Azərbaycan ərazisi vasitəsilə Suriyaya silah və pul daşınmayıb
“Azərbaycan ərazisindən Suriyaya silah, banknot keçirilməsi və Azərbaycanın Suriyaya yanacaq satması ilə bağlı yayılan xəbərləri təkzib edir. Azərbaycanın ərazisi, o cümlədən hava məkanı vasitəsilə Suriyaya silah, banknot və başqa mal-materiallar daşınması ilə bağlı nə Rusiya, nə də Suriya hökuməti müraciət etməyib”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə jurnalistlərin suallarının cavabında bildirib. Xatırladaq ki, bir sıra media orqanlarında Azərbaycan ərazisindən keçməklə Suriyaya silah və pul daşınması, Azərbaycanın Gürcüstan limanları vasitəsilə yanacaq satması barədə məlumatlar dərc edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?