GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hərbi hissədə dəhşətli işgəncə faktları açıqlandı

Hərbi hissədə dəhşətli işgəncə faktları açıqlandı

Tarix: 28-03-2017, 20:51 Bölmə :Ölkə Baxış: 457
Hərbi hissədə dəhşətli işgəncə faktları açıqlandı

Gənc əsgərlərə hədə-qorxu gələrək onların pullarını alan mütəşəkkil dəstə üzvlərinə cəza verildi

Hədə-qorxu yolu ilə pul tələb etməkdə və başqa ağır cinayətlər törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü Əmiraslan Süleymanovun və onunla birlikdə ittiham olunan Mirzalı Hacıyevin, Amil Həmidovun, Həsən Cəbiyevin, Finyad Muradovun və Elgün Allahverdizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, təqsirləndirilən şəxslər Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətdə olublar.

Əmiraslan Süleymanov həmin hərbi hissənin avtomobil-texniki bölüyünün sürücü-mexaniki vəzifəsində, əsgər rütbəsində xidmətdə olarkən bölükdə əsgərlərin özləri tərəfindən qoyulmuş qeyri-qanuni qaydalara əsasən onların özləri tərəfindən bölüyün idarə edilməsinə “xüsusi status” verən “böyük” təyin edilməsindən istifadə edib. O, 2 iyul 2013-cü il tarixdə, səhər saatlarında hərbi hissənin Şəmkir şəhərində yerləşən avtomobiltexniki bölüyünün ərazisində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub.

Əmiraslan Süleymanov bölüyün əsgəri Elşən Şıxəliyevin üzərində zorakılıq göstərib. Əmiraslan Süleymanov onu və bölüyü incidəcəyi ilə bağlı hədə-qorxu gəlib. Axşamadək vaxt qoymaqla ondan 5 manat məbləğində balansartırma kartı

almasını tələb edib.

Elşən Şıxəliyevin imkanı olmadığından buna nail ola

bilməyib. Bu səbəbdən axşam saat 20 radələrində məqsədinə nail olmaq üçün Elşən Şıxəliyev və bölüyün əsgərləri Mais Musayev, Əmrah Sadıqov və Alim İsgəndərovu sıraya düzüb. O, həmin əsgərlərə qarşı zor tətbiq edib, təpiklə Elşən Şıxəliyevin ayağının dizdən aşağı hissəsindən vurub.

Bundan başqa, Əmiraslan Süleymanov həmin ilin avqust ayının ortalarında əsgər yataqxanasında bölüyün tabeliyində olan şəxsi heyətini düzüb. Onlara veriləcək əsgər məvaciblərini yığacağını bəyan edib. Bundan imtina edən əsgərlərə işgəncə verəcəyi və onlar üzərində zor göstərəcəyi ilə hədələyib.

Bundan sonra 2013-cü ilin avqust-dekabr ayları ərzində bölüyün tabeliyində olan əsgərləri Mais Musayev, Güləş Fəxrətov, Əmrah Sadıqov, Alim İsgəndərov, Pərvin Xəlilov, Heybulla Lokov, Muxtar Tağıyev, Elşən Şıxəliyev və Feyruz Şirəliyevin hər birindən 11 manat alıb.

Əmiraslan Süleymanov 2013-cü ilin avqust ayının əvvəllərində axşam saatlarında hərbi hissənin Şəmkir şəhərində yerləşən avtomobil-texniki bölüyünün ərazisində bölüyün istintaqa məlum olmayan əsgərinin səhv hərəkətinə görə bölüyün şəxsi heyətini düzüb və opnlara özünü “böyük” kimi “xüsusi statusa” malik olduğunu göstərib.

Eləcə də, digər əsgərlər üzərində öz üstünlüyünü nümayiş etdirmək və onları öz iradəsinə tabe etmək məqsədilə bölükdə guya nizam-intizam yaradılması üçün cəza kimi “sillə vəziyyəti al” deyə göstəriş verib. Əmiraslan Süleymanov sıranın qarşısı ilə irəli-geri hərəkət etməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin tələblərini təkrarən kobud şəkildə pozub. O, sırada dayanmış tabeliyində olan manqanın əsgəri Alim İsgəndərovun sifət nahiyəsindən iki-üç sillə zərbəsi vurmaqla onu döyüb.

Əmiraslan Süleymanov daha sonra Heybulla Lokov, Pərvin Xəlilov, Əmrah Sadıqov, Mais Musayev və Güləş Fəxrətovun hər birinin sifət nahiyəsinə 2-3 sillə zərbələri vurmaqla onlara qarşı zor tətbiq edib.

Bunlardan başqa, Əmiraslan Süleymanov 10 avqust 2013-cü iltarixdə, axşam saatlarında hərbi hissənin Şəmkir şəhərində yerləşən avtomobil-texniki bölüyünün ərazisində andiçmə

mərasimindən sonra əsgər Pərvinm Xəlilovun valideynlərinin yanına gəlib və ona pul verməsini öyrənib. Bu səbəbdən o, şəxsi heyətin qarşısında alçaldacağı ilə bağlı hədələməklə Pərvin

Xəlilovdan 20 manat məbləğində pulu tələb edib. Hədənin

reallaşacağından qorxan Pərvin Xəlilovdan tələb olunan 20 manat məbləğində pulu almağa nail olub.

Əmiraslan Süleymanov 20 avqust 2013-cü il tarixdə, nahar yeməyindən sonra hərbi hissənin ərazisində Pərvin Xəlilovun pulu olduğundan mobil telefon almaq istədiyini öyrənib. O, Pərvin Xəlilovu bölüyün məişət otağına çağırıb və ondan 20 manat verməsini tələb edib. Bu zaman Pərvin Xəlilov pulunun olmadığını bildirdikdə təkrarən ona qarşı zor tətbiq edib. O, daha sonra əsgəri döyərək 20 manatını ala bilib.

Daha sonra Əmiraslan Süleymanov sentyabrın 1-də, saat 12 radələrində hərbi hissənin ərazisində əsgər Mais Musayevin bölüyün siqaret çəkmək üçün nəzərdə tutulmuş ərazisinə çağırıb və orada olan əsgərlərə dağılmalarını bildirib. O, Mais Musayev gəldikdə ona “mənə təcili kontur lazımdı, təcili mənə 10 manatlıq kontur yüklə” deyə bildirib. Mais Musayev imkanının olmadığını deyib.

Bu zaman Əmiraslan Süleymanov zorakılıq göstərməklə Mais Musayevdən yenidən balansartırma kartı almasını tələb edib. Ancaq Mais Musayev pulunun olmadığını və pulu verə

bilməyəcəyini bildirib. Belə olanda Əmiraslan Süıeyumanov ona qarşı zor tətbiq edib, sifətinin sol nahiyəsindən sillə ilə dörd və qarın nahiyəsinə dörd yumruq zərbəsi vurub. Sonra ondan 10 manat məbləğində balansartırma kartını alıb.

Bundan sonra, Əmirsalan Süleymanov vtomobil-texniki bölüyünün oksigen çıxartma stansiyasının manqa komandiri vəzifəsində xidmətdə olarkən, 2013-cü ilin sentyabr ayının əvvəllərində axşam saatlarında hərbi hissənin Şəmkir

şəhərində yerləşən avtomobil-texniki bölüyünün ərazisində bölüyün istintaqa məlum olmayan əsgərinin səhv hərəkətinə görə bölüyün şəxsi heyətini düzüb. O, sırada olan bölüyün

tabeliyində olan əsgərlər Alim İsgəndərov və Feyruz Şirəliyevin hər birinin sifət nahiyəsinə 2-3 sillə zərbəsi vuraraq onları döyüb.

Həmçinin Əmiraslan Süleymanov Elşən Şıxəliyev, Muxtar Tağıyev, Heybulla Lokov, Pərvin Xəlilov, Əmrah Sadıqov, Mais Musayev və Güləş Fəxrətovun hər birinin sifət nahiyəsinə 2-3 sillə zərbəsi vuraraq onlara qarşı zor tətbiq edib.

Əmiraslan Süleymanov sentyabr ayının ortalarında bölüyün əsgərləri – Heybulla Lokov, Alim İsgəndərov, Pərvin Xəlilov, Əmrah Sadıqov, Mais Musayev və Güləş Fəxrətovun üzərində təkrarən zor göstərməklə hədələyib. Onlara qarşı zor tətbiq edəcəyi, xidmətdə problem yaradacağı, şəxsi heyətin qarşısında alçaldacağı ilə bağlı hədələməklə hər birindən 20 manat məbləğində pul tələb edib və bir həftə müddət müəyyən edərək pulu vermədikdə hədəni reallaşdıracağını bildirib.

Bundan başqa, o, əsgər Güləş Fəxrətovdan hədə-qorxu yolu ilə 5 manatlıq kontur tələb edib. Həmin məbləğdə konturu verə bilməyən əsgəri döyərək incidib.

Bundan əlavə istintaq sənədlərində Əmiraslan Süleymanovun əsgərlərdən hədə-qorxu yolu ilə pul və kontur tələb etməsi ilə bağlı çoxsaylı işgəncə faktları var.

Həmçinin Əmiraslan Süleymanovla yanaşı digər əsgərlər Mirzalı Hacıyevin, Amil Həmidovun, Həsən Cəbiyevin, Finyad Muradovun və Elgün Allahverdizadə də ona köməklik ediblər. Onlar mütəşəkkil dəstə yaradıblar. Hədə-qorxu yolu ilı əsgərlərin pullarını ələ keçiriblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182.2.2,182.2.3-cü (təkrar və zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmək), 332.2.1, 332.2.2-ci (təkrar, iki və ya daha çox şəxs barəsində t abelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham ediliblər.

Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Əmiraslan Süleymanov 7 il, Mirzalı Hacıyev 5 il, Amil Həmidov 4 il, Həsən Cəbiyev 3 il, Finyad Muradov 5 il, və Elgün Allahverdizadə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Onların şikayəti araşdırılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin bəraət istəmələri ilə bağlı şikayətləri təmin edilməyib, amma təqsirləndirilən şəxslərdən Əmiraslan Süleymanov və Finyad Muradova aid hissədə hökm dəyişdirilib. Əmiraslan Süleymanovun cəzası 5 il 6 aya, Finyad Muradovun isə cəzası 5 il 3 aya endirilib.

Bu qərardan təqsirləndirilən Əmiraslan Süıeymanov narazı qalaraq kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün

Ali Məhkəməyə göndərilib. Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Yaxamdan tutaraq məni divara çırpdı”

    “Yaxamdan tutaraq məni divara çırpdı” ...

    20-09-2016, 16:28

  • 
  • “DED” əsgərlərin məhkəməsi başa çatdı

    “DED” əsgərlərin məhkəməsi başa çatdı ...

    21-02-2015, 12:02

  • 
  • Hərbi hissədə dəhşətli olay

    Hərbi hissədə dəhşətli olay ...

    11-10-2016, 14:30

  • 
  • Ağır cinayət törədənlər bəraət istəyir

    Ağır cinayət törədənlər bəraət istəyir ...

    12-03-2015, 10:05

  • 
  • Əsgər ölümündə təqsirləndirilən komandirlərə hökm oxundu

    Əsgər ölümündə təqsirləndirilən komandirlərə hökm ...

    21-10-2016, 00:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (265)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu