GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 15 manata görə həmyerlisi ilə dava etdi

15 manata görə həmyerlisi ilə dava etdi

Tarix: 6-06-2016, 17:07 Bölmə :Ölkə Baxış: 0
15 manata görə həmyerlisi ilə dava etdi

Məhkəmə borc pul davasına görə həbs olunan gənci azadlığa buraxdı

Xuliqanlıqda təqsirli bilinən Yevlax rayon sakini, 1992-ci il təvəllüdlü İlqar Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, İlqar Haqverdiyev əvvəllər Cinayət Məcəlləsinin 330.1 (rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına yüngül zərər vurma və ya onu döymə), 331.2 (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etmə), 332.2.1 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında təkrar qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 332.2.2-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında iki və ya daha çox şəxs barəsində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham edilib.

Hərbi Hissədə cinayət törətdiyi üçün İlqar Haqverdiyev 2011-ci ildə Bakı Hərbi Məhkəməsində mühakimə olunub. O, məhkəmənin 27 oktyabr 2011-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

1 il həbsxana həyatı yaşayan İlqar Haqverdiyev azadlığa çıxıb və yaşadığı Yevlax şəhərinə qayıdıb. O, Yevlax şəhərində yaşadığı iki il ərzində cinayət törətməyib. Amma sonradan həmyerlisi ilə mübahisəsi cinayətlə nəticələnib.

İlqar Haqverdiyev 10 iyul 2014-cü ildə, saat 00.05 radələrində Yevlax şəhərində yerləşən 3 saylı orta məktəbin qarşısında heç bir əsaslı səbəb olmadan Rüfət Əhmədov ilə mübahisə edib, O, Rüfət Əhmədovu nalayiq sözlərlə təhqir edib.

Bu zaman həmyerlilər arasında əlbəyaxa dava olub. Dava zamanı İlqar Haqverdiyev Rüfət Əhmədovu döyüb və üstündə gəzdirdiyi bıçaqla onun boyun nahiyəsindən vurub. Rüfət Əhmədova xəstəxanada tibbi yardım göstərilib. İlqar Haqverdiyev isə polis əməkdaşları tərəfindən həbs edilib.

İlqar Haqverdiyevə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham verilib. Yevlax rayon Məhkəməsinin hökmü ilə İlqar Haqverdiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İlqar Haqverdiyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2015-ci il tarixli qərarına əsasən, İlqar Haqverdiyevin apelyasiya şikayəti təmin edilib. Onun cəzası 3 il 6 aya endirilib.

Prokurorluğun kasasiya protestinə əsasən İlqar Haqverdiyevin işinə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmənin 19 yanvar 2016-cı il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Bu dəfə apelyasiya şikayəti hakim Vidadi Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən İlqar Haqverdiyev ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O, bildirib ki, Rüfət Əhmədov ilə qonşudur, aralarında heç bir ədavət və düşmənçilik yoxdur: “Bir neçə il Yevlax şəhər bazarında dükanda kişi paltarı satmaqla məşğul olmuşam. Bir müddət əvvəl isə mağazanı bağlaıb və hal-hazırda heç bir yerdə işləmirəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin aprel ayında Rüfət hərbi xidmətini başa vurub və evə gələndən sonra özünə əyin-baş almaq üçün dükana onun yanına gəlib: “Rüfət özü üçün 20 manat dəyərində cins şalvar götürdü. Pulun 5 manatını verdi, qalan 15 manatını isə hissə-hissə ödəyəcəyinə söz verdi. Dükanım bağlansa da, Rüfət şalvarı alandan sonra pulun qalan hissəsini verməyib”.

İlqar Haqverdiyev qeyd edib ki, bu səbəbdən iyulun 9-da Rüfətlə mübahisə edib: “Həmin gün saat 15 radələrində Rüfətə zəng vurdum və pulu istədim. Bunun üçün onunla görüşmək istədiyimi bildirdim. Rüfət isə axşam evdə olacağını dedi. Həmin gün saat 23.50 radələrində Rüfətlə Yevlax şəhər 3

saylı orta məktəbinin yanında görüşdük. Söhbət edə-edə küçə ilə gedərkən Rüfətdən pulumu istədim. Rüfət pulunun olmadığını dedi və 15 manatı verəcəyinə söz verdi. Saat 00.05 radələrində ayrılan vaxt Rüfətdən pulu verəcəyi dəqiq vaxtı soruşdum. Rüfət bildirdi ki, mənə vaxt qoyma. Bu zaman Rüfəti kənara çəkdim və yaxasından tutaraq yerə yıxdım. Bu vaxt biz ikimizdə yerə yıxıldıq. Yerdə onunla dartışdım. Bizi kənardan görən Bəhruz və adını bilmədiyim bir nəfər qaçaraq gəldilər. Onlar bizi aralaşdırdılar”.

Təqsirləndirilən şəxs bildirib ki, aralaşandan sonra Rüfətin pulu verməməsinə əsəbi olub: “Bu səbəbdən cibimdən bıçağı çıxardaraq Rüfətin boyun nahiyəsindən vurdum. Hazırda etdiyim cinayət əməlindən peşmanam”.

İlqar Haqverdiyev birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, əməlinə düzgün olaraq hüquqi tövsif verilməsini istəyib. O, qeyd edib ki, əməli Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun qiymət verilməlidir: “Törətdiyim cinayəti səmimi etiraf etmişəm, zərər çəkmiş şəxslə barışmışam. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mənə yüngül cəza verməyib. Bundan başqa, əməlimdə Cinayət Məcəlləsənin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur. Yetirdiyim xəsarətin dərəcəsi yüngül olduğuna görə, əməlim ən pis halda Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli idi”.

Dövlət ittihamçısı Vidadi Cabbarov apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Sonda hakimlər apelyasiya şikayəti üzrə qərar elan edib. Qərara görə, İlqar Haqverdiyevin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsüf edilib və ona 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ona təyin edilmiş cəza həbsdə saxlanma müddəti ilə hesablanaraq məhkəmə zalından azadlığa buraxılıb.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əsgər ölümündə təqsirləndirilən komandirlərə hökm oxundu

    Əsgər ölümündə təqsirləndirilən komandirlərə hökm ...

    21-10-2016, 00:30

  • 
  • “DED” əsgərlərin məhkəməsi başa çatdı

    “DED” əsgərlərin məhkəməsi başa çatdı ...

    21-02-2015, 12:02

  • 
  • “Silahın lüləsini çənəsinə dirədi və atəş açdı”

    “Silahın lüləsini çənəsinə dirədi və atəş açdı” ...

    22-11-2017, 20:48

  • 
  • Azərbaycanda 100 kartdan 85 min manat oğurlanıb

    Azərbaycanda 100 kartdan 85 min manat oğurlanıb ...

    3-12-2018, 22:01

  • 
  • Hərbi hissədə dəhşətli işgəncə faktları açıqlandı

    Hərbi hissədə dəhşətli işgəncə faktları açıqlandı ...

    28-03-2017, 20:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu