.
Əgər həqiqətən də Azərbaycanda sabitliyin hökm sürməsini, hər hansı iğtişaşların (hətta azsaylı qruplar tərəfindən) təşkil olunmasını istəmirsinizsə, sadəcə bu qadağanı ləğv edin. Böyüklük göstərin. Bu qaçılmaz sinəyə döymələrə, böyük-böyük sözlərə göz yumun. Əqli olan, düşünmək qabiliyyətinə malik olan hər kəs anlayır ki,“dinçi bolşeviklərin” nə elə gücü, nə də bir potensialı yoxdur. Ləğv edin hicab qadağasını. Heç şübhəsiz ki, belə bir motivdən əli üzülən qruplaşma öz-özlüyündə qısa bir zamanda aradan gedəcək. Bu isə həm iqtidara, həm xalqımıza, həm də Azərbaycanın beynəlxalq aləmdəki imicinə böyük xidmət göstərəcək.

Anar Usubov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu